Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İntim əlaqə üçün 22 səbəb
İntim əlaqə üçün 22 səbəb
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3945
Səs ver:

http://maraq.info/wp-content/themes/MaraQ/thumb.php?src=http://maraq.info/wp-content/uploads/2012/03/intim.jpg&w=638&h=300


Nizamlı və təmin edici cinsi həyat fərdlər üzərində bir çox müsbət təsiri də özü ilə gətirir.
1. Çəki almağınıza maneə törədir:
Bəli, yarım saatlıq bir yataq otağı kefi ilə 200-250 kalori yandıraraq kilo verə bilər, artıq çəkinizdən xilas ola bilərsiniz.
2. Ürək-damar sağlamlığınızı qoruyur:
Belfast Queen’s Universitetində 1000 kişi üzərində edilən təcrübənin nəticələrinə görə həftədə üç və ya daha çox intim edən kişilərdə infarkt risklərinin yarı yarıya azaldığı məlum olmuşdur.
3. İflic risklərinizi azaldır:
Yenə eyni təcrübə nəticələrindən biri də nizamlı intim ilə qadın və kişilərin iflic risklərinin azaldığı təstiqlənib.
4. Yuxusuzluq probleminizi aradan qaldırır:
Cinsi əlaqə əsnasında bədənin təbii morfinləri olaraq bilinən”endorfin” ifrazatı ilə vücudu rahatdıqdan sonra yerini gözəl yuxuya buraxır.
5. Qoxu duyğunuz inkişaf edir:
Orgazm əsnasında beynin hipofiz bölgəsindən ifraz olunan "prolaktin”hormonu sayəsində beynin qoxu hiss etmə mərkəzi xəbərdar edilir və bu şəkildə nizamlı intim sonrasında kəslərdə qoxu hiss etmə duyğusu inkişaf edir.
6. Yaşlanmağı gecikdirir:
Bəli, Dr. Məmməd Öz-ə görə ildə 100 dəfə edilən əlaqə ilə yaşlanma azalır, dəri gözəlləşir.
7. İmmunitet sistemini gücləndirir:
Edilən araşdırmalara görə həftədə bir və ya iki dəfə intim, immunitet sistemi üzərində 30  % nisbətində artırıcı təsir edir. Bu şəkildə təbii olaraq xəstəliklərə qalib gəlirsiniz.
8. Ağrı kəsici xüsusiyyəti:
Bir çox qadın yoldaşlarını rədd etmək üçün istifadə etdiyi "canım başım ağrıyır” bəhanəsi artıq çox işə yaramayacaq. Çünki cinsi əlaqə və orgazm olma əsnasında ifraz olunan "oksitosin” hormonu sayəsində qadınlarda "endorfin” hormonunun yüksəlməsi ilə birlikdə ağrı kəsici təsir edir.
Bu şəkildə təmin edici intim, qadınlarda migren və vaskuler baş ağrılarının azalmasına səbəb olur.
9. Vucudu formaya salır:
intim əsnasında bir çox bədən əzələsi və skelet sistemi koordinasiyalı olaraq işləyərək sıx məşq edirlər. Bunun nəticəsində nizamlı intim, vücudun formaya düşməsini təmin edir.
10. Vucudunuzun elastikliyi artır:
Vucudunuzun elastikliyi nizamlı intim ilə birlikdə artır.
11. Sümüklərinizi gücləndirir:
intim əsnasında ifraz olunulan testosteron hormonunun sümükləri gücləndirici təsirləri var.

 

 

Qadın Sağlamlığı Üzərində Təsirləri

12. Pelvik əzələlərinizi gücləndirir:
intim əsnasında pelvis yəni "ləyən sümüyü” içində olan bir çox əzələ koordinasiyalı olaraq işləyir. Bu şəkildə qadınlarda xüsusilə kilimas sonrası görülən məsanə, uşaqlıq yolu və bağırsaq sallanmaları azalır.
13. Aybaşı sancılarınızı (dismenore) azaldır:
Dismenorenin azalması da intimualın ağrı kəsici xüsusiyyətinin başqa bir əks olunması olaraq düşünülə bilər.
14. Aybaşını təşkil edir:
Stanford Universitetində edilən bir araşdırmada həftədə ən az bir dəfə intim edən qadınların aybaşı dövrlərinin, ayda bir dəfə edənlərə nisbətlə daha nizamlı olduğu müəyyən olunmuşdur.
15. Pelvis bölgəsinin qan dövranını müsbət istiqamətdə təsirlənir:
Cinsi əlaqə və orgazm əsnasında pelvis bölgəsində qanlanma artımı uşaqlıq yolu, yumurtalıqlar kimi bir çox pelvik orqanların sağlam funksiya görə bilməsinə müsbət istiqamətdə təsir edir.
16. Vaginal quruluğu azaldır:
Nizamlı intim ilə vagina və pelvis damar dövranının yaxşı inkişafı nəticəsində xüsusilə klimas dövrü sonrasında ortaya sıx olaraq çıxan "vaginal quruluq” problemlərinin raygəlməsi də azalır. Necə ki vaginal islanmanın, vahinanın öz damar strukturlarından meydana gəldiyi bilinir.
17. "intim, intimi artırır”:
Edilən hər intim sonrası kəslərdə libido artımına səbəb olan "testosteron” hormonu artır. Testosteron hormonu da kəslərdə cinsi istəyi təkrar təkrar qamçılayır.

Psixoloji Sağlamlıq və Ailə Sağlamlığı Üzərinə Təsirləri

18. Ailə bütünlüyünü və davamlılığını dəstəkləyir:
Evliliklərdə zaman-zaman yaranan bəzi mübahisələr nəticəsində yaranan gərginliklər intim ilə həll edilə bilir. Bu şəkildə nizamlı intim, sanki bir "meditasya və ya müalicə etmək” kimi ailə bütünlüyünün sağlam bir şəkildə davamlılığı üçün imtina edilməz ünsürlərdəndir.
19. Öz limitlərinizi aşmanız üçün birlikdə "bəhanəniz” olur:
Bəli, cinsi əlaqə əsnasında özünüzü ən təbii halınızla; xoşbəxt, aqresif, ehtiraslı və həyəcanlı şəkildə ortaya qoymanız, gün içindəki bütün monotonluqlardan qurtararaq bir yerdə "sizin siz kimi davranmanızı” təmin edir.
20. Özünüzə etibarınızı artırır:
Sevdiyiniz yoldaşınızı fiziki və romantik doyuma çatdırmanız sizi də xoşbəxt edərək özünüzə olan etibarınızı artırır. Bu şəkildə kəslərin özlərini daha çox sevmələrinə imkan tanıyır.
21. Həyat tərzinizi fərqliləşdirir:
Yoldaşı ilə cinsi uyğunlaşmazlıq, təminsizlik və ya müvəffəqiyyətsizlik yaşayan bir çox cütün özlərinə başqa məşğuliyyət tapdıqları gerçəkdir.
Cinsi həyatları müsbət istiqamətdə inkişaf edən, eşq və ehtirası doyunca yaşayan kəslərdə isə həyat sahələrindəki prioritetlərin dəyişdiyi görülür. Daha xoşbəxt, daha rahat və müsbət həyat onların həyat tərzinə çevrilir.
22. "Sizlərə dünyanın ən gözəl meyvəsi”ni təqdim edir:
Bəli, iki adamın bir-birini sevərək meydana gətirdikləri ortaq eşq meyvəsi təbii ki dünyanın ən vaz keçilməzidir. "Sağlam körpə dünyaya gətirmək” bütün cütlərin ortaq düşüncəsi və idealıdır. Bu şəkildə evliliklər çox daha məna və dad qazanır.


Şərhlər:
Baxılıb: 3945
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz