Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yazda cinsi istəksizliyin səbəbi nədir?
Yazda cinsi istəksizliyin səbəbi nədir?
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 1563
Səs ver:

Zamanla cinsi problemlər hər kəsdə müşahidə edilə bilər. Yaz gələr-gəlməz demək olar ki, hər kəsdən "yorğunam, halsızam, heç nə etmək istəmirəm” sözləri eşidilir. Bu hallar yazda cinsi həyatı olmayan evli cütlüklərə qədər gedib çıxır. Aile.lent.az türkiyəli terapevt-uzman Taner Canatarın yazda cinsi həyat haqqında maraqlı fikirlərini təqdim edir.
 
Həkim insanların fərqli şəxsiyyət və xüsusiyyətləri olduğu kimi, cinsi arzu və davranışlarının da eyni olmadığını vurğulayır. Cinsi həyat hər bir cütlükdə fərqli olur: "Azalmış cinsi istək cinsi fantaziyaların və cinsi istəyin olmaması ilə bağlıdır. Bunu belə də desək olar: cinsi xəbərdarlığın olmasına baxmayaraq, cinsi fəaliyyətin azlığı və ya yoxluğu "cinsi soyuqluq” yaradır”
 
Uzman cinsi arzuya təsir edən bir çox səbəblərin olduğunu da əlavə edib. O, müəyyən dövrlərdə cütlüklər arasında cinsi istəyin olmamasını normal hesab edir. Lakin bu istəksizliyin uzun müddət davam etməsi artıq böyük problemdən xəbər verir: "Yalnız fiziki və psixoloji sağlamlığın deyil, insanların yaş, peşə, mədəniyyət səviyyəsi, bilik, bacarıq və təcrübələrinin, qorxu, narahatlıq və kədərlərinin, inanclarının, ictimai vəziyyətlərinin və duyğularının da cinsi arzuya çox böyük təsiri var. Bu səbəbdən də cinsi istəyi qiymətləndirərkən mədəni, ictimai, dini, psixoloji, fiziki və s. bütün faktorları nəzərdən keçirmək lazımdır”.

Cinsi istəksizliyin səbəbi psixologiyadır
 
Cinsi istəksizlik həm qadınlarda, həm də kişilərdə daha çox psixoloji mənşəli səbəblərlə bağlıdır. Terapevtin sözlərinə görə, kişilər hər hansı erotik şəkil və video kimi cinsi məzmunlu materialdan təsirlənə bilirlər. Qadınlar isə əksərən romantik bir mühitdən, sevgi dolu söz və ifadələrdən daha çox təsirlənir: "Cinsi istəksizlikdən şikayət edən qadınlarda cinsi həzz ya çox zəifdir, ya da ümumiyyətlə yoxdur. Bütün bunların nəticəsində də əksərən orqazm yaşanmır. Eyni formada cinsi istəksizliyi olan kişilərdə də sərtləşmə, ya da boşalma pozuntuları müşahidə edilir. İstəksizliyi olan kişilər sevişmə zamanı konsentrasiyasını itirəcəyi qorxusundan sərtləşmə və ya tez boşalma problemi yaşaya bilərlər”.
  
Həkim bildirir ki, müasir cəmiyyətimizdə hələ də cinsi münasibət istəyən, axtaran, cinsi münasibət başladan, bundan həzz alan, orqazm olan, sevişməyə aktiv olan qadınlara yaxşı baxmırlar. Bu baxımdan cinsi istəyinin kifayət qədər olmadığından şikayətlənən və müalicə olunmaq istəyən qadınlar qınaqdan qorxur: "Ona görə də cinsi istəksizliyin səbəbləri diqqətlə araşdırılmalıdır. Müalicə fərdə və cütlüyə məxsusi olmalıdır, cinsi istəksizliyi doğuran səbəbə görə (fiziki, psixoloji, cinsi əlaqə problemləri, bağlanma və yaxınlaşma qorxusu, təhsil azlığı, cinsi mif v s.) təyin edilməlidir. Cütlüklər və fərd cinsi əlaqə və münasibətində problem hiss edirsə, mütləq həkim və ya terapevtə müraciət etməlidir. Unutmayın ki, cinsəllik rahatlanmaq və boşalmaq, sevişmənin və toxunmanın verdiyi həzz, həzz alıb həzz verə bilmə, ruhu və bədəni paylaşmaqdır”.

 



Şərhlər: 4
Baxılıb: 1563
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
dememezdim ki yazda azalir.. bizden uzaq)))) kış kış kış)))))))
22 aprel 2016 14:25
# 4
Bir hissimi itirmishem - TEECCUBLENMEK
Gultekin.A
Ola biler.Amma men ewitdiyime gore eksine yaz yay aylarinda istek artir
21 aprel 2016 01:57
# 3
..
Miss_Oxatan
bunu da fesille elaqelendirdiler day sozum yoxdu.men qol cekmirem bu sohbete)))
21 aprel 2016 00:29
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
Twkler xebere görə
20 aprel 2016 23:29
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz