Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həftədə neçə dəfə əlaqə...?
Həftədə neçə dəfə əlaqə...?
Göndərən: Qlamurr
Şərhlər: 9
Baxılıb: 10907
Səs ver:
Yumurtlama müddətindən əvvəlki ilk 2 gün əhəmiyyətlidir .
Hamilə qalmaq üçün doğru zaman və cinsi yaxınlıq sıxlığı çox vacibdir. Ana olmaq istəyənlərin diqqət etməli olduğu məqamları təqdim edirik.

Hamilə qalmaq üçün düzgün zamanlama çox vacibdir. Cinsi əlaqədən sonra spermalar 2, ya 3 gün canlı qala bilərlər. Ancaq yumurta hüceyrəsi maksimum 24 saat canlı qalır. Buna görə hamilə qala bilmək ehtimalını artırmaq üçün yumurtlama müddəti ərzində birdən çox cinsi yaxınlıq etmək lazımdır. Cinsi əlaqənin yumurtlama müddətindən 1-2 gün əvvəl və yumurtlama günü baş verməsi daha yaxşıdır. Düzdür, yumurtlamanın gerçəkləşəcəyi vaxtı dəqiqləşdirmək mümkün deyil, bu, bəzən menstruasiya nizamına da bağlıdır.

Əgər hamilə qalmaq istəyirsizsə, bir neçə ay menstruasiya müddətinizə nəzarət edin. Yumurtlama müddətinin bəzi əlamətləri bunlardır:
Döşlərdə həssaslıq
Qarında yüngül narahatlıq hissi
Yumurta ağı kimi sulu və artmış vaginal axıntı
Ümumi bədən istiliyində azca artım

Menstruasiya nizamsızlığı olan qadınlarda yumurtalama necə hesablanır?
1 il ərzində qadınlar əsasən 12 dəfə menstruasiya yaşayarlar. Bəzən ötürülən aylar, qanamanın olmadığı aylar ola bilər. Sıxıntılar, ağır idmanlar, artıq çəki, ya da çox arıqlama səbəbi ilə bu problem ortaya çıxır. Menstruasiya dövrü nə qədər pozularsa, yumurtlamanı təyin etmək də o qədər çətin olur.

Menstruasiya pozulubsa və 35 gün fasilələrlə olursa, buna səbəb olacaq polikistik over sindromu, yumurtalıq çatışmazlığı, tiroid pozğunluğu, çox arıqlıq, yüksək prolaktin kimi səbəblərdən dolayı mütəxəssisə müraciət edin.

Hər gün yumurtlama müddətini güdmənizə, üstəlik hamilə qalmaq üçün orqazm olmanıza belə, ehtiyac yoxdur. Həftədə minimum 2 dəfə cinsi yaxınlıq etməniz hamilə qala bilməniz üçün bəs edəcək.
Hamilə qala bilmək üçün daha yaxşı cinsi yaxınlıq pozisiyası hansıdır?

Xüsusi cinsi pozisiya yoxdur. Spermanın uşaqlıq ağzında toplanmasına kömək edən bir neçə pozisiya var sadəcə. Yumurtlamadan bir-iki gün əvvəl, ya da elə həmin gün cinsi yaxınlıq etmək bəs edəcək. Uşaqlıqdakı sıxılmalar spermanın yumurtalıq kanallarına daşınmasına yardım edir.

Yaxınlıqdan sonra uzanmaq lazımdırmı?
Yaxınlıqdan sonra 15 dəqiqə uzanıqlı vəziyyətdə qalmaq vaginada daha çox sperma qalmasına kömək edəcək.

1 il və daha çox müddətdir qorunmasız müntəzəm şəkildə yaxınlıq edir, ancaq heç bir nəticəsini görmürsüzsə, aybaşılarınız nizamsız olursa, həkimə getmənizdə fayda var.

İlk bir il qadınların problemsiz hamilə qalma şansı 75-85% arasındadır.


Şərhlər: 9
Baxılıb: 10907
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
yumurtlama muddeti nedi??? hecne basa dusmedim...yumurtlamani hele hec basa dusmedim 28
5 may 2015 16:59
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nezka
Nə deyim?? 09
4 may 2015 20:50
# 8
İçimi görsən mənə aptek alarsan.
Melissa
tskrler bilirdim bunlari
4 may 2015 12:27
# 7
Gultekin.A
qismet.insallah menede qismet olar ana olmaaq
4 may 2015 01:12
# 6
..
SENSİZ
cox sukurki o prsudurdan kecmisem Allah mene iki gozel evlad bexs edib olmayanlara qismet olsun
3 may 2015 23:32
# 5
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Luna-90
Bu haqda her seyi bilirem merkezi klinikanin suni mayalanma hekimi mene deyirki gel menim yerimde isle mende istirahete cixim deyir sen her seyi bilirsen basqa nese demeye ehtiyac yoxdu .usaq yolunda bunlarin hamsindan kecmisik.
3 may 2015 21:54
# 4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
WiRiN BaLaM
Allahin elindedi her bir şey O isdese verer evlad isdese de vermez..bele boş bos şeylere inanmağa deymez
3 may 2015 13:36
# 3
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Dosta_inam
O Allahin vergisidir bize evlad payi,eger menim qismetimde ana olmaq şansim yoxsa heftede iki defe yox kruqlu sutqa yatsam alinasi deyil,Allah qismetime yazima ne yazib oda olasidir,Allah arzusunda olanlara nesib etsin inşaallah,2-qizim var besimdir,onlari verene şükür.
3 may 2015 06:08
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Heftede nece defe elaqe o baxir cutluklerin isteyine. Beledeki hamile qalmaq isteyenlercun heftede iki defe mutleqdir
3 may 2015 01:33
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz