Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecə nağılı...
Gecə nağılı...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2823
Səs ver:
Fərqli anlar yaşadacaq 8 qayda.

Partnyorun evdə oturub futbol izləyir. Bütün bunlar sənə cansıxıcı gəlir  və istirahətini yarımçıq qoyub işə qayıtmaq istəyirsən. Əsla! Darıxdırıcı qış tətilini romantik və unudulmaz keçirməyinə kömək edək. Qırmızı şərab və iki badə… Əmin olun ki, gecəni tamamilə dəyişəcək.

1. Kişilər tərif eşitməyi sevirlər. Əgər bu tərif hələ bir yataqda deyilirsə… o, məhz sizinlə olacağı intim haqqında çox düşünəcək. «Sən belə edəndə, xoşuma gəlir» kəlməsinin yanında onun etdiklərinə coşqun reaksiyanızı da bildirin. Sizin cəsarətləndirici sözləriniz kişi üçün ən yaxşı mükafatdır (müqayisə üçün deyək ki, onlar özlərini yataqda ən azı sənin özünü gün işığında güzgünün önündə hiss etdiyin qədər qətiyyətsiz hiss edirlər).

2. Qızlar kişiləri cəlb etmək üçün baxışlardan virtuozcasına istifadə edirlər. Amma elə ki kişi intimual partnyora çevrilir, baxışlar yaddan çıxır. Əslində, baxışla deyilə biləcək o qədər sözlər var ki… xüsusilə də yataqda. Bu silahınızdan istifadə edin. Necə? intim zamanı onun gözlərinin içinə baxın. Həm üsullarınızın təsirindən əmin olun, həm də qoy o başa düşsün ki, siz hər şeyi kontrol edir və heç nədən utanmırsınız. Bir dərin baxış onu daha ehtiraslı edəcək.

3. Heç sevmədiyiniz insanlarla darıxdırıcı şam yeməyindəsiniz. Amma bilirsiniz ki, bunu ona açıq şəkildə söyləyib, «yox, hələ bir az oturmalıyıq» cavabını eşidəcəksiniz. Bunun yerinə isə siz onun üçün çox darıxdığınızı və onu arzuladığınızı qulağına sakitcə söyləyin. Onunla tək olmağı arzuladığınızı bildirməyə çəkinməyin. intimi gözləmək intim fantaziyanı gücləndirir. Məhz bu yerdə soyuna bilməcəyiniz fikri fantaziyanı işləməyə məcbur edir və o, indi ordan uzaqlaşmağı və sizinlə birgə evdə olmağı çox istəyəcək.

4. Müəyyən vaxtdan sonra istənilən cütlüyün gecələri tez-tez oynanılan pyesə bənzəməyə başlayır.
Artıq erogen zonalar öyrənilib, müxtəlif pozalar təkmilləşib, bəziləri isə ümumiyyətlə öyrənilmir, çünki nə ona, nə də sənə yaramır və s. Hərdən sənə elə gəlir ki, ikiniz də tez yatmaq istəyirsiniz. Pyesi canlandırmaq üçün məkanı dəyişmək kifayətdir. Kim deyib ki, bunu yalnız yataqda edirlər? Nəyə əsasən bu, şam yeməyindən sonra masada olmasın, ya da kresloda? Ya da bəlkə dəhlizdə? Siz evinizdə hələ həzz almadığınız o qədər yer tapacaqsınız ki…

5. Düşünməyin ki, hər cinsi əlaqəni prelüdiya ilə başlayıb orqazmla bitirməlisiniz. Fasilə edib bir və hətta səkkiz saatdan sonra davam edə bilərsiniz. Demək belə, siz intimlə məşğulsunuz və hiss edirsiniz ki, sona az qalıb. Qətiyyətlə, amma yumşaqcasına partnyordan aralan hərəkətlərinə maksimum incəlik qat. Sonra qalx və guya intimin davamı olmayacaqmış kimi ona su gətir. Başqa texnikadan da istifadə edə bilərsən: onun ən həssas erogen zonasını masaj et. Antrakt saatlarla davam edə bilər. Bu, ikinizi də tonusda saxlayacaq, ikinci aktda sizi daha coşqun ehtiras gözləyir.

6. Əlbəttə ki, qadının kişiyə maksimal həzz yaşatmaq hissi təqdirəlayiqdir. Qadın kişinin hər bir arzusunu həyata keçirərkən (intim alt paltarı, akrobatik pozalar və s.) partnyorunun öz məqsədinə çatmaq üçün vasitəsinə çevrilməməlidir. Bu zaman qadın prosesin tam hüquqlu iştirakçısı olmur. Öz orqazmın haqqında düşün və hətta onu avans olaraq tələb et. intim zamanı çalış düşünmə qabiliyyətinizdən az istifadə edəsən. «Onun xoşuna gəlirmi?» kimi fikirlər əsl ehtirasın coşmasına maneçilik törədir. Onu necə qane etməyi düşünmək əvəzinə, təklif edin sevgi gecənizin rejissoru o olsun. «Əvvəl sən, sonra mən» prinsipinə əsaslanmış ssenarini siz təklif edin.

7. Danılmaz faktdır, xoşbəxt münasibətlər sadiqlik əsasında qurulur.
Amma əgər sən öz fantaziyalarında da partnyoruna sadiqsənsə, çox şey itirirsən. Qadağa olunmuş şeylər daha çox ehtiraslandırır. intim fantaziyanda boyfrendinin dostuna, xoşuna gələn ulduza və ya iş yoldaşına yer ayır. Xəyallardakı səhnələr intimual istəyi aktivləşdirir. Xəyalən özünü başqa məkanda, başqa zamanda və başqa kişinin qucağında hiss et. Əlbəttə, səhər saat 8-də sevgilinin pijamasını soyundurarkən o çaşıb qalacaq. Ona heç nə demə, niyə xətrinə dəyəsən? Hər halda sən virtual xəyanətdən zövq alarkən realda bu zövqü onunla bölüşmüş olursan.

8. Hesab olunur ki, hər gün intimlə məşğul olan cütlüklər xoşbəxtdirlər, yerdə qalanlar isə intimoloqun qəbuluna yazılmalıdırlar.
Amma intimlə yalnız özünə hər şeyin yaxşı olduğunu sübut etmək üçün məşğul olanlar, finiş haqqında düşünən idmançıya bənzəyirlər. intimual həyatda fasilələr təbiidir və hətta vacibdir.

İstəkləri üst-üstə düşən cütlük tapmaq çətindir. Həmişə belə olur; biri intimlə məşğul olmaq istəyir, o biri yatmaq. Çox yorğun olsanız da partnyora heç vaxt «yox» deməyin. Alternativ tapın; intim masaj, pettinq və sabah ikiniz də yeni ideyalarla dolu mükəmməl intim istəyəcəksiniz.


Şərhlər:
Baxılıb: 2823
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz