Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yataqda inkişafa doğru
Yataqda inkişafa doğru
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2412
Səs ver:
Əgər özünü inkişaf qaydalarını intimual həyatımıza tətbiq etmək istəsək, müsbət nəticə ala bilərikmi? Həyatımızı asanlaşdıran və daha bacarıqlı olmamıza səbəb olan qaydalar yataqda da işə yarayarmı? Yeddi addımla intimdə özünəinama doğru yol almağa çalışdıq…
Hər şey səndən başlayır
Özünü inkişafa həsr olunmuş kitabların təkrar etdiyi əsas ifadələrdən biri – "Hər şey səndən başlayır” cümləsidir. Əgər özünə güvənirsənsə, bağlı qapılar önündə açılır. Bu təməl düşüncəni intimual həyatına da tətbiq etsən, problemləri aradan qaldıra bilərsən.
intim ikinəfərlik bir dünya kimi görünsə də, dəyişikliklərə nail olmaq üçün ilk addımı sən təkbaşına da ata bilərsən. Tərəflərdən biri hər şeyi başlaya biləcəyinə inanmasa, problem yumağının içində yuvarlanaraq, həzdən fərqli nəticə əldə etmək ehtimalı var.
Çox güclü olduğunu unutma.
Xəyal gücünü məhdudlaşdırma. Necə birisi olmaq istəyirsən? Necə intim həyat arzulayırsan? Nələri xəyal edirsən? Bu sualları cavablandırarkən yalnız öz daxili instinktinin səsini dinlə. Birlikdə olmaq istədiyin insana, yaşamaq istədiyin həyata çox yaxın olduğunu unutma. Əngəllər, sadəcə, yolu daha maraqlı etmək və bəlli hədəfə doğru irəliləyərkən qarşımıza çıxan yeni imkanlardan xəbər tutub, yeni istiqamətlərə üz tutmağımız üçün mövcuddur. İndi gözlərini yum və özünü sevişərkən xəyal et.
Qorxularından yaxa qurtarmaq istəyirsən, daha çox zövq almaq istəyirsən, daha çox arzulanmaq istəyirsən, harmoniyada olmaq istəyirsən, daha çox sevilmək istəyirsən? Cavablar səndədir. İlk öncə, qarşı tərəfdən gözlədiyini sən onun üçün et. intimuallıq bir güzgü kimidir, hər şeyi olduğu kimi əks etdirir və göstərir. Problemlərini başından çıxarıb, bir kənara atmasan, güzgüdə də həmin problemləri görməli olacaqsan. Unutma, bunun üçün yalnız inama ehtiyacın var.
Çarəsizliyə öyrəşmə
Özünü inkişaf dünyasının məsləhət olunan qaydalarından biri də "bacarmaram, edə bilmərəm” kimi ifadələrin qadağan olunmasıdır. Aparılan araşdırmalardan məlum olmuşdur ki, bir sahədə bacarıqsız olan insanlar, həmin sahəyə marağı olan yeni namizədlərə də çarəsizliyi öyrədir. Bəlkə sən də cinsi həyatında nədənsə çəkinərək, yataqda problemlər yaşayırsan. intim, öyrənilən və illərlə təkmilləşən sehrli bir şeydir. Heç kəs ilk gündən intimlə mükəmməl məşğul ola bilməz. Diqqət tələb edən məqamlardan biri məqsədə doğru irəliləyərkən bir-birinizin motivasiyasını qırmamaq, "bacarmaram, edə bilmərəm” kimi sözləri işlətməməkdir. intim, qayda-qanun qəbul etməyən sərhədsiz səma kimidir. Buludların seyrinə qapılıb, diyardan-diyara uçmaq da sənin əlindədir, "birdən yıxılaram” fikirləşib məyus şəkildə bir kənarda oturmaq da…
"Əgər…” demə
Bəzən istəklərimizə çatmaq üçün qarşımızda şərtlər qoyuruq. "Əgər” kəlməsini işlətmədən xəyallar qura bilmirik. Məsələn, "Əgər daha gözəl olsaydım, hər şey başqa cür olardı”.
Eyni hal intim həyatda da təkrarlanır. "Əgər döşlərim daha böyük olsaydı, sevgilim olardı”, "Əgər daha yaraşıqlı olsaydı, onu daha çox arzulayardım” kimi… Bunların hamısı problemin həllindən qaçmaq üçün yaratdığımız bəhanələrdir. Bu bəhanələr reallıq deyil, zəifliklərdir. Yatağın daha intimual olsa və ya sən daha gözəl olsan, intim daha mükəmməl olmayacaq. "Əgər”ləri intim həyatından çıxarıb fantaziyanı azad buraxmağa çalış.
intim iki nəfərlik dünya kimi görünsə də, dəyişikliklərə nail olmaq üçün ilk addımı sən təkbaşına da ata bilərsən, Tərəflərdən biri hər şeyi başlaya biləcəyinə inanmasa, problemlərin içində yuvarlanaraq həzz almamaq ehtimalı var.
Günahkarlıq hissindən qurtul
Günahkarlıq və peşmanlıq arasında böyük fərq var. Kimi isə üzdüyünə görə peşman ola bilərsən. Səhv addım atdığına görə də peşmanlıq hissini yaşaya bilərsən. Ancaq hər iki halda peşmanlıq günahkarlığa dönürsə, narahatlıq hissinə səbəb olur. Günahkarlıq hissi qısa bir zamanda böyüyərək, bütün mənliyini ələ keçirir və özünə olan inamı gəmirməyə başlayır. intimual həyatında da yanlış insanlarla yaşadığın bərabərlik günahkarlıq hissləri yarada bilər. Bunların böyüyüb düşüncələrinə sahib çıxmalarına imkan vermə. Keçmişi keçmişdə qoy.
Yaşadığın cinsi əlaqə ağlındakı tabulardan irəli gələrək, günahkarlıq hissinin yaranmasına imkan yarada bilər. Qadağan olunmuş bir şey etmirsən. İnsanların yarandığı gündən gerçəkləşən təbii möcüzəni təcrübədən keçirirsən. Günahkarlıq hisslərini yatağından və beynindən ata bilsən, cinsi həyatın sağlam şəkildə böyüyər və inkişaf edər.
Keçmişi əsas tutma
İnsanlar keçmiş cəhdlərdən irəli gələn ümumiləşdirmələrə meyillidirlər. "Əvvəl də belə olmuşdu, yenə də belə olacaq” kimi əsassız cümlələrlə özümüzə şərtlər yaradırıq. Keçmişdəki xoşagəlməz halın bənzərini də yaşaya bilərsən, əvvəlkindən daha pis vəziyyət də yarana bilər. Bütün bunların əksinə, hər şeyin əla və inanılmaz dərəcədə yaxşı olması da istisna deyil. Ehtimallar müxtəlifdir, bəzən onlar sənin hərəkətlərindən asılıdır, bəzən isə sənə tabe deyil. Keçmişi unut, hər şeyin yeni bir başlanğıc olduğunu düşün, bir zamanlar etdiyin səhvləri təkrarlamayaraq yaşa. Həyatını bu istiqamətdə qursan, bu, intim həyatına da təsirini göstərəcəkdir. Bəzən keçmiş pərtliklər yeni pozadan boyun qaçırmağa, evin başqa bir küncündə sevişmək təklifini rədd etməyə səbəb ola bilər. Keçmiş sevgilinə qarşı əsəb, onu hələ də bağışlaya bilməməyin intimual həyatında qərarsızlığa gətirib çıxara bilər. Bir sözlə, keçmişin əsarət zəncirindən yaxa qurtar və yataqda sərbəst ol.
Tərifdən asılılığa son qoy
Hər kəsin tərifə ehtiyacı var. Hər kəs bəyənilməkdən zövq alır. Ancaq tərifin dərəcəsi də çox vacibdir. Əgər özünü sevməyin və ya sevməməyin başqalarının fikrindən asılıdırsa, o zaman hisslərin alt-üst olmağa və tez-tez dəyişməyə məruzdur. Başqaları tərəfindən bəyənilmə istəyin sənin ən zəif cəhətindirsə, onda alacağın ən kiçik tənqid belə üzülmənə səbəb olacaq. Başqalarının düşüncələrinə böyük əhəmiyyət vermə. Onun fikirlərini dinlə, götür-qoy et, süzgəcdən keçir. intimual həyatında qarşı tərəfin hər tənqidi sözünə hirslə cavab vermə. Ya da hər tənqiddən sonra məyusluğa qapılıb, səni sevmədiyini düşünmə. Bəlkə də o, dəyərli məsləhət verir. Sən də ona sevdiyin və sevmədiyin şeyləri açıqlamağa çalış. Mümkün qədər çox söhbət edin. intim zamanı düzgün seçilən sözlər ən gizli həzz qapılarını belə kəşf etməyə köməkçi olacaq. Tərifə ehtiyac, tənqid, çatışmazlıqlar və qüsurların əvəzinə, birlikdə zövq alma, sevmək, sevilmək kimi hisslərin səni ələ almasına imkan yarat.
Özünəinam şərti!
Şəxsi inkişaf dünyasının nail olmaq istədiyi nəticə insanın özünə olan əminliyini yenidən qazanmaqdır. Özünəgüvən cinsi həyatda da xoşbəxt bərabərliyin təməlidir. Lakin söhbət yüksək eqodan getmir.
Hər uşaq müəyyən bir yaşa çatanda araşdırmacı, öyrənmək, kəşf etmək istəyir. Bu zaman onun özünə olan inamı yüksək olur. Valideynlərinin davranışı, qorxması, yıxılması, əlini yandırması özünə olan inama zərər gətirir. Ancaq valideynlərin davranışı başqa cür olarsa, yəni lazımsız qadağalar qoyulmasa, uşağı acılamaq əvəzinə alqışlasalar, özünə əminlik hissi də sağlam şəkildə inkişaf edər. Erkən yaşlarında zədələnən özünəinamın bir gündə bərpası, əlbəttə ki, mümkün deyil. Bir gün ərzində içimizə dolmuş qorxulardan asanlıqla azad ola bilmərik. Lakin uşaqlığın deyil, intimual həyatının başlandığı tarixə diqqət yetirmək əlverişli ola bilər. Yəni valideynlərinin səhvlərini aradan götürmək çox çətindirsə, keçmiş sevgililərinin sənin üzərində qoyduğu izləri silməyə başla.
İntim həyatda hər iki mənada çılpağıq. Həm bədənimizə qarşı duyduğumuz qeyri-əminlik, həm də hisslərimizdəki qeyri-əminlik açıq-aşkar ortadadır. İnsanlar zəifliklərini qarşı tərəfin üstünə ataraq, ört-basdır etməyə meyillidirlər. Belə olan halda, cinsi arena, təəssüf ki, güclərini nümayiş etdirən və özünə əminliyin çatışmazlığından əzab çəkənlərin döyüş meydanına çevrilir.
Tövsiyələrimizi mənimsəyərək, diqqətli hərəkət etsən, intimdə özünə əminliyə nail ola bilərsən. Haqqında kim nə deyir desin, kim sənə qarşı necə davranırsa-davransın, fərqi yoxdur. Önəmli olan, sənin özün haqqında nə düşündüyündür. Unutma, intimdə özünə əminsənsə, bu ən böyük cazibədir və çoxu bu cazibənin arxasınca getmək istəyəcək.


Şərhlər:
Baxılıb: 2412
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz