Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Doqquzların seks həyatına təsiri
Doqquzların seks həyatına təsiri
Göndərən: Tomris Müslümova
Şərhlər: 2
Baxılıb: 936
Səs ver:
9-lu yaşlar bir çox insanlarda dönüş nöqtəsidir. 19, 29, 39, 49... Bəs, bir il sonra digər 10-lu sistemə keçməyimiz seks və münasibətlərimizə necə təsir edir? 
Bu haqda mütəxəssislər araşdırma aparıblar. Budur 19-dan 49-a qədər olan yaşların anatomiyası -

Süd yoxsa Şərab?
Mütəxəssislər yaşın artması və seks arasında bir bağlantı olduğunu sübut ediblər. Fiziologiya və hormon məsələlərində mütəxəssis Richard Shape"in sözlərinə görə, "testesteron səviyyəsi 29 yaşından sonra qadın və kişilərdə 1% düşməyə başlayır." Xanımlarımızın ağlından belə bir sualın keçdiyinə əminik: "Testesteron kişi hormonu deyil? Mənə nə kişilər problem etsin." Ancaq sizə aydınlıq gətirmək istəyirik ki, testesteron səviyyəsi qadınlarda, eləcə də kişilərdə bədənin fiziki performansı və cinsi istəyini artırır. Yəni, xanımlar, buna çarə yoxdur. 
Seks və münasibətlər üzrə mütəxəssis Gigi Engle"in fikrinə görə, "19 yaşlarındakı qadın bədənini çox az tanıyır. Yaş irəlilədikcə həm qadın, həm kişi partnyorunu necə xöşbəxt edəcəyi, necə ehtiraslandırmalı mövzularında daha çox təcrübəyə sahib olmağa başlayır. Buna görə də 29 və 39 yaşlarında yaşanan orqazm daha yüksək səviyyələrdə olur." Yəni cinsi həyatınızın tez xarab olan süd yoxsa daha dadlı şərab olacağı sizin istəyinizdən və özünüza tanımağınızdan asılıdır. 
Araşdırmalar göstərir ki, qadınların 39 yaşdan sonra testesteron səviyyəsi yarı-yarıya düşür. Bu da cinsi istəksizlik yaradır. 
"Yaşlandıq, nə edək" kimi düşünüb pessimist olmaq olmaz. Hər 49 yaşındakı insan da eyni hormon səviyyəsinə malik deyil. Yəqin ki sizin də ətrafınızda yaşının neçə olmasından asılı olmayaraq gözləri parlayan, həyatdan, münasibətdən məmnun olan insanlar var. testesteronun aşağı düşməsinin ən vacib səbəbləri, artıq çəki, yuxusuzluq, yaxşı qidalanmamaq, siqaret və spirtli içki qəbuludur.
Dr. Karlis Ullis isə deyir ki, "Mütamadi olaraq idman etmək, düzgün qidalanmaq və əhvalın yüksək tutulması sizi uzun illər cinsi həyatınızı aktiv saxlaya və sizi enerjili edə bilər." Terapist Vicki Ford"un fikrinə görə isə, özünüzü yorğun hiss etməyinizin bir çox səbəbi ola bilər. İstifadə etdiyiniz dərmanlar, spirtli içkilər və siqaret səbəblərdən biridir. 
Araşdırmalar sosial çevrəsi olan və tez-tez dostları ilə görüşən adamların seks və münasibətlərinin daha aktiv olduğunu göstərir.
19, 29, 39 - bunlar yenə normaldır. 49 yaşdan sonra sindrom var. New England Araşdırma İnstitutunda aparılan araşdırmalar kişilərin 49 yaşından sonra testosteron səviyyəsinin dramatik şəkildə düşdüyünü göstərir. Bu da kişilərin özünü daha yorğun hiss etməsinə gətirib çıxarır. Qadınlarda da bu durum fərqli deyil. Qadınlarda 39 yaşında testesteron səviyyəsi yarı-yarıya  düşür. Bu, qadınlarda cinsi istəksizliyə, özünü bədbəxt hiss etməsinə və depressiyaya gətirib çıxarır. 

İş həyatına təsiri
Hormonlar təkcə cinsi istəksizliyə gətirib çıxarmır. Başqa sözlə desək yataqda olan yataqda qalmır təəssüflər olsun ki. Telegraph.co.uk'də aparılan araşdırmaya görə iş və sosial həyatınızda nə qədər xoşbəxtsinizsə, yataqda da o qədər xoşbəxtsiniz. Təbii ki partnyorunuz da... 29 yaşlarından sonra seks həyatı uğurlu olmayan insanların ortaq cəhəti iş həyatlarının gərgin olmasıdır. Kariyerasından məmnun olmayan və işdə çox yorulan insanlarda testosteron səviyyəsi yaş artdıqca daha çox aşağı düşür. 
Cinsi əlaqə müddəti aşağı düşür, bu da münasibətdə narazıçılıqlar yaradır. Kariyeranızda nə qədər uğurlusunuzsa və istədiyiniz işlə məşğulsunuzsa bu münasibətinizə də müsbət təsir edir. "Nə edək seks qarın doyurmur, bizim işimiz budur" deyənlər üçün Dalai Lama belə cavab verir. "İnsan ilk öncə pul qazanmaq üçün sağlamlığını fəda edir. Sağlamlığını qazanmaq üçün isə pul xərcləyir." Sizə uzun və sağlam ömür verən nə qədər çox işləməyiniz deyil, nə qədər xoşbəxt olmağınızdır. 
Hər sahədə xoşbəxt olmağınız diləyi ilə...


Şərhlər: 2
Baxılıb: 936
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Sitat: Barbaris
maraqli melumatdir twk
29 may 2016 11:03
# 2
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Barbaris
maraqli melumatdir twk
29 may 2016 10:02
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz