Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Seks haqqında 7 yalan
Seks haqqında 7 yalan
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3678
Səs ver:

 

Siz bu qaydaları ən doğru qaydalar kimi bilirsiniz. Əslində isə belə deyil. Victoria Corenin "GQ” kişi dərgisinin mart sayında çıxmış bu yazısını oxuduqdan sonra intim haqda yeni şeylər öyrənəcəksiniz.

Birinci yalan- Mədəni ol.

Bu qaydanı unudun. Gündüz vaxtı mədəni davranmaq yaxşıdır. Amma yataq otağında mədəni davranmaqdan daha darıxdırıcı ikinci bir şey ola bilməz. Nəticədə bu, intimdir, rəsmi qəbul deyil. Sevişmənin daha alovlu olmağı üçün bütün potensialınızı ortaya qoymalısınız. Siz ona əmr edin! Qadınlar yataqda onlara təlimat verilməsini xoşlayırlar. Əmrlərə tabe olmaq bizi xanım –xatun kimi davranmaqdan xilas edir. intim vaxtı kobud olmaq, qarşınızdakını aşağılamaq imkanı varsa, bunu edin, durub mədəni davranmaq, özünü xoş göstərməyə cəhd etməyin. Təbii ki, "dərhal yatağa uzan, sən də istəyirsən”, yaxud "deyəsən buranda sızanaq var” kimi aşağılayıcı cümlələri nəzərdə tutmuruq.

Gündüz vaxtı nəzakətli cəngavər kimi keçirdikdən sonra, gecə yataqda bunun tam əksi olan bir insana çevrilirlər. Nəyə görəsə qadınlar yataqda güc oyunlarını sadəcə, gecə sevişmələrində xoşlayırlar. Gecə daha sirli olduğundan deyil, parlaq işıq daha gözəl göstərdiyinə görədir. Burada "yataq” sözünü nümunə üçün deyirik. Məsləhətlərimə yataqda deyil, divanda, hamamda, mətbəxdə və s. yerlərdə də əməl edə bilərsiniz. Burada insani nizam lazımdır. Qarşınızdakı sado-mazo fetişisti deyilsə, kobudluğunuzu nəzarət altında saxlamalısınız. Ona etibarlı əllərdə olduğunu hiss elətdirin. Onun yanbızına bir şapalaq vuranda təəccüb, ehtiras və həyəcan keçirməsi, yoxsa sizi həbs elətdirməkçün polisə zəng etməyə qaçmağı arasındakı fərqi başa düşsəniz, yaxşı olar. Bunlar normal münasibətlərə aiddir. Əgər qarşınızdakı 32 yaşında bir bakirədirsə, vəziyyət başqa cür ola bilər. Həm də qadınların hamısını təmsil eləmirəm. Amma bir gün mənim yatağımda olsanız, əsla "problem deyilsə, toxuna bilərəmmi?” kimi suallar verməyin.


İkinci yalan- Zarafatcıl kişilər intimualdır.

Yox, yox, yox. Kişiləri ən çox narahat edən bu mövzuya aydınlıq gətirək. Qadınlar üçün güldürməyi bacaran kişilər iki halda məqbul sayılır. Birinci görüşdə (çünki gülüş birinci görüşdəki gərginliyi aradan qaldırmağa kömək edir) və münasibətlərin mahiyyətini ortaya çıxarma prosesində. Fəqət intim prosesində bütün zarafatları yığışdırmaq lazımdır. Ağlınıza gələn bütün gülməli hərəkətləri unudun. Əgər çox gülməli bir zarafat eləmək arzusunda olsanız, mumlayın. Sevişmə prosesində zarafatlara vaxt ayırmağınız onu göstərir ki, fikriniz başqa yerdədir, ona diqqət ayırmırsınız. Sevişmədən qabaq ağzınızda intimdən başqa bir şey olmasın. Yersiz bir zarafatla "bu iqtisadi böhranın axırı necə olacaq” demək arasında elə də fərq yoxdur.


Üçüncü yalan- Qadın da kişi qədər intim istəyir.

Post-feminizm və cəsarətli köşə yazarları sayəsində bu əfsanənin populyarlığı artıb, amma inanmayın. Qadın əsasən, kişi qədər intim düşkünü deyil. Kişilərdə meyvə soymaqdan dərhal intimə keçən ehtirasa gəlmə qabiliyyəti qadınlarda yoxdur. Bəzən qadınlar doğrudan da həvəssiz ola bilərlər. Amma həvəsli olanda isə, sizin belə olduğunuz anlardan daha həvəsli, daha istəkli və həyəcanlı olurlar. Ayın bəlli günlərində onu yola gətirmək üçün dəridən qabıqdan çıxmaq əvəzinə, bir ovuc vitamin həblərinə ehtiyacınız ola bilər. Fəqət iki gün sonra, onun çiyninə bircə öpüş qondurmaq bəs edəcək... Qadının partnyorunu rədd etməsi problem deyil, kişi buna görə narahat olmamalıdır. Amma özünüzü ona oxşadıb "bu gün mənim həvəsim yoxdur” deməyin, uduzan siz olacaqsınız...

Dördüncü yalan- Gözəl qadınları yoldan çıxarmaq çətindir.

Gözəl hesab eləmədiyiniz qadını başdan çıxarmağa çalışmayın. Bəyənmədiyiniz qadınla sırf minnətdar olacağını düşündüyünüz üçün yatağa girsəniz, sonda uduzan siz olacaqsınız... Möhtəşəm saçları, gözəl bədəni, gözəl dişləri olan qadınların, əlində kokteyl bardağıyla pis-pis gülən milyonçu kişilərin haqqı olduğunu düşünürsünüz. Amma sizə deyim ki, o kişi axmağın biridir. Milyonçuların qadınları ələ keçirtməsinin səbəbi pulda deyil. Çünki milyonçuların eqoları güclüdür, rahatdırlar, qadınlarla ünsiyyətə girməkdən çəkinmirlər. Siz də o cür edə bilərsiniz. Ona yaxınlaşın, onu güldürün. 15 yaşında, məktəbin arxasında görüşən yeniyetmələr kimi söhbət edin. O, flört etməyə cəsarəti olmayan kişilərə və yaxud söylədiklərini qulaq ardına vuran qürurlu ilanlara alışıbdır. Siz bu ikisinin ortası olmağı bacarın.

Beşinci yalan- Barmaqları qadının saçlarında gəzdirmək çox intimdir.

Çək əlini saçlarımdan. Ciddi deyirəm. Çək!

Altıncı yalan- Qadınlar intimdən sonra qucaqlaşmaq istəyirlər.

Aparılan araşdırmalara görə intimdən sonra qucaqlaşmağa daha çox kişilər meyllidir. Ona güvən hissi verən oxşama kifayət edər.

Yeddinci yalan- Ən həyəcanlı intim, yeni tanış olduğun qızla olandır.

Doğru deyil. Yad adamla intim, sadəcə, intim həyatınıza rəng qatmaq baxımından həyəcanverici ola bilər. Bunu ölmədən öncə eləmək istədiklərinizin siyahısına salmağınızda bir zərər yoxdur. Amma bunu yaşadığınız ən ehtiraslı intim deyə təqdim etməyinizin mənası yoxdur. Çünki elə deyil. Partnyorunuzu uzun müddətdir tanıyırsınızsa, birinci sevişmə həmişə daha intimdir. Amma ilk intim həmişə ən yaxşı demək deyil. Ən yaxşı intimə, uzun müddətdir bir yerdə olduğunuz sevgilinizlə nail ola bilərsiniz. Bu həyatda yaşayacağınız ən gözəl münasibət, çox yaxından tanıdığınız biriylə, sərhədi olmayan ədəbsiz intimdir.



Şərhlər:
Baxılıb: 3678
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz