Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İlk gecə qorxusu üçün məsləhətlər
İlk gecə qorxusu üçün məsləhətlər
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 3299
Səs ver:
İlk dəfə cinsi münasibətdə olmamısansa, bu mövzuda özünü gərgin hiss etməyin normaldır. Hər kəs yaddaqalan ilk gecə üçün narahatçılıq keçirir. Bəs ilk gecəni necə xatırlamaq istəyirsən? Peşmanlıq və ağrılımı yoxsa həyatınızın ən gözəl gecəsi olaraqmı xatırlamaq istəyirsən? Ətrafından eşitdiyin ilk gecə hekayələri səndə narahatlığın artmasına səbəb olur. Ətrafından eşitdiyin söhbətləri qulaq ardına at və bizim məsləhətlərimizə qulaq as.

İstədiyindən əmin ol
İlk gecə həyatın boyunca xatırlayacağın anlardan biri ola bilər. Həqiqətən istədiyinə əmin olmadan yaşayacağın cinsi münasibət sonradan sizi bədbəxt edə bilər. İlk gecəni vaxtının gəldiyini düşündüyün və ya partnyorunun istədiyi üçün deyil, doğru vaxtda doğru adamla olduğunu hiss etdiyin an yaşamalısan. 

Plan edin
İlk dəfə birlikdə olmaq bir çox adam üçün həyəcanlı gələ bilər. Xüsusilə də, qadınların ətraflarından eşitdikləri "acı"dolu hekayələr onların daha çox narahatçılıq keçirməsinə səbəb ola bilər. İlk gecənin gərginliyini azaltmaq üçün birlikdə plan edə bilərsiniz. 

Böyük gözləntilərin olmasın
Cinsi münasibət ilk dəfə heç də uğurlu olmaya bilər. Xüsusilə də ilk başlarda agrı hiss etməyin və özünü yaxşı hiss etməməyin normaldır. İlk gecədən zövq alacağını ümid etmə. İlk gecədə orqazm olacağını unut. 

Masturbasiya edin
Seksdə heç təcrübənin olmaması səni qorxusursa, təkbaşına təcrübələr qazana bilərsən. Masturbasiya haqqında soruşulan ən çox sualdan biri bakirəliyə zərər verib - verməməsidir. Bakirə qızlar üçün klitoral masturbasiya məsləhət görülür. Cinsi əlaqə zamanı da həm ehtiraslanmağınız, həm də ağrı hiss etməməyiniz üçün də partnyorunuz sizə masturbasiya ilə kömək edə bilər.

Kontrolu əlinə al
İlk dəfə əlaqə zamanı özünü rahatlatmağın və ehtiraslanmağın önəmlidir. Bu da daha çox partnyorundan asılıdır. Onunla bu mövzuda danış. Seks zamanı ağrı hiss edirsənsə bunu ona de və yönləndirməyə çalış. Kontrolu tamamən ona buraxmayın. Hətta ilk gecələr üçün qadının üstdə olduğu pozalar tövsiyyə edilir. İlk gecə üçün bu poza sizi utandıra bilər, ancaq bu zaman hər şey daha asan və ağrısız olacaq.

Hamilə qalmamaq üçün tədbir görün
İlk gecə də belə hamilə qalmağın mümkündür. Çox adamlar isə buna elə də istəkli deyillər. Prezervativlər bu işdə sizə kömək ola bilər.


Şərhlər: 3
Baxılıb: 3299
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
İlk gecə önəmligündür özünü rahat hiss etdikdən sonra ağrıda olmur heç nədə
17 iyun 2016 16:05
# 3
ummuselma
İlk gecenin ailə heyatinda önəmi başqadır. Əsas odur ki sevdiyin insanla olasan. O bəylik paltarinda, sən gelinlikde birlikdə namaz qılıb, dua edəsən, , sonra həsrətə son qoyub vusala çatasan. Hər bir qıza nəsib etsin. Həmin gecə vurduğum ətri belə saxlayıram xatirə olaraq.
15 iyun 2016 18:43
# 2
Miss_Oxatan
Hec bir meslehet o gecenin qorxu heyecanini kecire bilmez.ancaq bu insan sevdiyin wexs deyilse bu yuz qat qorxu,heyecan yaradar zennimce.bir de gerek eks teref medeni olsun.cox oglan qapidaki erebzengi yenge gozleyir deye guya qizin heyecanindan qorxusundan utanib tenge gelir hemen gece vurur gelini,ustelik de ayrim kimi sesini atir bawina meni biyabir eleme deyib ses kuy salir.yenge sohbeti baglanmalidir.hele de bir cox bolgelerde bir nedi e iki uc yenge gozleyir qapida.bunun esrle,muasirlikle elaqesi yoxdu.her dovr ucun artiq sohbetdi.evde orget orgetdiyini hemen axwam rahat buraxin.ozde ele aileler var hec qizdan da soruwmur kim getsin yenge sene,qoca qadin gonderirler yaninda.bu vapwe qebul olunmazdie.cavan qiz soruwasi sozunu de utanar soruwmaz.yene bir ozuyle tay ya da bir nece yaw ferqi olan cavan qadin teyin etseler yengeliye derd yari.yaxwi ki,bizde olmadi o erebzengiden.belke de teyin ederdiler,biz evvelden zapret qoyduq.hemen geceni qorxulu xatirladacaq travma bexw eden nuanslardan birinci sebebkari yengedir.onun bexw etdiyi muxtelif neqativ hissler ve onun narahatligindan dogan kobudluqlar.bir de en esasi sevdiyin wexsle evlenesen,o insanda sevdiyin bele olsa ayrim olmasin,medeni olsun.
15 iyun 2016 08:31
# 1
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz