Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünyanın seks xəritəsi
Dünyanın seks xəritəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6269
Səs ver:

Dünyanın seks xəritəsi

 

Pakistanda ancaq evlənəndə intimlə məşğul olurlar



Qadinlar.Biz "Esquire” dərgisinin tərtib etdiyi "Ölkələrin cinsi atlası”nı təqdim edir.

 

 

   Cinsi vərdişlər: Rusiya
   Cinsi tərbiyə yaşı:
12

   Cinsi əlaqəyə başlama yaşı: 16

   Rusiya deyəndə ağla ilk gələn "vodka”dan çox, rus qadınlarıdır. Qadınlarının bu qədər intimual və gözəl olmasına baxmayaraq, rus kişilərinin cəmi 40%-i cinsi       həyatlarından razı olmadıqlarını deyiblər. Səbəbsə rus kişilərinin impotentlik və ereksiya problemlərinin olmasıdır. Üstəlik, müalicə də etdirə bilmirlər, çünki həkimə       getməyə utanırlar. Elə intimdən zövq alan qadınların da faizi azdır – 55%.

   Qorunma: Cinsi yolla keçən xəstəliklər keçmişdə Rusiyaya xeyli itkilər yaşadıb. Ona görə də, ruslar tədbiri əldən vermir; kişilərin 44%-i intim vaxtı prezervativdən istifadə edir.

   Ən seksual qadın: Mariya Şarapova

                                                     Ən seksual kişi: Vasili Stepanov



İspaniya

Cinsi tərbiyə yaşı:
15

Cinsi əlaqəyə başlama yaşı: 19

Cinsi vərdişlər: İspan qadınları çantalarında intim oyuncağı gəzdirməkdən utanmadıqlarını deyirlər. Burada qadınların 84%-i, kişilərinsə 88%-i cinsi həyatlarından məmnundurlar.

Qorunma: İspanların 98,3%-i prezervativ istifadə etmir və bunu mənasız hesab edirlər. 3,9% isə prezervativ olmasa, intimlə qətiyyən məşğul olmur. Yəqin 98,3%-in gücüdür ki, son illərdə ispan qadınları arasında abort halları çoxalıb.

Ən intimual qadın: Penelopa Kruz

Ən intimual kişi: David Villa

 

 


Fransa

Cinsi tərbiyə yaşı:
13

Cinsi əlaqəyə başlama yaşı: 18

Cinsi vərdişlər: Fransızlar bir ildə təxminən 130 dəfə intimlə məşğul olurlar. Fransızlar həm də vəfalılıqları və çox qadın dəyişməyi sevməmələri ilə seçilirlər; məsələn, 30 yaşlarında daimi münasibəti olmayan fransız kişisi il ərzində cəmi 10 qadınla intim yaşayır. intimoqrafiya, striptiz də fransızların ayıb hesab etmədiklərindəndir.

Qorunma: Fransızların 98,3%-i cinsi əlaqə zamanı prezervativi lazım bilmir. Daimi istifadə edənlər 4,2%-dir.

Ən intimual qadın: Sofi Marso

Ən intimual kişi: Vinsent Kassel

 

 


İtaliya

Cinsi tərbiyə yaşı:
15

Cinsi əlaqəyə başlama yaşı: 19

Cinsi vərdişlər: İtalyanların belə ehtiraslı görünməyinə baxmayın, kişiləri çox mühafizəkar olur. Evləndikdən sonra çox az-az "sol”a gedirlər. Ancaq istər yeniyetmə, istər 30, istərsə də 60 yaşında olsunlar, cinsi həyatlarında çox rahat və məmnundurlar.

Qorunma: İtalyanlar da prezervativ sevməyənlərdəndir: 96% bunu lazımsız hesab edir, ancaq 5,7% istifadə edir.

Ən intimual qadın: Monika Belluçi

Ən intimual kişi: Raul Bova

 

 

 


Hollandiya

Cinsi tərbiyə yaşı:
12

Cinsi əlaqəyə başlama yaşı: 17

Cinsi vərdişlər: Hollandiya cinsi azadlığın geniş yayıldığı ölkələrdəndir. İbtidai siniflərdən valideynlərini "pusan” holland uşaqlar daha təcrübəli olurlar. Bu səbəbdəndir ki, Hollandiya az yaşlıların hamiləliyinə ən az rast gəlinən Avropa ölkəsidir. Aktiv cinsi həyat yaşayan holland kişisi ildə təqribən 200 dəfə intimlə məşğul olur. Bildiyimiz kimi, bu ölkədə homointimuallıq da normal qarşılanır.

Qorunma: Hollandların 99,3%-inin prezervativi görən gözləri yoxdur, kişilərin cəmi 2,8% qorunma vasitələrindən istifadə edir.

Ən intimual qadın: Bridcet Masland

Ən intimual kişi: Denis Van Den Eijk

 


Cənubi Koreya

Cinsi tərbiyə:
13

Cinsi əlaqəyə başlama yaşı: 19

Cinsi vərdişlər: Texnoloji yenilikləri ilə fərqlənən koreyalı gənclərin böyük bir hissəsi evlilikdən kənar münasibətlərə pis baxırlar. Cənubi Koreya dünyada ən az evlilikdən kənar hamiləliklərin yaşandığı ölkədir; hər 1000 qızdan sadəcə, üçü hamilə qalır. Evli cütlüklərdə isə cinsi narazılıqlar problemi var. Maraqlıdır ki, Cənubi Koreyalılar intim oyuncaqlarına rekord həddə pul xərcləyirlər. Bu oyuncaqlara, intimoqrafik videolara ildə təxminən 550 dollar pul xərcləyirlər.
Qorunma: Cənubi Koreyalılar 35%-i intimdə prezervativ istifadə edir. 4,2% isə qorunma vasitəsi olmadan intimlə məşğul olmur.

Ən intimual qadın: Kim Tae-hee

Ən intimual kişi: Won Bin


 


Pakistan

Cinsi tərbiyə:
bilinmir

Cinsi əlaqəyə başlama yaşı: 18

Cinsi vərdişlər: Pakistanda evlilikdən kənar münasibətlər qadağandır; həm qadınlar, həm də kişilər ancaq evlənəndə intimlə məşğul olurlar. Buna baxmayaraq, qadınlar və kişilər pul qarşılığında illeqal yolla münasibətə girirlər.

Qorunma: Pakistanda qorunma vasitələrindən az istifadə olunması başda AİDS olmaqla, bir çox cinsi yolla keçən xəstəliklərin sürətlə yayılmasına səbəb olub.

Ən intimual qadın: Mahnur Baloş

Ən intimual kişi: Babrik Şah

Hazırladı: Rəna Nevzat



Şərhlər:
Baxılıb: 6269
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz