Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişiləri yataqda məmnun etməyin ipucları - TEST
Kişiləri yataqda məmnun etməyin ipucları - TEST
Göndərən: emis
Şərhlər:
Baxılıb: 4463
Səs ver:
Deyirlər ki, kişilərin oz seks partnyorlarından istəkləri çeşidli olur. Bəzilərini çılpaq bədən, bəzilərini açıq-saçıq ifadələr, digərlərini isə qıcıqlandırıcı toxunuşlar ehtirasa gətirir.

Kişinin seksual istəkləri onun həyatdakı dominant baxışlarından çox asılıdır. Əgər siz yataqda onun dominant istəklərinə cavab verib onu məmnun edə bilsəniz onun ağlını başından ala bilərsiniz.

Kiçik bir test eləyərək kişilərin istəklərini öyrənə bilərsiniz:

1. O, sizə dedi ki, ilk görüşünüzdə onda ən böyük təəssüratı yaradıb:
a) sizin gözləriniz.
b)sizin valehedici səsiniz.
c)sizin cazibədar saçlarınız və yumşaq dəriniz

2. Onun ən sevimli məşğuliyyəti:
a) televizora baxmaq.
b)musiqiyə qulaq asmaq.
c) idmanla məşğul olmaq və ya nəsə təmir etmək, məsələn, maşın.

3. Tez yatmaq üçün ona nə lazımdır:
a) otaq qaranlıq olmalıdır.
b) otaqda sakitlik olmalıdır.
c) yataq rahat, isti yorğan olmalıdır.

4. Sizcə, o niyə idmanla məşğul olur:
a) güzgüdə özünə baxıb fəxr eləmək üçün.
b) ona çoxlu kompliment deyilməsi üçün.
c) ozünü gümrah və enerjili hiss etmək üçün.

5. O, yeni bir işi reallaşdırmaq istəyəndə:
a) kitablardan məlumat axtarmağa başlayacaq və ya müdriyyətə zəng vuracaq.
b) kiməsə zəng vuracaq və məsləhət istəyəcək.
c) ən uyğun variantı tapana kimi müxtəlif variantları sınayacaq.

6. Onun fikrincə, o, sizin əvvəkli oğlan tanışlarınızdan nə ilə fərqlənir:
a) onun yumor hissi güclüdür və ya möhtəşəm maşını var.
b) o, sizə daha çox incə sözlər deyir.
c) o sizin qayğınıza daha çox qalır.

7. Görüş zamanı o, ən çox nəyi etməyə üstünlük verir:
a) içərisi adamla dolu olan yaxşı restoran və ya kluba getmək.
b) sakit bir yerdə oturmaq və musiqiyə qulaq asmaq.
c) Sahildə yaş qumun üstündə gəzmək və üzü küləyə durmaq.

8. Onun seksual həvəsini nə öldürə bilər:
a) sizin isti və qalın yataq geyimindəki görünüşünüz.
b) diqqəti yayındıran səslər.
c) otaqda həddən artıq yüksək və ya alçaq hərarət, narahat yataq və ya xoşagəlməz yad iy.

Nəticə:
Əgər siz, ən çox A variantını seçmisinizsə, sizin həmkarınız "vizual”dı, onun dominant hissi görmədir.

Əgər siz, ən çox B variantını seçmisinizsə, sizin partnyorunuzun dominant hissi eşitmədir.

Yox, əgər, C variantı üstünlük təşkil edirsə, sizin həmkarınızın dominant hissi toxunuş və qoxulamaqdır.

A."Vizual” kateqoriyaya kişilərin 50%-i daxildir. Əbəs yerə deyilmir, ki, kişilər gözləri ilə sevir. Belə kişilərin daha çox xoşuna gələr ki, siz seksual paltar geyinəsiniz və sonra da seksual hərəkətlərlə həmin paltarı soyunasınız. Sekslə güzgü qabağında məşğul olasınız. O, bundan ehtiraslanır. Belə kişi romantik şəraiti çox sevir. Seks zamanı daima ona baxın xüsusilə də orqazm olan vaxtda gözlərinizi onun gözlərindən ayırmayın.

B. Təkcə qadınlar "qulaqları ilə sevmir”. Kompliment eşitmək bəzən, qadınlardan çox kişilərin xoşuna gəlir. Xüsusilə romantik musiqi və açıq söhbətlər. Belə kişilərin yataqda ən çox xoşuna gəlir ki, seksual söhbətlər edəsiniz. Əgər bu sahədə təcrübəsinizsə, ən sadəsindən başlayın. Sənə belə toxunmaq mənim xoşuma gəlir və ya sən mənim filan nahiyəmi öpəndə daha çox ehtiraslanıram. Daha sonra söhbətə xüsusi sözləri də əlavə edin, "daha sərt”, "daha çılğın” və s.

Xüsusi mahnı. Əgər onu yaxşı tanıyırsınızsa, hansı musiqini bəyənəcəyini əvvəldən müəyyənləşdirin.

C. Üçüncü kateqoriyanın kişiləri isə xüsusi toxunuşları, xoş ətirləri və xüsusilə də erotik toxunuşları sevirlər. Onlar bədənlərinin hər nöqtəsində seksi hiss etməyi sevirlər və buna görə də onların daha çox xoşuna gələr ki, əllərinizdən və dilinizdən istifadə etməyi bacarasınız. Bütün bədəndə incə toxunuşlarla edilən erotik masaj onun ağlını başından alacaq. Saçlarınızı onun bədəninə də toxundura bilərsiniz.

Onunla " isti- soyuq” oyunu oynayın. Bədən isti və soyuq hərarətə tez reaksiya verdiyindən əsəb toxumaları tez oyanır və həmin nöqtələr erogen zonalar olur. Birinci dəfə üçün partnyorun ən həssas hissəsini öz nəfəsinizlə qızdıra bilərsiniz. Daha sonra isə buz və isti sudan da istifadə edə bilərsiz. Yadınızda saxlayın bir seks məşğuliyyətində eyni anda buz və isti sudan istifadə etmək olmaz. Seks ya "isti” ya da "soyuq” olmalıdır.

Xüsusi ətirli şamları yandırın və ona çox dadlı öpüş hədiyyə edin. Öpüşü daha da hərarətli və dadlı etmək üçün vanil, nanə, şokolad və meyvə siroplarından istifadə etmək olar.


Şərhlər:
Baxılıb: 4463
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz