Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Playboy dərsləri (Unit 4)
Playboy dərsləri (Unit 4)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3331
Səs ver:

alt


"Səninçün Sevgi nədir?" sualına həmişə bir cavab vermişəm: "Mən ürəyimə yatan istənilən adamı (qızı) sevə bilərəm". Odurki həmişə sevib evlənməkdənsə, evlənib sevməyi üstün tutmuşam. Qızlara sadəcə əyləncəyçün baxmışam. Ama bir zamana kimi. O zamana kimi ki həmin ürəyimə yatan qızı tapdım. Bəli mən də sevmişəm. Mənə görə dünyanın ən gözəl sevgisini yaşamışam. Əsla da peşman olmadım. Hətta sonda onu əlimdə saxlaya bilməsəm belə. Yuxarıda dedim ya mən ürəyimə yatan istənilən adamı sevə bilərəm. Yəni bu o demək deyilki mən bir daha sevəməm. Ürəyimə yatan qızlar yenə çıxacaqdır qarşıma yenə də sevəcəm yəqinki ama ilk sevginin yerini hiç bi şey dolduramaz. Sizə heç də həyatımı danışmaq istəmirəm. Bu xəbəri ümumi olaraq bütün oğlanların adından hazırlamadım ki ola bilər bəziləri mənimlə razılaşmasın. Hər kəsin fikrinə hörmətim var. Sadəcə Onun timsalında sizə öz fikrimi, necə bir qadın, necə bir qız istədiyimi təsvir edəcəm.


Qadın dediyin gözəl olacaq. Saçlarının ucundan tutmuş, ayaq barmaqlarına qədər seyrinə doyamayacaqsan. Özünə baxacaqdır qadın dediyin. Saçları ipək, yanaqları al, beli incə, bir sözlə zərif olacaqdır ama bu zərifliyin içərində də xanımlığını saxlayacaqdır. Gözəl olacaq ama qaşından, gözündən, sinəsindən, ayaqlarından da öncə sözü doğru, ruhu təmiz olacaqdır. Bütünlükdə hər şeyiylə gözəl olacaqdır. Rahat olacaqsan yanında. Oturuşu, duruşu, yerişi nə çox kübar, nə də çox adi olmayacaq, sadə olacaq. Sadəliyin içində də sənə özünü fərqli göstərəcək.


Gözəl olacaq ama səni də əlində tutacaq qədər ağıllı olacaqdır. Səni əlinin içiylə bərk-bərk tutacaq. Elə tutacaqki, biləsənki əmin əllərdəsən, başqa heç kimsə tuta bilməz səni belə. Zövqü tək özünü yox səni də geydirəcək qədər yerində olacaq. Marka, moda xəstəsi olmayacaq qətiyyən. Modanı izləyəcək ama içindən sadəcə özünə yaraşanı seçəcəkdir. Hər şeydən öncə ev işlərini biləcək. Əlindən hər iş gələcək. Lakin bunları tək səni əldə edənəcən deyil, əldə edəndən sora da göstərəcək.
Gördüyü hər işə ürəyini qoyacaq.


Ailədə huzur yaradacaq. Yersiz qısqanclıqlar etməyəcək. Sənə ürəyiylə güvənəcək. Cəsarətli olacaq. Səni sevirəm deyərkən qorxmayacaq, başqa şeylərin arxasına gizlənməyəcək, kişisinin arxasından söz söylətmiyəcək (yəni namusun olacaq). Ən əsası özünü sevəcək, özünü sevməyən qadından heç kimə fayda gəlməz. Qoluna salıb qürurla gəzdirə biləcəksən. Analığı da biləcək, uşaqlarından hörmət görməyi, böyüklərinə hörmət etməyi də. Əsl qadın olacaq, səni sadəcə sən olduğunçün sevəcək. Puluna, varına, karyerana, xarici görünüşünə görə yox.. Səbrli olacaq, gözləməsini biləcək. Biləcəksən ki evdə o qadın tərəfindən gözlənməyin sənə verdiyi xoşbəxtliyi heç bir şey yaşada bilməz sənə.
"Həm SEVGİLİN, həm DOSTUN, həm ANAN, həm də körpə BALAN" olacaq o qadın..


P.S. Bax belə birin taparsan qaçırma dostum!


Şərhlər:
Baxılıb: 3331
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz