Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yataqda ancaq sevişin!
Yataqda ancaq sevişin!
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 4486
Səs ver:
Sevdiyimizlə paylaşdığımız ən özəl nəsnə yatağımızdır. Ancaq yataqda elə hərəkətlər edirik ki, bu, seksuallığımızı öldürdüyü kimi, bütün həvəsimizi də qaçırır.

Cinsi həyatınızın öldüyünü düşünürsüzsə, bunlara nəzər yetirin, bəlkə siz də bilmədən eyni hərəkətləri edirsiz.

Pult sevgini öldürür. Yataq otağındakı televizor və pult romantikanın düşmənidir. Sağlam bir münasibət üçün yataq otağınızı ancaq seks və yuxu üçün istifadə etməlisiz. Əlbəttə, yataqda uzanaraq sevdiyiniz proqramı izləmək daha əyləncəli ola bilər. Ancaq yataqda sevdiyinizə daha çox diqqət ayırmalı, onunla maraqlanmalısız. Üstəlik yataqda pult kimin əlidədirsə, onun istədiyi kanal seyr edilir, bu da qarşı tərəfi əsəbləşdirdiyi üçün yataqda soyuq yellər əsə bilər. Digər tərəfdən isə hər ikiniz də diqqətlə kinonu izlədiyinizdən bir-birinizlə sevişmək bir kənara, bir-birinizlə söhbət etməyi belə unudursuz, sonda yorğun halda yatırsız.

Yataqda yemək yemək heç seksual deyil. Yataqda səhər yeməyi yemək romantik hesab edilsə də, nəticələri heç də xoş olmaya bilər. Çörək qırıntıları, çay, qəhvə ləkələri xoşagəlməz bir ortam yaratmış olar. Yemək ləkələri sevişmə öncəsi zövqü azalda bilər. Yeməkdən sonra da dişləri fırçalamadan, əlləri yumadan yataqda olmaq qarşı tərəfin seks arzusunu öldürəcək.

Susmayan mobil telefonlar. Bu hal sevgilinizin səbrini daşıra bilər. Yataqda uzanıb dostlarla telefonda dedi-qodu etmək qulağa xoş səslənir. Ancaq danışığı çox uzatmamaq lazımdır. Yanınızda uzanıb sizi gözləməkdən səbri tükənən biri varsa, dedi-qoduya son verib onunla maraqlanmanızın vaxtı yetişib demək. Ən ehtiraslı anda gələn mesaja, ya zəngə "bir dəqiqə, mühüm ola bilər, cavab verim”, - demək sevgilinizi əsəbiləşdirə bilər. Buna görə yatağa sadəcə sevgilinizlə maraqlanmaq üçün girmək sağlam bir münasibət üçün daha önəmlidir.

Sevimli ev heyvanları. Pişik və itlər sevgilinizlə aranızın pozulmasına səbəb ola bilər. Heyvanları sevirsiz, evinizdə it, pişik saxlayırsız, bəs sevgiliniz? Gecəni sizinlə keçirmək istəyən sevgiliniz sizinlə yatmağa vərdiş etmiş itinizə nə deyəcək? Bədəninizə toxunmaq istəyən sevgiliniz itin hücumları ilə sarsıla bilər. Buna görə yatağınızı sevimli dostlarınızla bölüşməyi vərdiş etməyin.

Yataqda siqaret çəkməyin. İlk əvvəl həm yataq otağına, həm də bədənə çökən pis qoxu sevgilinin libidosunu azalda bilər. Sevişmək deyincə isə ağıla xoş qoxulu bir ortam gəlir. Təmiz, xoş qoxulu sevgiliyə sarılmaq istəyən biri ağzından siqaret iyi gələn birindən uzaqlaşacaqdır. Siqaret ləkələri yataqdan alınan zövqü azalda bilər.

Kompüterin yataqda nə işi var? Dizüstü kompüterlərin həyatımızı asanlaşdırdığı məlumdur. Ancaq onları doğru yerdə və zamanda istifadə etməyi bilməliyik. Bütün günü işdə də onunla vaxt keçirib, işdən sonra da gəlib yataqda kompüteri açıb e-maillərə baxmanız, ya mesajlaşmanız yataqda uzanıb ona diqqət ayırmanızı gözləyən sevgilinizi özündən çıxara bilər. Kompüteri yatağa salmayın. Bir də uşaqlıqdan bəri hər gecə yatdığınız sevimli oyuncağınızı da bir kənara qoyun. Ehtiraslı bir gecə yaşamaq istəyən kişinin qarşısında oyuncağa sarılıb yatan sevgilisini görməsi heç xoş deyil.
İpək yataq örtüklərində sevişmək məharət istəyir. İpək örtüklər ilk baxışdan romantik bir gecəyə çağırış kimi görünsə də, sonradan müəyyən səbəblərdən dolayı problem yarada bilir. Sürüşkən olan bu ipəyin üzərində sağdan sola fırlanmaq çətindir, nəinki fərqli pozisiyalara keçmək. Onsuz da bir az sonra ehtiraslı sevişməni yarıda buraxıb ipəyin sürüşməsini əngəlləmək üçün yollar axtaracaqsız.

Uşaq pijamaları seksuallığı öldürür. Sevginin, romantikliyin, cinsəlliyin yeri olaraq bilinən yatağa seksual alt paltarlarında girməniz seksdən aldığınız zövqü artıra bilər. Sevgiliniz sizi soyundurarkən uşaq alt paltarında görməsi bütün erotikanı söndürə bilər. Seksual qadın olsanız belə, ayı şəkilli pijamada sevgilinizi ehtiraslı bir gecəyə dəvət edə bilmərsiz.

Sevişin. Yataq kitab oxumaq üçün idealdır. Yatmadan əvvəl bütün problemlərinizi unutduracaq maraqlı kitabın vərəqlərinə qərq olub yuxuya dalmaq maraqlı olsa da, yanınızda sizi öpmək istəyən biri varsa, vəziyyət dəyişir. Bütün məsələlərin müzakirəsini yemək süfrəsində, televizor izləyərkən edə bilərsiz. Yataqda ancaq sevişin!


Şərhlər: 11
Baxılıb: 4486
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Lola_Maya_
ne yemek ne siqaret ne televizor nede komputer yataq otaginda ne iwleri var axi ozde yemek yemek hec olmaz..yataq otagi yatmag ucundu.
28 avqust 2015 15:04
# 11
Luna-90
O biri sehvleri etmirik bir tek siqaretden basqa .siqaret haqda yazilan yalnis bizde eksinedi .
26 iyun 2015 21:43
# 10
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
SENSİZ
COX MARAQLI GELDI YAZILANLAR HAMISI DUZGUN YAZILIB BEZILERINI MENDE EDIREM TEL.VE TELEVIZOR
26 iyun 2015 20:21
# 9
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
WiRiN BaLaM
hələ nələr eşidəcəyik İlahi
26 iyun 2015 19:12
# 8
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Bebiw
Yataq otaginda yemek yemey nedi? televizor nedi? mene gore yataq otagi Mat ve yaxudda caxibedar renglerle olmalidir
26 iyun 2015 17:25
# 7
sowu
yarpaq33
Yazilanlar hamisi dogrudu twk
26 iyun 2015 12:00
# 6
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
tatyana
Hem maraqli geldi mene hem gulmeli,ayi sekilli pijama))raziyam bu hecde xosagelen deyil.yataqda siqaret mence bu lap kobuqluq,yataqda yemek yemeyideki hecc yuxuma bele getirmerem.
26 iyun 2015 10:56
# 5
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
ell.nell
Ipek yataq maraqlı geldi.duz yazılıb.
26 iyun 2015 08:04
# 4
Dosta_inam
Maraqlı meslehetdir,ayı şekilli pijama xoşuma geldi,teşekkür.
26 iyun 2015 05:42
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
qanadli melek
Maraqli xeberdi evliler oxusun lazimli meslehetlerdi
26 iyun 2015 03:10
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Mencede yataq otaginda televizor telefon kitab artiqdir. Cutlukleri bir birinnen soyudur
26 iyun 2015 02:15
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz