Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Soyuq qış gecələrində seks həyatınızı rəngləndirin
Soyuq qış gecələrində seks həyatınızı rəngləndirin
Göndərən: Tomris Müslümova
Şərhlər: 1
Baxılıb: 897
Səs ver:
Soyuq havalar seks həyatımıza da təsir edir. Aparılan araşdırmalar isə göstərir ki, kişilərdə sperm sayı qışda daha çoxdur. Yəni qışda hamilə qalmaq ehtimalınız daha yüksəkdir. Seks mütəxəssisi və yazarı Charley Ferrerin fikrincə qış duyğusal yaxınlıq qurmaq üçün ideal zamandır. Bəs necə? 
Qışda daha ehtiraslı seks həyatına sahib olmaq üçün sizə bəzi məsləhətlərimiz var:

Tamamilə soyunmayın
Soyuq qış gecələrində pijamalarınızı geyinib yatağa girdikdən sonra soyunmaq sizin üçün xoş olmaya bilər. Soyunmaq sizin üçün çətindirsə tamamilə soyunmayın. Soyunmadan sevişmək əslində çox ehtiraslıdır. Həmçinin geyimlərinizi çıxarmağı seks oyununa çevirə bilərsiniz. Bir-birinizin geyimlərini yavaş - yavaş çıxarıb həm üşümə dərdindən də azad ola bilərsiniz, həm də erotik ortam yaratmış olarsınız.

Hamam otağını seçin
Əgər hamam otağında vannanız varsa, qışda sevişmək üçün vanna ideal seçimdir. Vannanı isti su və sevimli duş geli ilə doldurun. Partnyorunuzu yatmamışdan öncə rahatlaması üçün vanna otağına çağırın. Beləcə həm soyuq havanın təsirindən azad olacaqsınız, həm də seks həyatını rəngləndirmiş olacaqsınız. Yataq otağından kənarda sevişmək bir çox kişinin arzuları arasındadır. 

Düzgün pozanı tapın
Soyuq havalarda sevişmək istəməməyinizin səbəblərindən biri də düzgün pozanı tapa bilməməyiniz ola bilər. Missioner kimi poza əvəzinə daha çox enerji sərf edəcəyiniz pozanı seçə bilərsiniz. Nə qədər çox enerji sərf etsəniz o qədər çox isinərsiniz. Məsələn "qaşıq" pozası sizin üçün ideal seçim ola bilər. 

Masaj edin
Heç bir şey qoxulu yağlarla edilən masaj qədər sizi seksə hazırlamaz. Bir çoxlarımız üçün masaj ön sevişmə sayılır. Siz ona masaj etdikdən sonra özünüz üçün də masaj tələb edə bilərsiniz. Bu partnyorunuzu ehtiraslandıracaq. 

Afrodizyaklardan kömək alın
Qış aylarında özünüzü halsız hiss etməyiniz normal haldır. Ancaq bu hal seks həyatınıza da təsir edirsə cinsi istəyi artıran qidalar sizin köməyinizə çata bilər. Ədviyyatlı yeməklər və isti şokolad həm sizi isidəcək, həm də cinsi istəyinizi artıracaq.

Səhər seksi
Soyuq havalarda səhərlər yataqdan qalxmaq işgəncə ola bilər. Ancaq mükəmməl səhər seksi ilə bunu daha əyləncəli edə bilərsiniz. Beləcə yataqdan çıxmamışdan öncə həm isinmiş olacaqsınız, həm də xoş bir gün keçirəcəksiniz.


Şərhlər: 1
Baxılıb: 897
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Qiwa hele cox var,oxuduqlarimiz de yaddan cixacaq ona qeder:))Tekrar verersiz yene xeberi noyabr ayinda:)))
27 may 2016 18:24
# 1
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz