Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərdə cinsi istəksizliyin səbəbləri
Kişilərdə cinsi istəksizliyin səbəbləri
Şərhlər: 8
Baxılıb: 2961
Səs ver:
Kişilərin daim cinsi istəyə malik olmaları və buna həmişə hazır olduqları haqda yanlış fikirdə olmuşuq. Halbuki, istəyi olmayan kişilər də var. Üstəlik, hər beş kişidən birində görülə biləcək problem cinsi istəksizlikdir. Ancaq bu problemə qadınlar da səbəb ola bilər. Qadınların çoxu cinsi əlaqə zamanı passiv və hərəkətsiz olur və ya sevişməyə çox az həvəsli olurlar. Kişilərin əhəmiyyətli bir hissəsi yoldaşlarının cinsi cəhətdən çox aktiv olmasından narahat olsalar belə, yenə də onları təmin edə bildiklərini görmək istəyirlər. Kişilərdəki cinsi istəksizliyin səbəbləri bunlardır:

Bioloji səbəblər
Xəstəliklər: Koronar çatışmazlıqları, böyrəküstü vəzilərin çox, ya da az işləməsi, cinsi hormonların azlığı, qalxanvari hormonlarının azlığı və ya çoxluğu, beyin qanamaları cinsi istəyi azalda bilər.
Dərmanlar: Depressiya dərmanları, bəzi təzyiq dərmanları, psixoloji müalicədə istifadə edilən bəzi dərmanlar da cinsi istəyi azalda bilər.

Psixoloji səbəblər
Kişilərə qadınları ələ almaq və arzularını həyata keçirmək üzrə öyrədilr. Bununla da cinsəlliklə sevgini ümumiyyətlə bir-birindən ayırmaq məcburiyyətində qalırlar. Kişi yatacağı qadına hörmət edir, evlənəcəyi qadınları isə bir-birindən ayırmağa meylli olur. Bir qadını sevdikləri zaman isə cinsi əlaqə qurmaq məsələsində çətinlik yaşayırlar.

Uşaq istəməmək
Asılılıq və məsuliyyətdən boyun qaçıran kişilər uşaq sahibi olmağın verəcəyi öhdəliklərdən xilas olmaq üçün cinsi əlaqəyə girməyə bilər. Sonsuzluğa qarşı müalicə alan ailə həkimlərin döllənməyə uyğun olaraq təyin etdiyi zamanlarda kişinin cinsi istəksizliyi səbəbiylə əlaqəyə girə bilmirlər. Yoldaşı uşaq sahibi olmağı çox istədiyindən ona qarşı çıxa bilmir. Lakin fərqində belə olmadan cinsi istəksizliyi inkişaf etdirərək uşaq sahibi olmalarına maneə törətmiş olur.

Cinsi əlaqə ilə bağlı narahatlıq
Qadınlarda olduğu kimi, kişilərdə də cinsi əlaqə ilə bağlı narahatlıq hissi ola bilər. Bəzi kişilər həyat yoldaşlarındakı bir neçə səbəbə görə narahatlıq hiss edər və bununla qarşılaşmamaq üçün cinsi əlaqədən qaçar.

Yoldaşın cinsi bacarıqsızlığı
Kişilər cinsi təcrübəsi olmayan, əl dəyməmiş qızları özlərinə həyat yoldaşı seçməyə meyillidirlər. Bu təcrübəsizlik cinsi yaxınlıq əsnasında necə davranılacağını bilməmək kimi müxtəlif çətinliklər yarada bilər. Kişilər bir tərəfdən təcrübəsiz qadınları seçir, amma bir tərəfdən də xüsusilə öz cinsi fəaliyyətinin yaxşı olduğunu görmək üçün yoldaşının təsirləndiyini görmək istəyərlər. Öz kişilik obrazına duyduğu güvəni yoldaşına verə biləcəyi həzzlə artıb-azala bildiyindən cavab verməyən, cinsi əlaqəyə qatılmayan bir qadın ərinin doyumunu azalda bilər.

İstək azalanda eşqbazlığa başlayır
Yaş, sosial çətinliklər, bir yaxının itkisi kimi stress və kədər hissi yaradan hadisələr də cinsi istəksizliyə səbəb olur. Eyni zamanda partnyorlar arasındakı cazibədarlıq da cinsi funksiyalara əks olunur. Dəyişmə, yaşlanma və ya fiziki dəyişikliklərlə də (kökəlmə, sarsıdıcı əməliyyat, pis gigiyena) ortaya çıxa bilər. Kişilərin əlaqənin irəliləyən dövrlərində yoldaşlarını ana kimi görməyə başlamaları və ya fiziki görünüşü dəyişdiyi üçün əvvəlki kimi gözəl, cazibədar görməmələri cinsi istəyi azalda bilər. Xüsusilə uşaq sahibi olduqda, yəni ana roluna girdikdən sonra yoldaşlarına cinsi istəyi azalan kişilər bəzən gənc biri kimi həyat sürməyə və daha gənc olan qadınlarla eşqbazlıq etməyə başlayırlar.


Şərhlər: 8
Baxılıb: 2961
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Uzaq olsun bizde bele problem yoxdu bizde eksinedi.
19 aprel 2015 21:46
# 8
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
En baslica sebebi psixoloji problemler ve xeyanet . Xususende xeyanet eden kisiler xanimina qarsi isteksiz olur
19 aprel 2015 15:33
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Nə desəm bimədim 09
19 aprel 2015 12:27
# 6
İçimi görsən mənə aptek alarsan.
Tomris Müslümova
axirdan 2 ci deyilenle raziyam
19 aprel 2015 11:31
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nur k-off
Kişiden kişiye ferq var. O ne demekdi ee eldeymemiş qizi gedib alir sonrada beyenmirler kişilerin tepesine daşşş
19 aprel 2015 10:38
# 4
SVETA
Dosta_inam
esl kişi evlendi ailesine sadiq qalir,ferqi yoxdur qadin kökeldi ariqladi,sevirse eger her hali ile sever,ve her şeyde öz qaydasinda geder.
19 aprel 2015 06:51
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Marta
qadin usagi dogmurki kisi getsin xeyanet etsin. Kisi kisidirse qadinini halalini hec bir exlaqsiza deyismez...
19 aprel 2015 03:33
# 2
Немного терпения, и у тебя все получится..
WiRiN BaLaM
həəə kişilərə exlaqsiz qadinlar yaxşidida isdediklerini verir onlar profisonaldilar axi,,, terbiyeli qizlarimizida elelerinin ayaqlarina verirler mad
19 aprel 2015 02:14
# 1
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz