Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doğuşdan sonra cinsi əlaqə
Doğuşdan sonra cinsi əlaqə
Göndərən: ulduz
Şərhlər: 2
Baxılıb: 3298
Səs ver:
Cütlüyün seksual həyatında ən zəif yerlərdən biri – uşağın doğuluşundan sonrakı vaxtdır. Əgər sizdə hamiləlikdən əvvəl və hamiləlik zamanı yaxşı cinsi həyat var idisə, bu gözəl cinsi münasibətləri uşağın doğuluşundan sonra da saxlamağa çalışmaq çox vacibdir.

Uşaq anadan olduqdan sonra seks haqqında aşağıdakı 4 şeyi bilməlisiniz:


1. Seks haqqında açıq ünsiyyət saxlamaq vacibdir
Öz seksual münasibətləriniz haqqında sizin açıq və dürüst ünsiyyətinizin olması çox əhəmiyyətlidir. Əgər siz bir-birinizlə öz cinsi həyatınız haqqında asan ünsiyyət qurmağı bacarmırsınızsa, onda inciklik, ağrı, məyusluq və düşmənçilik yarana bilər. Sizin gənc valideyn kimi rolunuz çox vaxt və enerji aldığından, belə ola bilər ki, seks bir müddət arxa plana keçsin. Beləliklə, seks haqqında söhbətlər və partnyora onu arzuladığını təsdiqləmək, seksin hələ olmadığı halda belə çox faydalı ola bilər.

2. Uşaq – birinci yerdə olmalıdır!
Siz hiss edə bilərsiniz ki, uşaq sizin partnyorunuzun prioritetlərində əsas yeri tutubdur, hərçənd əvvəl orada siz idiniz. Hamiləliyə qədər, xüsusilə birinci hamiləliyə, sizin emosional yaxınlığınız yalnız sizin ikinizə aid idi. Hamiləlik başlayan kimi, arada artıq üç nəfər olur və siz hiss edə bilərsiniz ki, artıq gözlənilən uşaqla əvəz olunmusunuz və sizin partnyorunuz sizi arzu etmir. Bu əvəzolunma hissi körpənin doğuluşundan sonra getdikcə güclənə bilər. Amma əgər siz əvvəlki kimi bir-birinizə qarşı diqqətli olsanız, o zaman bir müddətdən sonra münasibətlər düzələcəkdir və sizin seksual həyatınız öz qaydasına düşəcəkdir.

3. Sizin hər ikiniz seksual həyatınızın bərpa olunmasını istəməlisiniz

Bəzən sizə bütün işlərinizi qırağa qoymaq və romantik görüş haqqında düşünmək (hətta əgər bu sürətli seks olsa belə), bir-birinizə qarşı seksual həvəsinizin olduğunu sübut etmək lazımdır. Ən asanı, seksual münasibətləri dayandırmaqdır, çünki ailə və işlə bağlı çoxlu məsuliyyətləriniz vardır, amma unutmayın ki, sizin münasibətləriniz də vacibdir.

Münasibətlərin iki tərəfi vardır. Onlardan biri – xidmətdir, yəni həyat üçün vacib olan məsələlərin (məsələn, qadın üçün bu ev təsərrüfatının aparılmasıdır) həlli, onlardan digəri isə – qayğıdır (sevgi və diqqətlə dolu canlı münasibətlərin qurulması və saxlanılması). Siz görüşməyə və münasibətlər qurmağa yeni başladığınız zaman, çox güman ki, qayğı sizin münasibətlərinizin 90%-i təşkil edirdi və yalnız 10%-i xidmətə ayrılırdı.

Siz birlikdə yaşamağa başlayanda, xidmət sizin vaxtınız daha çox faizini təşkil etməyə başladı. Amma uşağın doğuluşu ilə xidmət sizin vaxtınızın 90%-dan çoxunu ala bilər və qayğı üçün cəmi 10% və ya daha az vaxt qalır. Vaxt ötdükcə bu sizin münasibətlərinizi korlaya bilər. Qayğını da, xidmət kimi öz münasibətlərinizin vacib hissəsi kimi saxlayın, və siz sevgi və dolğun seksual həyatla dolu bir gələcək quracaqsınız.

4. Seks cinsi əlaqədən də böyük bir şey olmalıdır
Yorğunluq və fikrin uşağa yayınması sekslə məşğul olmaq üçün lazım olan enerjini tükədə bilər. Amma çalışın öz seksual repertuarınızı genişləndirəsiniz. Məsələn, gözlənilməz rahatlaşdırıcı masajın edilməsi seksual enerjinin əmələ gəlməsi üçün həlledici amil ola bilər.

Ümumiyyətlə, iki insanın həyatın hansısa konkret bir anında cinsi yaxınlığı istəmələri və istəməmələri normal bir haldır. Burada doğru və doğru olmayan yoxdur. Həqiqi sevgi və seksual ehtiras inciklik və ya düşmənçilik üzərində qurulmur, burada dürüstlük, açıqlıq, qayğı və etibar çox vacib rol oynayır


Şərhlər: 2
Baxılıb: 3298
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Gultekin.A
Hecne bawa duwmedimm
5 avqust 2016 01:45
# 2
..
Totu
Maraqsiz xeberdiiiiiiiiiii!!!!!!!!
3 avqust 2016 21:59
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz