Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər qadının orqazm olmasını niyə istəyir?
Kişilər qadının orqazm olmasını niyə istəyir?
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 3205
Səs ver:
Qadınların çoxu seks zamanı orqazm ola bilmir. Ancaq qadınının orqazm olması özünə faydalı olmaqla yanaşı partnyorunun da daha çox həzz almasına səbəb olur. Bəs kişilər qadının orqazm olmasını niyə istəyirlər?

Bacardığını hiss etmək istəyir
Fanatı olduğu  futbol klubunun qalib gəlməsi onu necə sevindirirsə, birlikdə olduğu qadını yataqda təmin etmək də ən az o qədər zövq verir. Kişilər üçün orqazm həyəcan deməkdir və qadını həyəcanlandıra bilmək onlar üçün önəmlidir. Bu zaman kişilər özlərini qəhrəman kimi hiss edirlər.

Orqazm sevgililərin bir-birinə bağlanmasına səbəb olur
Orqazm zamanı ifraz olunan oksitosin adlı hormon həm insanın özünə inamını artırır, həm də cütlüyün bir-birlərinə bağlanmasına səbəb olur.

Araşdırmalar göstərir ki, uzun müddət evli qalan cütlüklərin demək olar ki, hamısı seks həyatlarının möhtəşəm olduqlarını bildirirlər. Tədqiqatların nəticələrinə görə, cinsi əlaqə zamanı eyni vaxtda orqazm olan partnyorlar daha uzun müddət evli qalırlar.

Ən təbii halınızı görmək xoşlarına gəlir
Qadınlar həmişə davranışlarını, danışıqlarını nəzarətdə saxlayırlar. Ancaq sevişərkən hər qadın içindən gəldiyi kimi hərəkət edir. Qadının əsl təbiəti seks zamanı üzə çıxır. Bu da kişiləri dəli edir. Çünki heç kimin görmədiyi ən təbii halınızı gördüyünü, sizi hamıdan yaxşı tanıdığını düşünür və bundan xoşbəxt olur. Kişilər qadının təbii halından  ən az striptiz şou qədər təsirlənirlər.

Səsiniz onu dəli edir
Qadınlar səslərinin tonunu ya çox əsəbiləşəndə, ya da həddən çox sevinəndə qaldırırlar.

Ancaq orqazm zamanı özünüzdən asılı olmayaraq, çıxardığınız səslər kişilərin yaddaşına yazılır. Onlar sevişdikləri qadınların səslərini əsla unutmurlar. Bu səslər kişilərin ağlını başından alır.

Sizi xoşbəxt etmək ona zövq verir
Kişilər sevdiyi  qadının gülümsəməsini görmək üçün bir çox üsuldan istifadə edirlər. Kimi çiçək alır, kimi ən yaxşı ləl-cavahiratı seçmək üçün saatlarla vaxt sərf edir. Ancaq hər bir kişi mükəmməl orqazmın bütün hədiyyələrdən daha təsirli olduğunu bilir.

Qızardığınızı görmək üçün ürəyi gedir
Cinsi əlaqə zamanı həm çox enerji itirdiyiniz, həm də həyəcanlandığınız üçün üzünüz və bədəninizdəki bəzi hissələr qızarır. Bu, kişilərin çox xoşuna gəlir.

Təkrarlanan orqazmlar
Bir kişi seksual bir qadınla, çox da gözəl olmayan ancaq cinsi əlaqə zamanı dəfələrlə orqazm ola bilən qadın arasında qalsa, ikinci seçər. Çünki belə qadınlar kişinin özünü daha güclü və yaraşıqlı hiss etməsinə səbəb olurlar. Ancaq bu hər qadına nəsib olan xüsusiyyət deyil.

Sədaqətli olduğunuza inamı artır
Kişilərin fikrincə, seks zamanı orqazm olan qadın daha sədaqətli olur. Çünki onun başqa birinə ehtiyacı qalmır.


Şərhlər: 6
Baxılıb: 3205
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mrs.Kemale
tskrler xebercun
8 avqust 2016 04:26
# 6
Heç kimin xarici görünüşündə qüsur axtarma. Unutma ki, hər kəsin rəssamı ALLAHdır!!!
zzz
mene yad bir hissdr bu.cinsi elaqe zamani orqazm bas vermir mende herhalda hevessiz mecbur elaqeye girirem ona goredir
2 mart 2016 22:54
# 5
Tek Tenha
Wukur 16 ildi aileliyem.bunun yasayiriq doya doya.Seksin bunun dadi duzu olmaz hec yasamirsan onda bunu hiss edtmirsense.
2 mart 2016 16:23
# 4
Ekizlerin mamasi
Lazilanlari bilirdim
2 mart 2016 11:48
# 3
Xosbextlik-ezizlerimin ehatesinde,yoldasimin yaninda,ekizlerimle kecirdiyim gunlerdi.
adsiz-a
Ayleli qadinlarda orqazm mutleqdir,ayleliy elibde orqazm olmursunuzsa bu eseb xesteliyi yaradir qadinlarda, ozlerinden asili olmayaraq
2 mart 2016 11:32
# 2
Vuska87
Azerbaycanda 70faiz qadin hec bilmirki o nece hissdi.bilmirem savadsizliqdandi yoxsa kiwilerin yataqdada sertliyini gostermesinnendi.
2 mart 2016 02:27
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz