Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan ayında cinsi əlaqə caizdirmi?
Ramazan ayında cinsi əlaqə caizdirmi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3389
Səs ver:

Ramazan ayı içində imsak vaxtı ilə axşam arasında yəni oruclu olduğumuz əsnada cimada olmaq caiz deyil, orucu pozar və iki ay arxa arxaya oruc turmaq lazımdır. Ancaq iftardan sonra imsak vaxtına qədər cimada ollmanın bir qorxusu yoxdur.
Orucu Pozan Hallar:

 Orucu Pozub Həm Qəza Həm də Kəffarəsi Tələb edən Hallar

 Aşağıda sayılacaq xüsuslardan hər hansı birini məcbur qalmadan, çətinlik çəkmədən, unutma vəziyyəti olmadan istəyərək işləyən bir kimsə üçün həm qəza, həm də kəffarə lazım gəlir:

Cinsi münasibətdə olmaq.
Yemək, içmək və ya dərman udmaq.

Ağızına ixtiyarsız girən yağış, dolu və qar suyunu istəyərək udmaq.

Tütün çəkmək, tütün və ya bənzəri bir tütsü maddəsini yandırıb tüstüsünü içinə çəkmək.

Burunotu çəkmək.

İçyağı, basdırma və ya çiy ət yemək.

Susam dənəsi qədər bir şeyi ağızına alıb udmaq və ya çeynəyərək yemək.

Azca duz yemək. (Çox duz yemək isə, yalnız qəzanı tələb edir.)

Arvadının və ya sevdiyi bir kimsənin ağız sununu udmaq. Bu saydığımız şeylərdə, bədənin müalicəsi və ya təqaddisi (qidalanması və bəslənməsi) və yaxud tələzzüzü (zövq və ləzzət alması) vardır. Bu səbəblə qəza ilə birgə kəffarəsi də tələb edilir

 Orucu Pozub Yalnız Qəzanı Tələb edən Hallar 

Çiy düyü yemək.

Sadə un və ya sadə xəmir yemək. (Xəmirin içində yağ və şəkər qatılmışsa kəffarə də lazımdır.)

Bir anda çox miqdarda duz yemək. (Az miqdarda duz yemək isə, kəffarəsi tələb edir.)

Daş, torpaq, çaxıl daşı, dəmir, mis, qızıl gümüş kimi maddənləri udmaq.

Zeytun və ya albalı tumu yemək. Ərik tumunun içi yeyilsə, kəffarə də lazımdır.

Heyva kimi yetkinləşmədən yeyilməyən bir meyvəni, kal ikən, duzlamadan və bişirmədən yemək. (Olmuş, bişmiş, duzlanılmış olsa kəffarə də lazımdır.)

Tam dəyməmiş yaşıl qozu yemək. Və ya badamı, fındığı və quru fıstığı qabığıyla birlikdə çeynəmədən udmaq.

Boğaza qıf ilə bir şey axıtmaq.

Boğaza qaçan yağış, qar və ya dolunu istəməyərək udmaq.

Dəstəmaz alarkən boğazına və ya burna su çəkərkən səhvən suyun keçməsi.

İstəyərək boğazına və ya burnuna tüstü çəkmək. Siqaret kimi ləzzət və kef verici bir tüstü olsa, kəffarə də lazımdır.

 Başqasının məcbur etməsi səbəbiylə oruc pozmaq.

Yatarkən boğazına biri tərəfindən su tökülmək.

Unudaraq yeyib içdikdən sonra, orucum pozuldu zənniylə bilərək yeyib içmək.

Dişləri arasında qalan noxud dənəsi qədər şeyi yemək.

Öz istəyiylə çölə qusmaq. Bu qusma ağız dolusundan az da olsa orucu pozar.

Ağız dolusu özbaşına gələn və ya istəyərək gətirilən qusmağı mədəyə yollamaq.

Sahur vaxtı keçdiyi halda, keçmədi zənniylə sahur yemək.

Günəş batdı, iftar oldu zənniylə orucu pozmaq.

Ramazan orucundan başqa bir orucu pozmaq. İstəsə əzələdən olsun…

Xanımını öpmək, oxşamaq, qucaqlama, v. s. səbəbiylə kişidən və qadından spermanın gəlməsi. Şəhvətlənib yalnız məzinin gəlməsi ilə oruc pozumaz.

Ramazan orucunu tutmağa niyyət etmədən gündüz yeyib içmək də yalnız qəza tələb edir. Kəffarə lazım deyil. Çünki kəffarə oruc tutmamanın deyil, tutulan orucu pozmanın cəzasıdır.

Başqasının ağız suyunu ve ya ağızından çıxan loxmasını

udmaq və yaxud özünün ağızından çıxarıb çöldə bir az gözlətdiyi loxmasını yemək… İnsan təbiəti bu kimi hallardan iyrənəcəyi üçün, yalnız qəza lazımdır: Ancaq insanın, sevdiklərinin tüpürcəyimi udmasının kəffarəsi də lazımdır. Çünki insan bundan ləzzət alar.

Qalın bağırsaqlarda su, qlikoz və bəzi duzlar əmildiyi üçün, qida tərkibli mayenin bağırsaqlara verilməsi və ya orucu pozacaq qədər su əmiləcək şəkildə verilən suyun bağırsaqda qalması vəziyyətində oruc pozular. Bu baxımdan orucluykən, böyük dəstəmaz təmizliyi edərkən həddindən artıq gedilir, su huknə yerinə qədər çatsa, orucu pozar. Huknə (lavman üçün istifadə edilən) bir dərmandır. Bunu istifadə etməyə “İhtikan” deyilir. Huknə üçün istifadə edilən xüsusi alətə də “Mıhkanə = Şpris” deyilir. Bu şprisin ucu, aşağıdan (makaddan) hara qədər çatsa, oraya çatacaq qədər ediləcək istinca orucu pozar.

Belə istinca qeyri-mümkündür. Onsuz da bunun edilməsi sağlamlığa zərərlidir. Bu səbəblə normal şərtlərdə istimca etməklə oruc pozulmaz.

Əl ilə sperma gətirmək (istimna – masturbasya).

Qan udmaq. Çoxu tüpürcək olan ağızdakı az qanı udmaq orucu pozmaz.



Şərhlər:
Baxılıb: 3389
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz