Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İntim elaqeye mane olan sebebler
İntim elaqeye mane olan sebebler
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 19359
Səs ver:
 



İntim elaqeye mane olan sebebler

Psixi ve fiziki cehetden iki yetkin şexsin intim elaqeye gire bilmemesine mane olan sebeb nedir? Ne üçün er-arvadın cinsi heyata başlamaq cehdleri boşa çıxır? Mütexessisler nikahların bele veziyyetine bir-biri ile elaqedar olan bir is kimi sebeb gösterirler.

İlk cinsi elaqeden evvel her bir qızda müeyyen emosional gerginlik olur. Lakin bekaret nikahında cinsi elaqeye girişmek meqamı gelende bu gerginlik qorxuya, bezen telaşlı qorxuya çevrilir. Bele reaksiya en çox tez müteessir olan qızlarda baş verir.

İlk cinsi elaqede ağrı qorxusu (kontofobiya) o qeder aydın görünür ki, cinsi elaqeye tamamile razı olan qızda kişinin ilk aktını hereketi onda öz arzusuna münasib olmayan hereketlerin baş vermesine sebeb olur. O ağlamağa, çırpınıb ağuşdan çıxmağa çalışır, erini iteleyerek "bu işi” o birisi güne saxlamağı xahiş edir. Qızın özünü bele aparması, onun daxili heyecanlarını o yere çatdırır ki, onun xarici cinsiyyet üzvlerine en ince ve ehtiyatlı temas onda xoşa gelmeyen hissler emele getirir ve o, qeti süretde intim elaqeni redd edir. Bele veziyyete uşaqlıq yolunun ve çanaqdibi ezelelerinin qeyri-iradi qıcolması (vaginizm) da elave olunursa yalnız cinsi elaqeye deyil, hetta adi ginekoloji müayinenin aparılmasına da imkan vermir. Vaginizmin en keskin forması hetta müayine haqqında fikirleşdikde bele baş veren spastik qıcolmalardır.

Gelecekde her şeyin yaxşılıqla qurtaracağı ümidile yeni evlenenler cinsi elaqe arzusundan müveqqeti olaraq el çekir ve herdenbir qorxa-qorxa bu teşebbüsü tekrar etmeye çalışırlarsa da, bele teşebbüsler özünü doğrultmur. Eger bele nikah uzun müddet davam edirse bununla elaqedar nevrozlar ve başqa daha ağır simptomlar yaranır. Mütexessisler bele hesab edirler ki, bekaret nikahı qorxaq, her şeyden şübhelenen, cesaretsiz qızların ve yumşaq xasiyyetli, medeni, arvadlarının istek ve arzularını özlerinkinden üstün tutan kişilerin qismetine çıxır. Virqoqamiyada qızın müqavimeti derk olunan haldır ve er-arvadın birge seyi ile aradan qaldırıla biler. Vakinizm ise ezelelerin qıç olmasıdır ve nevrotik veziyyetin neticesinde yaranan reflektor xüsusiyyetli olub, qızın özünden asılı deyil, bu da böyük tecrübeli psixoterapevtik müdaxile teleb edir. Çox vaxt vakinizmi olan qadınlar öz veziyyetlerinin mentiqsiz olduğunu başa düşerek ezab çekir, veziyyeti deyişmek isteyir, lakin heç bir şey ede bilmirler. Erin danlağı, hede-qorxuları veziyyetin daha da keskinleşmesine, veziyyetden heç bir çıxış yolu olmadığının aydınlaşması depressiya veziyyetinin emele gelmesine sebeb olur.

Esebi veziyyetden ve şexsi xasiyyetden elave, kontofobiya ve vakinizmin sebebleri nikahın geleceyi haqqında ümidsizlik, erin (arvadın) haqqında ümidlerin boşa çıxması, arzu olunmayan hamilelik qorxusu ve s. ola biler. Vakinizmin yalnız qızlarda olduğunu fikirleşmek de düzgün deyil. Bele veziyyet doğmuş qadınlarda nevrozun elameti kimi ve cinsiyyet üzvlerinde müxtelif sebeblerden baş veren ağrılar, anusda çatlar ve s. hallarda yarana biler. Bezen vakinizmin sebebi bele veziyyetde olmaq arzusundan da doğa biler, çünki "xestenin” veziyyeti ailede etrafdakılardan qadına xüsusi diqqet ve imtiyazların verilmesine haqq qazandırır.

Er-arvadda çox böyük psixoloji uyğunluq olduqda qızlıq perdesinin deşilmemesi ailenin dağılmasına nisbeten az hallarda sebeb olur. Bele veziyyetde Onlar her ikisini intimual cehetden temin eden üsullar axtarır ve bele bir üsulu taparaq, uzun iller nikahı pozmurlar ve yalnız müeyyen ciddi bir sebebe göre (sonsuzluq, xestelik ve s.) "mütexessis hekime müraciet edirler. Onu da qeyd etmek lazımdır ki, normal cinsi heyat keçiren ailelerdeki qadınlara nisbeten bele ailelerde orqazm hiss etmeyen qadınlar faiz etibarı ile daha azdırlar. Ola bilsin ki, bele izdivacda qadın müxtelif erogen zonaların daha güclü tesirini alır ki, bu da onun daxili telebatına cavab verir.

intimual uyğunsuzluğun bütün hallarında olduğu kimi bele nikahda da hem er, hem de arvad müayine ve müalice olunmalıdır. Burada başlıca mesele cinsi pozuntunun ilkin sebebini müeyyenleşdirmek ve bununla elaqedar müalice etmekdir. Bu müalicenin esasını psixoterapiya Teşkil etmeli ve ilk növbede intim yaxınlığa menfi tesir gösteren sebebler aradan qaldırılmalıdır. Bu maman uşaqlıq yolunun dehlizinde staplarla ağrısız. treninq üsulu ile, tedricen qadını bu üsula adet etdirmekle müalice aparılır. Mütexessisler bele hesab edirler ki, er-arvad kömek üçün vaxtında müraciet etdikde, hemçinin onların bir-birine böyük kömek etmek arzu ve seyi olduqda, demek olar ki, 100% sağalma elde edilir.
Bele veziyyetin baş vermemesi üçün vaxtında cinsi terbiye ve maarife, nikaha qeder meslehete ve nikaha hazırlıq meselelerine xüsusi ehemiyyet verilir. Hamileliye qarşı etibarlı vasitelerin tövsiye olunması, ailede psixoloji iqlimin yaxşılaşdırılması, nevrozların müalicesi kimi tedbirlerin de bu meselede ehemiyyeti böyükdür.

Exlaq meselesinde olduqca ciddi ve telebkar olan, qadın cinsiyyet üzvlerinin anatomik quruluşunu bilmeyen er qarşısında birinci nikah gecesi bir sıra çetinlikler baş verir ki, bununla da o, normal ereksiya veziyyetinde olan cinsiyyet üzvünü qadının uşaqlıq yoluna daxil ede bilmir. Bele veziyyeti (virqoqamiyanı) sadece olaraq erin qeyri-tebii utancaqlığı, intimoloji nadanlıq ve tebii hisslerin süni suretde boğulub gizledilmesile izah etmek olar. Bir qeder cesaretlenmiş erin uğursuzluğun sebebini müeyyen etmek arzusu (bu ise qadının cinsiyyet üzvü ile yaxından tanış olmaqdan ibaretdir) arvadın ciddi etirazına sebeb olur. hekime müraciet eden bir qadın: Boşanaram, amma buna yol vermerem demişdi. Bele münasibetin ne qeder böyük sehv olduğu yeqin ki, hamıya aydındır. Axı müeyyen müddetden sonra er-arvad arasında yaranan intim münasibet onların bir-birini her bir şekilde öyrenmek, müşahide etmek imkanı yaradacaqdır. Buna göre qeyd olunan hadisede qadının bu meseleye münasibeti, ailenin pozulub dağılması er-arvadın intimual nadanlığından ireli gelen hadisedir. Bele hadiseler ise belke de gelecekde çox xoşbext olacaq  aileni ilk günlerden pozub dağıdır.

Onu da qeyd etmeliyik ki, cerrahi müdaxile teleb eden çox qalın qızlıq perdesi müstesna hallarda olur. Birinci nikah gecesi bakireliyin pozulmamasının en esas sebebi ise genc, tecrübesiz kişinin qorxu hissler, özüne inamsızlığın neticesidir. Cinsi elaqeye teşebbüs eden kişide ereksiyanın zeif olması üzünden cinsiyyet üzvünü uşaqlıq yoluna daxil ede bilmemesi bir çox genc aileler üçün xarakter hadisedir. Bu veziyyetin sebebi kimi çox vaxt kişide cinsi qıcıqlanmanı pozan amiller özüne inamsızlıq, utancaqlıq, uğursuzluq baş vereceyinin evvelceden yaranmış qorxusu ve s. gösterile biler. 

 



Şərhlər:
Baxılıb: 19359
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz