Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evliliyin ilkin şərti - intim münasibətlər
Evliliyin ilkin şərti - intim münasibətlər
Şərhlər: 9
Baxılıb: 2212
Səs ver:
Dostluğu ön planda tutaraq evlənən cütlərin evliliyinin çoxda uzun çəkmədiyini söyləyən Mütəxəssis Psixoloq Evlilik Məsləhətçisi Mine Eren mükəmməl bir ailə həyatı üçün nələrin vacib olduğunu verilən suallarda cavablandırdı...

Eşq və sevgi evlilik qərarına nə dərəcədə təsir etməlidir?
Ailə münasibətlərini digər dostluqlardan ayıran ən əsas fərqi intim münasibətlərin varlığıdır. Evlilik, iki şəxsin birləşərək uşaq sahibi olmaq arzusunu həyata keçirmək, uşaq üçün etibarlı və sağlam bir mühit yaratmaq üçündür. İnsanların qarşı cinsdən bir çox yoldaşı olur hətta bəziləriylə eyni evdə qalırlar. Bəs fərqi yaradan nədir? İntim münasibətlər. Bu münasibətlərin, yaxın əlaqənin özü sevgi üzərində qurulmuşdur. Sevginin olmadığı bir evlilik, evlilik və yaxın əlaqə deyil, yalnızca fərdlərin bir yerdə olduğu bir növ ortaqlıqdır amma dinclik, rahatlıq və bir zövq vermir. Bir növü özünü aldatmaqdır. Son dövrlərdə etdiyim məsləhətçiliklərdə sıx gördüyüm dostca evliliklərdir. Cütlər arasında hərhansı problem yoxdur, çox yaxşı bir-birlərini başa düşürlər, amma intim əlaqələri heç yox səviyyədədir. Bu heçdə sağlam olmayan və insanların fizionomiyasına zidd bir vəziyyətdir. Evliliklər bu şəkildə çox da uzun çəkmir.

Cütlərin bir-birlərini yaxşı tanıması üçün eyni evi bölüşmək, uzun müddət tətilə çıxmaq ya da birlikdə işləmək kimi vəziyyətlər qənaət edər və lazımdırmı?
Birlikdə vaxt keçirmək, şəxslərin bir-birlərini tanıması və başa düşmələri üçün çox əhəmiyyətlidir. Mən fərdlərin bir-birləriylə tanışdıqdan dərhal sonra evlənməklərini tövsiyyə etmirəm. İlk görüşdəki eşq, cazibədarlıq, həyəcan, onsuz ola bilməmək halı hormonların yüksək fəaliyyəti, həqiqətdən uzaqlaşdığımız andır. Eşqlə bağlı aparılan araşdırmalar bu dövrün ən çox 6 ay çəkdiyini göstərir. Bu dövrdə münasibətləri və qarşı tərəfi real dəyərləndirə bilmirik. Hormonlar normal səviyyəsinə döndüyündə eşq, sevgiyə çevrilir. Həqiqət olduğu kimi qarşılanmağa başlayır. Yetkinləşmiş sevginin yarandığı bu dövr evlilik qərarının alınacağı zamandır. Evlilikdən əvvəl, ümumiyyətlə insanların icazə verdikləri və xoşlarına gələn istiqamətlərini sərgilədikləri, həqiqi mənlik yerinə ideal mənliyin ön plana daha çox çıxarıldığı düşünülərsə, flört dövrü  mütləq yaşanmalı və bu dövrdə sizin üçün uyğun olduğunu düşündüyünüz həyat yoldaşı modeliylə, partnyorunuzun davranışları arasındakı bənzərlik və uyğunlaşmanı müşahidə edib, doğru bir qərar verməyiniz yerində olacaqdır.

Özünü qarşı cinsin nümayəndəsinə bəyəndirməyə çalışmaq insanın ən təbii xarakteridir. Evlənməyə qərar vermədən əvvəl fərdlərin bir-birlərini yaxşı tanıması üçün nə etmələri lazımdır?
İlk tanışdıqlarında bir-birlərinin diqqətini cəlb etmək, təsir etmək üçün instinkt olaraq özlərini olduqlarından fərqli tanıdırlar. Ya da utancaq biridirsə bir çox şeyi söyləyə bilməz belə. İnsanın özünü qarşı cinsə bəyəndirməyə çalışması insanın ən təbii xüsusiyyətlərindəndir. Zaman keçdikcə bəyənildiyini və qəbul edildiyini hiss edən fərdlər təbii hallarına dönməyə başlayırlar. Digər yandan fərdlərin özlərini olduğu kimi ifadə etməsi, hisslərini rahatlıqla söyləyə bilməsi, özlərini izah etmələri, qarşısındakı insanı başa düşə bilməsi lazımdır. Əvvəl özünü ifadə etməlisən ki, qarşındakı şəxsi başa düşə biləsən. Bunun üçün açıq, cəsur, ürəkdən,  səmimi olmalıyıq

İtirməkdən qorxmadan necəyiksə elə də olmalıyıq. Həqiqi qiymətləndirmə, bəzən insanları olduğu kimi deyil, olmasını istədiyimiz kimi görmək meylində oluruq. Bu şəkildə görmək bizi rahatlaşdırır.Gözümüzün önündəki pərdəni qaldırıb, qarşımızdakı insanın həqiqətdə kim olduğunu başa düşməliyik. Ailə, yaşadığı yer, iş yeri, dostları, ictimai mühitlə qarşılıqlı təsirini görməyimiz əhəmiyyətlidir. İnsan sosial varlıqdır və orda necə olduğunu bilmədən insan haqqında bir qiymətləndirmə etmək əskik olacaqdır.

" Ailə albomlarına, şəkillərinə baxın. Bir çox mövzuda izlər tapacaqsınız.”

Birlikdə hansısa bir sahədə bir işlə məşğul olun. Həll üçün təkliflər irəli sürə bilirsinizmi, rolları bölüşə bilirsinizmi, birlikdə hərəkət edə bilirsinizmi, çıxan problemləri yoluna qoya bilirsinizmi, bir-birinizin təkliflərinə dəyər verirsinizmi, bunları edərkən əylənə bilirsinizmi? Bütün bunlar çox əhəmiyyətli detallardır

Evlilik qərarınızın doğru olub-olmadığına əmin deyilsiniz? Ya da evlənəcəyiniz şəxsi seçərkən nələrə diqqət etməyiniz lazım olduğunu bilmirsiniz?


Şərhlər: 9
Baxılıb: 2212
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
coox pis baxiram evlilikden evvel hansisa elaqede olanlara ,, toy ne ucundu bes anlamiram
17 aprel 2015 16:17
# 9
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
emis
men sevgisiz aile dusune bilmirem yeni indiki zamandada sevmeyib evleneler varmiki mene qeribe gelir sevdiyime getmeyib gedib basqasiyla bedbxet olmaqdansa evde oturaram omrumun axirna kimi. dostluqdan hec vaxt aile olmaz ne qeder olsa da yene bir yerinde bir miz cixar. sevgi olsa yaxsidi
17 aprel 2015 14:59
# 8
Tomris Müslümova
vallah yererince taniyiriq bir birimizi day 7 ildi sevirik..qocalmisiq
17 aprel 2015 11:44
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nezka
Məncə insan sevmədən evlənməməlidir
17 aprel 2015 09:38
# 6
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
Men yaxşi deyerlendirmirem qizla oglanin bir evde yaşamalarin bu terbiyesizlikdir menim üçün
17 aprel 2015 09:05
# 5
SVETA
BARBI
Her zaman demisem ailelerin dagilmasinda esas sebeblerden buride intim munasibetlerinin olmamasidir. Her zaman cutlukler bir birini temin etmeyi bacarmalidirlar, en azinnan evliliyi xilas etmeycun
17 aprel 2015 08:36
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
sevgi hörmet varsa o evde her şey gözel olacaq,şexsi münasibetlerde de heç bir prolem olmayacaq.
17 aprel 2015 05:39
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Miss_Oxatan
Gerek az da olsa sevgi,ehtiras olsun,dost evliliyi mene hec vaxt catmayib.bir birimizi cox yaxwi bawa duwuruk,maraqlarimiz ust-uste duwur esas budur sevgi yox deyib aile quranlar mene normal tesir bagiwlamir.cunki intim munasibet dostluq hislerinden yox sevgi,istek kimi hisslerden dogar.cox darixdirici munasibet olar.pessimist.bezen ziddiyyetlerdende sevgi,ehtiras artar.
17 aprel 2015 02:20
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Meleknur
bu olmasa olmurda he? 09 ay utandim neyse cixim burdan
17 aprel 2015 01:33
# 1
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz