Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Orqazm zamanı beynimizdə nələr olur?
Orqazm zamanı beynimizdə nələr olur?
Göndərən: Nazlı_qız
Şərhlər: 4
Baxılıb: 3751
Səs ver:
İngilis qəzetində nəşr olunan bir xəbərə görə, elm adamları orqazm əsnasında qadınların beyinlərinin nə şəkildə dəyişildiyini, bir animasiya sayəsində təhlil etməyi bacardı.

Elm adamları qadınların beyinlərinin orgazmdan əvvəl, orqazım zamanı və bundan sonrakı müddətdə beyin hərəkətliliyini göstərən ilk filmi çəkdilər. Animasiya beynin fərqli bölgələrinin bir yerdə ahəng içində hərəkət etdiyini, bu hərəkətliliyin ən üst səviyyədə olduğunu və daha sonra yavaşca durğunlaşdığını göstərir.

Animasiyanı yaratmaq üçün mütəxəssislər bir qadından funksional maqnetik rezonans göstərmə maşınının içinə uzanmasını istədilər. Mastürbasya əsnasında könüllünün beyin fəaliyyətindəki artım və dəyişmələr qeyd edildi.

Bu prosesin məqsədi niyə qadınların və kişilərin eyni anda orgazmı yaşaya bilməməsini araşdırmaq  idi. Söz mövzusu araşdırmanı ABŞ-da Rutgers Universitetində psixoloq olan Professor Barry Komisaruk və onun qrupu reallaşdırdı. Animasiyada həkimin tələbəsi və Komisarukun laboratoriyasında  çalışan 54 yaşlı Nan Wise könüllü olaraq iştirak etdi. 5 dəqiqə davam edən filmdə beynin 80 fərqli bölgəsinin hər iki saniyədə bir alınan görünüşlərinin bir araya gətirilmiş halı göründü. Animasiyada rənglərdən istifadə edilmişdi. İlk olaraq, tünd qırmızı olan rənglər orqazma yaxınlaşdıqca narıncı və sarıya dönür, orgazm zamanı tamamilə ağ olduğu görünüb.

Prof. Kamisaruk, "Bu araşdırmanın məqsədi orqazm əsnasında beyində nə baş verdiyinin aydınlaşdırılmasıdır," deyərək Vaşinqton DC-də edilən Society for Neuroscience (Nörobilim Dərnəyi)-nin illik yığıncağında araşdırmalarının nəticələrini izah etdi.

Orqazma yaxınlaşıldıqca hərəkətlilik, beyincik və ön korteks qisimlərinə keçiş edir. Bunun səbəbi kimi artan əzələ gərginliyi olduğu ifadə edilir. Orqazm zamanı isə hərəkətlilik hipotalamusta ən yüksək həddə çatır. Hipotalamus, oksitosin adı verilən, xoşbəxtlik hissi yaradan və uterusu daraldan bir hormon ifraz olunması funksiyasını yerinə yetirir.

Orqazmdan sonra  bütün bu bölgələrdəki hərəkətlilik yavaşca sakitləşir.

Komisaruk- "Beynin bir-biriylə ünsiyyəti araşdırmaq üçün möhtəşəm bir sistem mövzusudur. Beynin pillə-pillə hərəkət artımının və azalmasının göstərildiyi film sayəsində, xüsusilə orqazm ola bilməmə problemi yaşayan kəslərdə hansı mərhələdə problem yaşandığının müəyyən edilə biləcəyimizi düşünürük,"- dedi.

 Komisaruk tərəfindən inkişaf etdirilən yeni bir üsulda insanlar beyin fəaliyyətlərindəki dəyişikliyi az qalsın  eyni anda görə bilir. Bu üsul  sayəsində insanların narahatlıq, depressiya və ağrı kimi vəziyyətlərin öhdəsindən gələ biləcəyinə inanır.

Professor - "Orqazmı kef və xoşbəxtlik yaratmağın bir yolu olduğu üçün istifadə etdik. Əgər xoşbəxtlik bölgələrini necə hərəkətə keçirə biləcəyimizi öyrənsək, bir çox sağlamlıq probleminin də həllini tapa bilərik," - dedi.


Şərhlər: 4
Baxılıb: 3751
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Elizade_Gunay
Axtaran tapar.
20 iyun 2015 10:09
# 4
eıiyeva gülmaye
Maraqli arasdirmadi cox axtararsiz axtarin :)
19 iyun 2015 22:36
# 3
yarpaq33
Arawdirin arawdirin tapanda xeber eliyersiz
19 iyun 2015 12:06
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Her bir proses kimi bu da ferqlidir. Zencirvari ve pille pille gedir.
19 iyun 2015 08:58
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz