Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Övladın oğlan və ya qız olması valideynlərin əlindədir - ŞOK
Övladın oğlan və ya qız olması valideynlərin əlindədir - ŞOK
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 37088
Səs ver:
Uşağın cinsiyyətiylə bağlı hesablamalar, əlbəttə, təxminidir və xromosomların xüsusiyyətinə əsaslanır.

Insanın cinsiyyətini müəyyən edən xromosomların kombinasiyasıdır. XY birləşməsi kişi, XX isə qadın deməkdir. Ona görə də qadının yumurta hüceyrələrinin hamısında yalnız X xromosomu olur. Amma kişinin spermatozoidləri ya X, ya da Y xromosomunu daşıyır. Mayalanma zamanı bu xromosomlardan biri qadının X xromosomu ilə birləşir. Beləliklə X xromosomu X-lə birləşərsə XX—qız, Y-lə birləşərsə XY—oğlan olar.

Xromosomların birləşməsinə təsir etmək olarmı?

Xromosomları hətta laboratoriya şəraitində, süni mayalanma zamanı birləşdirəndə belə 100% nəticə əldə olunmur. Ancaq məlumatlı olsanız, bəlkə də istədiyiniz nəticəni əldə edə bilərsiniz.

Kişilərə məxsus Y xromosomlarını daşıyan spermalar daha sürətli, hərəkətli olur və yumurta hüceyrəyə daha tez çatır. Amma Y xromosomları X-dən fərqli olaraq, zəifdir və tez məhv olur. Ona görə də oğlan övladı, yəni Y-in X-lə birləşməsini istəyənlər mayalanma günü, ya da mayalanmadan əvvəlki gün cinsi əlaqədə olmalıdır. (Mayalanma menstruasiyanın ilk günündən iki həftə sonra–ikinci həftənin sonu, üçüncü həftənin əvvəli baş verir.)

Qız övladı istəyirsinizsə, mayalanmadan ən azı 2-3 gün əvvəl cinsi əlaqədə olmalısınız. Çünki X xromosomunu daşıyan spermalar bir neçə gün qalıb, mayalanma dövrünü gözləyə bilir. Y xromosomları isə zəifdir və mayalanma gününə qədər qalmaya bilər. Nəticədə ananın X xromosomları atanın X xromosomları ilə birləşər və qız (XX) övladı dünyaya gələr.

Cütlüyün cinsi fəallığı da uşağın cinsiyyətinə təsir edir. Cütlük çox fəaldırsa, yəni hər gün, ya da bir gündən bir cinsi əlaqədə olursa, onların övladının oğlan olacağı ehtimalı böyükdür. (Bu da xromosomların fəallığı prinsipinə əsaslanır. Y xromosomları fəal olduğundan qadının X xromosomu ilə daha tez birləşir). Cütlüyün cinsi fəallığı az olanda qız doğulur.

Çünki mayalanma dövrünə qədər yalnız X xormosomları yaşayır.

Uşağın cinsiyyətini müəyyən etmək üçün riyazi üsullar var. İki populyar üsulla tanış olun.

1. Mayalanma zamanı ana öz yaşını göstərən rəqəmdən 19 rəqəmini çıxır. Alınan rəqəmin üzərinə doğuşun planlandığı ayın göstəricisi olan rəqəmi gəlir. Tək ədə alınsa oğlan, cüt ədəd alınsa qız uşağı doğulacaq.

2. Sadə tənlikdən istifadə edirik:

49-(3xM-Y+1)

M—mayalanma günü (təxmini)

Y—ananın yaşı (mayalanma zamanı)

Bu düsturla hesablama nəticəsində cüt ədəd alınsa oğlan, tək ədəd alınsa qız uşağı gözləmək olar.

Qədim inanclar da var.

Qədim Çin və Yapon üsullarına görə oğlan övladına sahib olmaq istəyirsinizsə, yağmursuz gecədə, göydə aypara görünəndə cinsi əlaqədə olmalısınız. Otaq sərin olmalı, pəncərənin nəfəsliyi açıq qalmalıdır.

Qadın başı şimala doğru uzanmalı, yastığının altına kişiyə məxsus əşya qoymalıdır.

Bu vacib gecədən əvvəlki 3 həftə ərzində qadın ət, balıq yeməkləri, meyvə, meyvə qurusu, kartof, göbələk yeməli, çay, şirə içməlidir. Balıqdan başqa dəniz məhsulları ilə qidalanmamalıdır. Süd və süd məhsullarından, yumurta sarısı və un məhsullarından, eləcə də çörəkdən imtina etməlidir. Gecə ərəfəsi kişi soyuq su ilə yuyunmalıdır.

Qız övladın istəyənə yağışlı gündə, göydə bədirlənmiş ay görünəndə cinsi əlaqədə olmağı tövsiyyə edirdilər. İnanca görə yatağa axşamçağı girməli, otağı çəhrayı bəzəməli, qadın başı cənuba uzanmalı, yastığının altına çəhrayı lent qoymalıdır. Pəncərənin nəfəsliyi bağlanmalı, otağa ətir səpilməlidir. O gecədən əvvəlki 3 həftə ərzində ana süd məhsullarından bol istifadə etməli, göyərti, xiyar, kök, çörək yeməlidir. Meyvə qurusu, ət və duzlu yeməyi azaltmalıdır.

Deyilənə görə kişi qadınını, qadın onu sevdiyindən çox sevirsə, oğlan, əksinə olanda qız doğulur.

Unutmayın ki, bala insan üçün ən şirin paydır. Siz artıq hamiləsinizsə, uşağın cinsiyyəti barədə arzularınızı unudun! Balanızın özünü arzuolunmaz varlıq hesab etməsinə imkan verməyin!


Şərhlər: 16
Baxılıb: 37088
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
.::ReGiNa::.
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
31 iyul 2016 01:27
# 16
Geтмe Qαl Deyeɴ Sevɢιlιмιz Olмαѕαdα Seɴ Cαɴιɴ,
- Qαl Bιrαzdα Zeнleмιzι Toĸ Deyeɴ Doѕтlαrιмιz Vαr ...!(
Luna-90
Sukurler olsun allaha oglumda var qizimda ...qizim suni mayalanmayla oldu qiz olmagini ozum istedim.indi 24 gunlukdu yeni olub.hamiya qismet
24 iyul 2016 15:27
# 15
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Ariel♡
Allah butun evlenenlere uwaq nesib elesin .Saglam olsun. Bundan boyuk hediyye ola bilmez.
23 iyul 2016 12:47
# 14
Huwt
İnci
By melumat menr cox lazim idi qiz osteyirem mennnnnnnnnnn
22 iyul 2016 22:37
# 13
Her gulusun arxasında bır keder vardır
Fi-Ra
Bele melumatlar qizi cox olub oglu olmayana ve ya oglu cox olub qizi olmayana elverisli ola biler. Sukur Allahin verdiyi paya 1 qizim var. Bundan sonra ne olsa raziyam. Teki salamat olsun. Tesekkur.
22 iyul 2016 21:39
# 12
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Bahar Nesirova
Heqiqeten de uşağın cinsiyyeti atadan asılıdı bunu bütün hekimler deyir ama çinlilerin dediyi çox güman ki sadece ferziyyezidi
22 iyul 2016 10:55
# 11
Vəfa.R.F
Allahin verdiyi paydi. esas odu el ayaqi duz olsun saglam olsun
22 iyul 2016 09:10
# 10
ummuselma
Bütün bunlar hamsı ehtimal və ferziyyeden başqa bir şey deyil. Quranda Allah subhenahu və təala buyurur ki,biz kimine qız, kimine oğlan, kimine də hər ikisindən verərik. kimini də sonsuz edərik. Yeni heçkəs dəqiq deyə bilməz. Hər şeyi bilən bir tək Allahdır. Başınızı belə işlərlə yormayın. ondansa əllərinizi açıb Allahdan istəyin.
22 iyul 2016 07:40
# 9
YalniZ-ArZu
Meni qinamayin,amma men ne qeder oxuyuram bu mayalanma gunu,ovulyasiya barede hewzad anlamiram:(((Belke kimse loru dilde bawa salsa bawa duwerem,amma utaniram kimnense bu haqda soruwmaga:))
Her neyse....qiz ovladim olsun isteyerem,yoldawim da isteyir.Ancaq bir daha hamile qalmaqdan qorxuram.Hemde cox qorxuram:((((
Allah balalarimizi qorusun,ferqi yoxdu oglan ya qiz,esas odur ki xeyirli,namuslu,qeyretli,valideyn bawi uca eden bir ovlad olsunlar.Arzusunda olanlara da qismet olsun valideyn olmaq.AMIN!
22 iyul 2016 00:56
# 8
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Miss_Angel
menlik deyil hamileler oxusun mene maraqli deyil bele wey
22 iyul 2016 00:31
# 7
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Muradli Aytan
Allah hamiya nesib etsin 2 ogul olvladim var qiza hesretam insallah nesib edar allahim
22 iyul 2016 00:28
# 6
aziz a
Bızım mıllet yüz de min de qız olanda sevınmırler ıstemırler!!!
22 iyul 2016 00:19
# 5
Qelbim doludu !!!!
Gülüş.
Sitat: vipbetul
Allah ne verirse versin teki ovlad payi nesib etsun bezi aileler varki qizin bile tukune hesretdi

1 oglum 1 qizim var sukir onlari veren allaha
22 iyul 2016 00:06
# 4
vipbetul
Allah ne verirse versin teki ovlad payi nesib etsun bezi aileler varki qizin bile tukune hesretdi
21 iyul 2016 23:39
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Yalan şeydi bunlar hər şey Allahın əlindədi
21 iyul 2016 23:38
# 2
BARBI
Ovladin cinsiyyeti atanin geniyle kecir. Esas odurki saglam olsun
21 iyul 2016 23:33
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz