Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İntim əlaqə olmadan yaşaya bilərsinizmi?
İntim əlaqə olmadan yaşaya bilərsinizmi?
Göndərən: emis
Şərhlər:
Baxılıb: 2317
Səs ver:
Elə günlər olur ki, seks etmək bir işgəncəyə çevrilər. Canımız istəməz, müxtəlif bəhanələr uydurar və yatağa girməmək üçün əlimizdən gələni edərik. Amma bir gün gəlib tək qaldığımızda seks olmadan nə qədər yaşaya bilərik?

1. gün
Hər şey bitdi, onunla ayrıldınız. Özünüzü əla hiss edirsiniz, doğrusu yaxşı bir iş bacardınız. Bütün axşam tək başınıza oturub, əlinizdə böyük bir kasa popkornla televizor seyr etmənin dadını çıxarırsınız. Seksmi? O da nə? Seks olmadan da çox gözəl yaşana bilər. Bu işi bacaracağınızdan o qədər əminsiniz ki. 

2. həftə
Son 2,5 il içində seks etmədən keçirdiyiniz ən uzun zamanı geridə buraxdığınızı fərq etdiniz. Demək ki. seks, siqaret kimi asılılıq etmirmiş. Hərçənd televizordakı, jurnal və qəzetlərdəki cinsəlik ehtiva edən görünüş və şəkillər sinirinizə toxunmağa başladı. O qədər də olar artıq. Özünüzü bir az gərgin hiss edir və meditasyon edərək rahatlamağa çalışırsınız.

3. həftə
Ən yaxın dostunuz axtardı və "Tək olmanın nə qədər çətin olduğunu bilirəm" dedi. Bilirmi? Haradan bilir? O, 14 yaşından bəri heç tək qalmadı ki... Görəsən nə demək istədi? Bəlkə də sizə ağrıyır. Bu vəziyyətdən nifrət edirsiniz və cinsəliyin o qədər də əhəmiyyətli olmadığını özünüzə təkrarlayaraq, başınızdakı mənfi düşüncələri uzaqlaşdırmağa çalışırsınız. 

6. həftə
Günlərinizi kompüterin başında oturub "chat"laşaraq keçirirsiniz. Onsuz da başqa heç bir şeyə başınızı verə bilmirsiniz ki... Arada bir İnternetdəki seks səhifələrinə girməyə çalışırsınız amma təbii bu heç bir şey demək deyil. Yalnız maraq işdə! Bu vaxt chatlaşdığınız bir qadın, 5 ildir heç kimlə yatmadığını söyləyir. Bu gerçək ola bilərmi? Birdən-birə sinirləriniz pozulur və ani bir qərarla kompüteri bağlayıb, radionu açırsınız.

3. ay
Ən yaxın dostunuz  axtardı, hamilə olduğunu düşünürmüş. Bütün ifadə edilərin olduğunu söylədi. "Sən tərəfindən hamiləyəmmi? Ola bilmərəm deyilmi? Mən nə edəcəyəm indi?" kimi sualları art arda sıralayır. Kişi dostuyla başlarına gələn "qəzanı" ən incə detalına qədər izah etməyə də laqeyd yanaşmır. Qəsdənmi edir nə? Tam da özünüzü pis hiss etməyə başladığınız bu günlərdə... Onun bu qədər axmaq ola biləcəyinə inanmadığınızı sərt bir dillə ifadə edirsiniz. Ürəyini qırdığını fərq edirsiniz. Amma bu anda bunu düşünəcək vəziyyətdə deyilsiniz.

17. həftə
Ən sevmədiyiniz qonşunuz sizi ziyarətə gəlir. Bir bu əskik idi! Qırx ildə bir özünüzlə baş-başa qalıb düşünmə fürsəti tapmışdınız və bu çətin tutulmuş fürsəti onun üzündən qaçırdınız. Nəysə, kompensasiya etmək üçün önünüzdə uzun günlər və gecələr var. (Əsl sinir pozucu olan da bu onsuz da) Üstəlik qonşunuz boş danışmalarıyla içinizi sıxır. Onu nəzakətli qovursunuz və tək keçirdiyiniz bu qədər həftə sonra ilk dəfə seks olmadan yaşamanın heç də asan olmadığını özünüzə etiraf edirsiniz.

19. həftə
Gimnastika etməyə başlayırsınız. Nə də olsa kaloriləri atmanın ən gözəl yolu sizin üçün artıq yox. Bir az daha hərəkətsiz qalsanız, bədəniniz yaxşıca formasız bir hala gələcək. Əslində bunu qəbul etmək istəmirsiniz amma... Seks gimnastikadan daha zövqlü idi yəqin.

20. həftə
Uzun zamandır sizdən xoşlandığını bildiyiniz bir kişilə axşam yeməyinə çıxırsınız. Özünüzü onun səviyyəsiz zarafatlarına gülmək üçün məcbur edirsiniz amma olmur. Sonunda ona hər şeyi izah edirsiniz. Mənalı mənalı gülümsəyir və "Bir yerlərdə sənə uyğun yaxşı bir kişi olduğuna əminəm" deyir. Özünü nəzərdə tutduğu o qədər aydındır ki... Amma siz yaxşı bir kişi istəmirsiniz. Siz yalnız "onu" istəyirsiniz, köhnə kişi dostunuzu...

24. həftə
Köhnə kişi dostunuz axtarır. Sizin üçün çox darıxdığını, aylardır sizi düşünməkdən başqa heç bir şey edə bilmədiyini söyləyir. Siz də ona eyni vəziyyətdə olduğunuzu söyləyir amma təbii ki, bütün detalları izah etmirsiniz. Ertəsi axşam sizi görmək və itirdiyiniz zamanı kompensasiya etmək istədiyini söyləyir və siz də dərhal qəbul edirsiniz.


Şərhlər:
Baxılıb: 2317
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz