Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Virtual seks: həzz, xəstəlik, yoxsa xəyanət?
Virtual seks: həzz, xəstəlik, yoxsa xəyanət?
Göndərən: NoName
Şərhlər: 1
Baxılıb: 2300
Səs ver:
Qadinlar.Biz həkim-psixiatr Orxan Fərəclinin virtual seks haqda məqaləsini teqdim edir. Psixoterapevt məqalədə son illər sıx hal alan və bir çox ailələrdə ər-arvad münasibətinə mənfi təsir edən problemə toxunaraq, virtual erotik yazışmaların psixoloji aspektlərini hərtərəfli qabardıb.

Yəqin nə vaxtsa dost-tanışlarınızın və ya elə özünüzün də başınıza gəlib. Sosial şəbəkədə tanış olduğunuz biri münasibətiniz bir qədər irəliləyən kimi sizə “yanımda olsaydın...” tipli erotik mesajlar yazmağa başlayır. Əmin olun ki, bu, virtual aləmdə sizə yönəlmiş seks təklifinin başlanğıcıdır.

Virtual seks nədir?
Mesaj, telefon, "whatsApp" və digər interaktiv vasitələrlə bir-birlərinə erotik məzmunlu sözlər yazaraq, ehtiraslandırmağı, orqazma çatmağı hədəf alan bir metoddur.

Şəxslər bəzən bir-birlərinin üzlərini görmədikləri üçün digər insanı fantaziyasına uyğun olaraq təsəvvür etməyə başlayır. Araşdırmalar virtual seksə meylli insanların böyük əksəriyyətinin real həyatda normal cinsi həyatı olmayan, real seksdən həzz ala bilməyən və digər cinsi problemlərdən əziyyət çəkən insanlar olduqlarını göstərir. Bəzən evli cütlüklər öz cinsi həyatlarını rəngləndirmək üçün bundan istifadə edirlərsə, bu, norma kimi qəbul edilir.

Virtual seks xəstəlikdirmi?
İnternetdə yaşanan bu tip münasibətlərin sərhədlərini çəkmək, nəyin harda xəstəlik, harda norma kimi qəbul edildiyini vurğulmaq çox çətindir. Bir çox müəlliflərin yazdıqlarına baxsaq, virtual seks şəxsin sosial əlaqələrinə, ailə və uşaqları ilə münasibətinə, ən əsası, real seks həyatına ciddi mənada təsir etməyə başlayıbsa və şəxs bu tip münasibətlərdən artıq asılı bir vəziyyətə düşübsə, deməli, bu insana mütəxəssis yardımı qaçılmazdır.

Virtual seks zövq verirmi?
İlk başlayan günlərdə bu tip yazışmalar olduqca zövqverici, ehtiraslandıran xarakter alır. Buna səbəb isə şəxsin realda həyata keçirə bilmədiyi bir çox fantaziyasını bu yolla reallışdırmasıdır. Daha sonra isə insan virtual seks olmadan normal həyatına davam edə bilmir, real cinsi həyatında sönüklük yaranmağa, şəxsin özündə ciddi bir günahkarlıq duyğusu hakim kəsilməyə başlayır.

İnsanlar niyə virtual seksə meylli olurlar?
Sualı bu işi görən hər hansı bir insana versəniz, yəqin ki, buna bənzər bir cavab alacaqsınız – “Onsuz da heç üzünü də görmürəm, burda nə var ki?!”

Məsələnin mahiyyəti əslində bu cavabda öz əksini tapır. İnsanlar bu tip münasibətləri daha güvənli, daha etibarlı hesab edirlər. Çünki bir çox hallarda yazışdıqları adamı görmədikləri üçün özlərinə problem də hesab etmirlər. Ehtiras, fantaziya çox, utanma hissi yox. Məhz bu səbəbdən də virtual seksə meyllilik bu qədər çoxalıb.

Kimlər daha çox meyllidir? Qadınlar, ya kişilər? Evlilər, ya subaylar?
Araşdırmalar evli insanların virtual seksə daha çox meylli olduğunu bildirir. Daha konkret isə evli kişilər arasında bu tip münasibətlər üstünlük təşkil edir.

Virtual seks xəyanət hesab olunurmu?
Bu sualın birmənalı cavabı var. Bəli, virtual seks, virtual məkanda erotik məzmunlu yazışmalar xəyanət hesab olunur. Təcrübə göstərir ki, ilk vaxtlarda əyləncəli bir oyun kimi qəbul olunan, vaxt keçirmək məqsədi daşıyan bu tip münasibətlərin 50%-dən çoxu bir qədər keçdikdən sonra real həyata daşınaraq, gələcəkdə çox ciddi problemlərin yaşanmasına zəmin hazırlayır.

Nə etməli?
İş və ev həyatınız arasında konkret sərhədlər qoymağa çalışın. Evdə olarkən internet istifadəsinə müəyyən məhdudiyyətlər qoymaqla evdə həyat yoldaşınızla daha çox vaxt keçirmə fürsəti əldə etmiş olursunuz. Əmin olun ki, realda toxunaraq, nəvaziş göstərərək həzz almaq cinsi həyatınıza əlavə rəng gətirəcək.//lent.az


Şərhlər: 1
Baxılıb: 2300
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
Ne ise..........
10 iyul 2016 14:51
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz