Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öpüşmək üçün 20 səbəb
Öpüşmək üçün 20 səbəb
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2394
Səs ver:
Yayda insanlar ilin digər vaxtlarından 3 dəfə çox öpüşürlər. İnsan orta hesabla ömrünün sadəcə iki həftəsini öpüşməklə keçirir. Biz öpüşməyin xeyrinə 20 arqument tapdıq və ümid edirik ki, artıq siz daha çox öpüşəcəksiniz.

Romantik üçün öpüş. Alman alimləri sübut etdilər ki, öpüşmək insan əhval-ruhiyyəsinə müsbət təsir göstərir. Berlin üniversitetində müəyyənləşdirdilər ki, 20 saniyəlik səhər öpüşü bütün gün ərzində romantik əhval-ruhiyyə yaradır.

Öpüşmək və arığlamaq. Yanaqdan məsum bir öpüş beş kalori yandırır. Ehtiraslı öpüş zamanı siz 30 kaloriyə qədər yandıra bilərsiz. Yorucu pəhrizi atın və öpüşməyə başlayın.

İmmunitet öpüşü. Öpüşmək həvəskarları nadir hallarda həkimə müraciət edirlər. Bu onunla əlaqədardır ki, öpüşmə zamanı orqanizimimizdə neyropepditlər yaranır və onlar xəstəlik törədən bakteriyaları və müxtəlif virusları məhv edir. Öpüşün və immunitetinizi gücləndirin.

Enerjili öpüş. Qədim zamanlarda Yaponiyada belə hesab edilirdi ki, öpüşmək insan sağlamlığına faydalı təsir göstərir. Məsələn, öpüşmək müsbət enerji yaratmağa qadirdir, həm kişilərdə həmdə qadınlarda.

İstək öpüşü. Həkim seksoloqlar bildirirlər ki, dilin köməyi ilə edilən öpüşmə kişilərin 70%’ində cinsi istəyi qaldırır. Həmçinin insanın ağız suyunda andosteron adlı bir fermentdə mövcuddur. O həm kişilərdə, həmdə qadınlarda cinsi istəyi artırır.

Nikbin öpüş. Britaniyalı psixoloqların araşdırmalarına görə öpüşmək həvəskarları tez-tez özlərini nikbin göstərirlər, onlar öz güclərindən əmindirlər, bunun sayəsində peşəkar və şəxsi uğurlar qazanırlar.

Adrenalin öpüşü. Ehtiraslı öpüş beyində paraşutla atlamaq və tapançadan atəş açmaq kimi kimyəvi reaksiyalar yaradır. Öpüşmə zamanı qanda adrenalinin miqdarı artır, buda fiziki və əqli aktivliyə kömək edir. Sevgi ilə məşğul olun, müharibə ilə deyil!

Ağrıya qarşı öpüş. Sevdiyin insanı öpmək ağrıkəsici kimi təsir göstərir, hansıki morfindən 200 dəfə güclüdür. Buna görədə, əgər başınız ağrıyırsa sadəcə sevdiyiniz şəxsdən sizi öpməsini istəyin.

Susmaq öpüşü.
Sualdan qaçmağın və ya sevdiyiniz şəxsi susdurmağın ən yaxşı yolu onu öpməkdir. Öpüşməyin köməyi ilə mübahisədən və xoşagəlməz hallardan qaçmaq mümkündür.

Uzunömürlülər üçün öpüş. Amerikalı alimlər araşdırmaları zamanı müəyyənləşdiriblər ki, çox öpüşən səxslər bunu etməyənlərden orta hesabla 5 il daha artıq yaşayırlar.

Allergiyaya qarşı öpüş. Yaponiyalı həkimlər bildirirlər ki, öpüş orqanizmdə histaminin azalması ilə nəticələnir, hansı ki, ot həyəcanına səbəb olur. Lakin bu xəstəliyə qarşı vaksin almaq üçün, sakit musiqi altında durmadan 30 dəqiqə öpüşmək lazımdır.

Freyd öpüşü. Psixoanalizin banisi, "Sigmund Freud” öpüşməyi cinsi pozğunluq hesab edirdi. Onun nəzəriyyəsini yoxlamaq istəyirsiz? Onda mümkün olduqca çox öpüşün.

Hərarətli öpüş.
Öpüşmək ürək-damar sistemi üçün əla məşqdir. Məhz öpüş zamanı qadınlarda nəbzin sürəti dəqiqədə 150-180, kişilərdə isə 110-120 zərbəyə qədər qalxır.

Stressə qarşı öpüş.
Amerikalı psixoloq "Eric Berne” iddia edir ki, öpüşmək hər bir insanın həyatında vacib hadisədir. Onun düşüncəsinə görə sevdiyin şəxslə öpüşmək stressdən və depressiyadan uzaqlasmaq üçün ən yaxşı vasitədir. Məhşur professor "Walter Touma” da bu nəticəyə gəldi. O bütün həyatını emosional gərginliklə mübarizəyə həsr etmişdi. Hətta Touma "Antistress” adlı xüsüsi kursda yaratmışdı və burda öpüşmək təcrübəsi əhəmiyyətli rol oynayırdı.

Viruslara qarşı öpüş. Avstraliyalı alimlər ağız suyunda ən böyük təbii antibiotiklərdən tapmışdırlar. Öpüş zamanı onlar digər insanın orqanizminə düşür və ona iltihab əleyhinə təsir göstərir.

Ağıllı öpüş. Bir dəqiqədən artıq davam edən ehtiraslı öpüş insan nəbzini artırır. Nəticədə qan dövranı yaxşılaşır və beləliklədə baş beyin hüceyrələrinə oksigen daxil olur. Təfəkkür prosesləri sürətlənir, diqqətin cəmləşdirilməsi və hətta informasiyanı yadda saxlamaq keyfiyyəti yüksəlir. Buna görədə əgər xarici dil öyrənmək istəyirsizsə, təliminizə ehtiraslı öpüşləri əlavə etməyi unutmayın.

Qəlb öpüşü.
Psixoloqların fikrincə, öpüşmək hər bir insanın ruhi tarazlığı üçün zəruridir. 20 yaşdan 30 yaşa qədər olan qadınlarda isə öpüşmək daxili və xarici aləm arasındakı harmoniyanı hiss etmək üçün lazımdır.

Marilyn öpüşü.
"Marilyn Monroe” iddia edirdi ki, ağıllı qız öpür amma sevmir və bu istənilən centlmenin ürəyini fəth etməyin ən yaxşı üsuludur. Marilyn kişilərin və öpüşlərin mənasını bilirdi. Buna görədə, əgər siz əsl centlmen əldə etmək istəyirsizsə, onu öpün.

Pul öpüşü. Sosioloji sorğular göstərir ki, hər gün işə getməzdən əvvəl həyat yoldaşarını öpüb gedən kişilər bunu etməyənlərdən fərqli olaraq daha yüksək gəlir əldə edirlər. Maraqlıdır, niyə söhbət məhz kişilərdən gedir?

Öpüş və hisslər.
Öpüşmək yəqin ki, qarşındakı insana öz hisslərini bildirməyin ən yaxşı üsuludur. Buna görədə əgər sevginizi etiraf etmək istəyirsizsə, seçdiyiniz şəxsi öpün və bu öpüş hissləriniz haqqındakı hər şeyi danışacaq.


Şərhlər:
Baxılıb: 2394
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz