Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi öpüşündən iyrənən qadınlar
Kişi öpüşündən iyrənən qadınlar
Göndərən: emis
Şərhlər:
Baxılıb: 1866
Səs ver:
İlk öpüşün qadın və kişi üçün dəyəri
Bəziləri bunu çox böyütsə də, bəzilərimiz normal bir hal kimi başa düşürük. Amma qadınlar bu mövzunu biraz daha çox fikirləşirlər. Çünki onlar üçün ilk öpüş çox vacibdir. Onlar bu ilk öpüşün xəyalını qurur, kimlə olacağını fikirləşirlər. Bəs bu oğlanlarda  niyə belə deyil?

İlk öpüş onlar üçün sevgidir yoxsa ehtiras?
Bu insandan insana dəyişir, amma bəzi oğlanlarda, xüsüsən də ətrafında çox qız tanışları olanlarda ilk öpüşün bir önəmi yoxdur. Onlar buna yalnız ehtiras gözü ilə baxırlar. Bəlkə də sevdiyi xanım olsa belə fikirləşməz, lakin buna da aldanmaq lazım deyil. Bəzi hallarda isə öpdüyü xanıma " Həyatımda ilk dəfədir ki, bir qadını öpəndə, bu qədər zövq aldım”- deyirlər. Buna inanıb inanmamaq isə artıq qızlarımıza qalıb.

Qadınlar üçün ilk öpüş niyə bu qədər vacibdir?
Qadınlar ilk öpüşü demək olar ki, sevgiyə başladıqları andan etibarən fikirləşirlər. Amma onlar üçün önəmli olan ehtiras yox, sevgini hiss etdirməkdir. Bu da onlar üçün bir sınaqdır. Lakin bunu ilk dəfə sevdikləri biri ilə edəndə onlar bundan zövq alır və unudulmaz bir xatirə kimi yadda saxlayırlar. Amma sevmədikləri biri ilə öpüş onları incidir, bəzi hallarda iyrəndirir, bəzi hallarda isə öpüşə nifrət etməklərinə səbəb olur. Özlərini hörmətsiz və alçalmış hiss edirlər. Bəzi hallarda oğlanlar buna məhəl qoymadan qızın istəmədiyini gördüyü halda öpüşmək istəyir və onları buna məcbur edirlər.

Qadınlar ilk öpüşdükləri oğlanın gələcək həyat yoldaşı olmasını və onunla birlikdə bir ömür boyu xoşbəxt yaşayacaqlarını istəyirlər. Bu isə bəzi hallarda olur.


Şərhlər:
Baxılıb: 1866
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz