Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tantrik...
Tantrik...
Göndərən: Angela7
Şərhlər:
Baxılıb: 895
Səs ver:
Bu təlimə əsasən, Kainat Shiva və Shakti adı verilən tanrıların timsalında qadın və kişi vəhdətindən meydana gəlir. Tantra cinsi münasibəti orqazmdan daha çox partnyorla bütünləşmə olaraq görür. Tanrik cinsi münasibətin əsasında orqazm zamanı orqanizmdən atılan enerjinin bədəninizə geri qaytararaq daha çox enerji toplamaq durur.

Tantrik seksual əlaqədə orqazma çatmaq kimi bir məqsəd yoxdur. Əksinə, cinsi fəallığın mümkün olduğu qədər uzun davam etməsinə çalışaraq, əlaqədə olduğunuz şəxslə aranızda cinsi enerji və bağlılığı artırmaq Tantra doktrinasının əsas məqsədidir. Klassik cinsi fəallıq zamanı daima sona kökləndiyiniz üçün hər an yaşaya biləcəyiniz həzzi əldən verə bilirsiniz. Ancaq Tantrik seks sizə əlaqədə olduğunuz hər anın fərqində olmağınıza və bundan daha çox zövq almağınıza xidmət edir.
Women’s Bodies, Women’s Wisdom adlı kitabın müəllifi Crristiane Northrup deyir ki, "Cinsi enerji fərdi sağlam edən ən güclü enerjidir. Aparılan təcrübələrdə bir-biriylə romantik bağ qurmuş cütlüklərdə stress hormonlarının azaldığı və xoşbəxtlik hormonu olan serotonin miqdarının artdığı müşahidə olunub.”
Şərq fəlsəfəsində əhəmiyyətli yeri olan bu əlaqə fəlsəfəsini yaşamaq istəyənlər üçün bir neçə praktik tövsiyə hazırlamışıq. Gəlin onlarla tanış olaq:

1. Mühitin rahat olmasına nail olun
Tantrik cinsi əlaqədə olduğunuz mühitin rahat və komfortlu olması çox əhəmiyyətlidir. İlk addım olaraq, ətrafdakı diqqət yayındırıcı bütün lazımsız şeylərdən xilas olun. Otağınızı mümkün olduğu qədər sadələşdirin, daha sonra isə çiçək, şam və dekorativ əşyalarla bəzəyin. Qoxu isə hisslərin hərəkətə keçməsi üçün istifadə edəcəyiniz ən təsirli vasitələrdən biridir. Buna görə də gözəl ətirli bitki yağlarını bədəninizə çəkə və ya ətirli otaq spreyindən istifadə edə bilərsiniz. Yatağınızın və yataqda istifadə etdiyiniz hər şeyin – yastıq, üzlüklər və sair şeylərin də rahat olması olduqca əhəmiyyətlidir. Son olaraq isə, ikinizin də xoşuna gələcək musiqi bu əlaqəni daha uzun və unudulmaz edəcək.
 
2. Nəfəslərinizin bir-birinə qarışmasına icazə verin
Qarşınızdakı insanın nəfəs alıb-verməsinə uyğun şəkildə nəfəs alıb vermək, partnyorunuzla eyni tezliyə girməyin ən asan yoludur. Partnyorunuzun qucağına – ona ən yaxın ola biləcəyiniz şəkildə oturun və o nəfəs alarkən nəfəs alıb, nəfəs verərkən də nəfəs verin. Onun verdiyi nəfəsi içinizə çəkdikcə, bədənlərinizi daha da yaxınlaşdığını və onun bir parçası halına gəlməyə başladığınızı hiss edəcəksiniz. Nəfəs nəzarəti bütün yoqa praktikalarının və Tantra təliminin ən əsas prinsipidir.
 
3. Gözlərinizi açıq qoyun
Cinsi əlaqə zamanı gözlərinizin açıq olmasının əsasında qarşınızdakı adamla qurmuş olduğunuz dərin romantik əlaqə yatır. Gözlərin içinə baxmaq asan görünsə də, bir çox cütlük bunu tətbiq etməkdə çətinlik çəkir. Göz əlaqəsi qurmaq və uzun müddət onun gözlərinin içinə baxmaq böyük səbr və həssaslıq tələb edir. Xüsusilə də bu adam sevdiyiniz və seksual olaraq çox istədiyiniz insandırsa, bunu etmək daha çətin ola bilər.
 
4. Tələskənlik etməyin
Tantrik seksuallıq orqazma çatmağı qarşısına əsas məqsəd olaraq qoymadığı üçün, prosesin demək olar ki, hamısı ön sevişmə şəklində baş verir. Zövqlü və yavaş bir ön sevişmə, kişilərdə boşalmanın daha uzun bir müddətdə baş verməsinə, qadınların isə daha intensiv orqazma nail olmasına kömək olur. Cinsi fəallığı nə qədər uzatsanız, toplanan seksual enerjiniz də bir o qədər artmış olur. Bu səbəbdən də, əlaqədə olduğunuz vaxtı sona deyil, bir-birinizə yönəldərək keçirməlisiniz.


Şərhlər:
Baxılıb: 895
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz