Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dahiliyin seksual cazibəsi
Dahiliyin seksual cazibəsi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1365
Səs ver:


Alimlər qadınların dahilərə marağının səbəbini tapıblar

«Məlim balacam, həyatda cəmi iki işlə məşğul olmağın mənası var: elm və əxlaqsızlıq. Kitablar bizə kişilərin verə biləcəyi, abırsız nəvazişlər isə qadınlardan gözləyə biləcəyimiz ən yaxşı şeydir». Valeri Larbo

Ağıllı kişilərdən kimsə deyib ki, «Dahi uzun saç gəzdirib, əlinə keçəni yeyən və özünü camaata güldürən insana deyilir». Amma qadınların əksəriyyəti belə düşünmür və çox vaxt pinti görkəminə baxmayaraq, yanılmadan adi kişini dahidən ayıra bilir.

Mifologiyada, əfsanələrdə, nağıllarda anaların öz qızını qəhrəmanın yanına gətirməyi barədə çox oxuya bilərik. Bircəcik görüşün məqsədi ondan uşaq doğmaqdır. Qəribə səslənir, elə bil ətrafda kişilərin hamısı ölüb?! Markezin «100 il tənhalıqda» əsərinin qəhrəmanı Aureliano Buendia şöhrətin zirvəsini yaşayanda yanına gətirilən qızların sayını itirmişdi. Nəticədə vaxtaşırı ona bənzəyən bir oğlan uşağı doğulurdu və 8 uşaq atası kimi Aureliano adlandırılırdı. Əlbəttə, səhnəmizdə əcnəbi ulduzların çıxışı zamanı saçını yolan qızların cəhdlərini anlamaq çox çətindir. Amma buna kütləvi psixoz da demək olmaz. Hər şeyin çox sadə izahı var.

İntellektual kişi hər şeyə yarayır

Hamı yanındakı kişini Hollivud aktyoru görkəmində və Nobel mükafatı laureatı statusunda görmək istərdi. Amma belələri çox nadir hallardı rast gəlinir deyə qadın ömrünü bu «fiks ideya»ya sərf eləyə bilməz. Ona görə də qadınlar həyatda seçim qarşısında qalıb əziyyət çəkirlər: bilmirlər daha gözəlini, yoxsa daha ağıllısını seçsinlər. Həyat göstərir ki, çoxları birinci varianta üstünlük verir. Yüksək intellektli kişini ər kimi görmək istəyənlərdən başqa əksəriyyəti onları daha çox ötəri əlaqələrdə personaj və məşuq rolunda təsəvvür eləyir. Qadınlar daimi münasibətlərdən danışırsa, ailənin qayğısına qalmaq məqsədilə ağla üstünlük verir. Yəni ki, ağıllı kişi ailəsini dolandırmağın yolunu tapar. Bir də ki, ağıllı atadan olan uşaqların atalarına çəkərlərsə, heç olmasa 50 faiz ağıllı doğulmaq şansı var.
Soruşa bilərsiz, «Bəs qısa intimdə, gələcəyi olmayan münasibətlərdə kişinin ağıllı olması nəyə lazımdı ki?» Axı qadın təsadüfi münasibətlərdə parlaq intim təssürat axtarır. Bu məsələlərdə isə bilirsiz ki, beynin əqli imkanı o qədər də önəmi faktor deyil. Buna baxmayaraq, qadının seçim imkanı olsa, heç vaxt intelligenti qoyub debili seçməz. Hətta bilsə ki, seçmədiyi yorulmaz intim maşınıdır. Niyə?

Açılmaz sirlərdən biri

Tapmacanın açmasını Nyu Meksika Universitetinin psixoloqu Joffrey Miller, deyəsən, tapıb. Daha doğrusu, qadınların ağıllı kişilərə olan marağının bioloji əsaslarını ortaya çıxarıb. Alim yeni təcrübələr qoymadan artıq aparılmış müşahidələrin nəticələrini bir daha araşdırıb. 1985-ci ildə həkimlər Vyetnam müharibəsinin veteranlarını öyrənəndə onlar kişilik toxumu və intellekt testlərini vermişdilər. Məlum olmuşdu ki, kişinin nəsil vermə aktivliyi onun intellekti ilə tam mütənasibdir. Alimlər hətta deyir ki, intellekt və reprodiktiv qabliyyətə görə eyni genin cavabdeh olduğunu öyrənsələr, heç təəccüblənməzlər. Ona görə də fərz olunur ki, qadın şüuraltı səviyyədə partnyorunu dəyərləndirəndə, onun yaxşı nəsil vermə qabiliyyətini də müəyyən eləyə bilir. Çox guman ki, qadınlar bunu evolyusiyanın çağdaş vaxtlarında insanların yaşama instinkti nəsil vermədən asılı olan zamanlarda öyrəniblər. Düzdür, bu kamil mexanizmin əldə olunması bəşəriyyətin açılmaz sirlərindən biri kimi qalır.

Obrazların həyatını yaşayarkən

Bəlkə dahilərin yaratdıqları obrazlar oxucusunun, dinləyicisinin ürəyinə girir deyə personasına marağı artırır? Şekspir və Evripidin obrazlar qalereyasına baxaq. Sonsuz sayda rəngarəng obrazları yaratmaqçün həmin obrazı tanıyıb bilmək lazımdı ki, onun düşüncələrindən, psixoloji sarsıntılarından yazmaq olsun. İnsanı anlamaq onu içində gəzdirmək deməkdir. Höte deyib ki, günah və cinayətlərin içində onun anlaya bilməyəcəyi, ya da meyl eləmədiyi bir şey çətin ki, tapılar. Ehtirasdan qətllərin motivlərini çox yaxşı başa düşən Emil Zolya özü heç vaxt belə qətllərə qol qoymazdı. Çünki içində bundan əlavə başqa keyfiyyətlər də var. Dahi insan daha mürəkkəb və daha çoxşaxəlidir. Şekspirin qadınları onunla birgə Falstafın şitliyini, Yaqonun alçaqlığını, Kalibanın kobudluğunu da sevməli olur. Bu bucaq altında baxanda dahi şəxsiyyətlərin həyatındakı ən alçaq və ən güclü ehtiraçlarının səbəbini anlamaq olar. Bunu onların bioqrafiyaları təsdiqləyir. Bu yaxınlarda Rusiya televiziya kanallarında intimual cazibəsiylə seçilən bakılı akademik Landau (Bakının suyunu içib, ona görə) haqqında çəkilmiş film böyük disskussiyalar doğurub. Filmə inansaq, Landau hətta xəstəxanada yarıhuşlu vəziyyətdə, hətta ayın tarixlərini unutduğu vaxtlarda belə şəfqət bacılarını yanından narazı buraxmayıbmış. Landaunun arıq, çəlimsiz bədəni, yoxsa burnunun ucundan o yana görməyən gözləri onları cəlb eləmişdi?

 


Şərhlər:
Baxılıb: 1365
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz