Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər və seks haqqında bu günə kimi heç yerdə eşitmədikləriniz
Kişilər və seks haqqında bu günə kimi heç yerdə eşitmədikləriniz
Göndərən: Nazlı_qız
Şərhlər: 5
Baxılıb: 7770
Səs ver:
Məşhur bir İtaliya məsəli var: "Kişilər üçün seks pizza yemək kimidir. Dadsız və soyuq olduqda belə ləzzətli hesab edə bilər”.
 
Ancaq psixoloq Abraham Morqentaler qadınlarla kişilər arasındakı fərqi şişirtdiyimizi düşünür. Onun sözlərinə görə, cinsi həyatda kişinin və qadının istəkləri və arzuları arasında elə də böyük fərq yoxdur. Müəllifi olduğu "Why Men Fake It" adlı kitabında kişilər və seks haqqında bu günə kimi heç yerdə eşitmədiyimiz məlumatlara yer verən Abraham bəzən kişilərin də qadınlarla eyni problemlərlə üzləşdiklərini bildirir.

Psixoloq xəstələrindən birinin davamlı olaraq cinsi əlaqə zamanı orqazmı təqlid etmək şikayəti ilə gəldiyini deyir.

"Əsasən qadınların orqazmı təqlid etdiklərini, kişilərin belə adətləri olmadığını düşünürük. Ancaq bir çox kişi orqazmı təqlid edir. Bunun bir çox səbəbi ola bilər”.

Abrahamın sözlərinə görə, kişilərlə qadınların orqazmı təqlid etmə səbəbləri oxşardır.

"Bəzən kişilər də qadınlar kimi orqazm ola bilməyəcəklərini hiss edirlər. Onlar çox sərxoş olanda, gərgin iş rejimində işləyəndə və ya bəzi dərmanların təsiri ilə orqazm olmaqda çətinlik çəkirlər.

Orqazm təqlidi edərək partnyorlarına heç bir problem olmadığını sübut etməyə çalışırlar. Həm də düşünürlər ki, orqazm ola bilməsələr sevgilisi və ya həyat yoldaşı özünü pis hiss edəcək, onu sevmədiyini düşünəcək.

Bəzən kişilər boşalmadan da orqazm ola bilirlər. Şəkər xəstəsi kişilərdə bu hal daha çox müşahidə olunur. Həmçinin tantirik seks üsulundan istifadə edən kişilər də boşalmadan orqazm ola bilirlər.

Abraham öz kitabında kişilər və seks haqqında hamını təəccübləndirən bir məsələyə daha toxunub. Onun sözlərinə görə, kişilər sadəcə 40 yaşdan sonra deyil, elə gənc yaşlarda da erreksiya problem ilə üzləşə bilirlər.

Psixoloq gənc kişilərin 20 faizində tez boşalma problem olduğunu bildirir.

Abraham kişilərin həmişə seksə hazır olmadıqlarını deyir. Onun müşahidələrinə görə, kişilər də qadınlar kimi bəzən seksə "yox” deyə bilərlər.

Abraham kişilərin yataqda eqoist olması fikri ilə də razılaşmır. O, xəstələri ilə söhbətlərindən yola çıxaraq kişilərin də qadınlar kimi partnyorlarını təmin etmək üçün əllərindən gələn hər şeyi etdiklərini vurğulayır.


Şərhlər: 5
Baxılıb: 7770
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lelos
teşekkürler
7 iyun 2015 12:16
# 5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
yarpaq33
Bu yazilanlar xaricin kiwilerine aitdi yeqinki gelib azerbaycan kiwilerinde arawdirma aparsalar tam ferqli olar
7 iyun 2015 10:19
# 4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Dosta_inam
Boy kişilerinde ôzlerini aciz hiss etdikleri zamanlar varmiş,maraqli araşdirma olub.
7 iyun 2015 10:12
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Maraqli arasdirmadi bu noqteyi nezerden baxmamisdim. Kisilerinde ozunu aciz hiss etdiyi anlar variymis
7 iyun 2015 09:20
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Antikvar
Maraqlı araşdırma olub,lakin bir çoxlarından xəbərim varıydı.Fərqlilik var mən belə deyərdim,kişilər seksə daha düşkün olurlar nəinki qadınlar.Qadınlardada bu hallar ola bilər(imtim həyatından doymayanlarda var)Amma sayı kişilər kimi çox faiz təşkil etmir.Sonuncu cümləyə gəldikdə borclarıdı etməliddirlər)))Etmək istəməyənlər sadəcə öz kefini istəyən kişilər ola bilər....
7 iyun 2015 02:45
# 1
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz