Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Klitor gerçəkləri (Qadınlara özəl)
Klitor gerçəkləri (Qadınlara özəl)
Göndərən: Wiyinka
Şərhlər: 11
Baxılıb: 3578
Səs ver:
Sizləri ən həssas yeriniz olan klitorla tanış edirik...
O bir aysberqdir...
Fransız Generalı Napolyon Bonapartenin qardaşının nəvəsi, Freudçu psixoanalzçi Marie Bonapart, orgazm olmaq üçün klitor ilə vagina arasındakı məsafənin daha qısa olması lazım olduğunu və bu məsafənin çox olduğu qadınların orgazm ola bilmədiklərini bildirirdi. Hətta bunu isbat etmək üçün özü də bir əməliyyat keçirmişdi, ancaq nəticə müvəffəqiyyətli olmamışdı. Niyə soruşarsınız? Çünki əməliyyat əsnasında klitorun yalnız görünən hissəsi, yəni dörddə biri yerindən oynadılmış və qalan hissəsiylə sinir bağları da kəsilmişdi. Halbuki geridə bir gövdə, qıçlar, vəzilər, hüceyrələrr kimi bir çox hissə də var....
Penisə bənzəyir...
Söz mövzusu cinsi həyat olunca qadınlar və kişilər sandığımız qədər fərqli deyil. Onların penisi varsa bizim də klitoromuz var. Fərq yalnız görünüşdə…
Bunu qəbul etməyi asanlaşdıracaq bir məlumat verək: Ana bətnində 12 həftəyə qədər bütün körpələrin genital toxuması eyni olur və daha sonra cinsiyyətə görə şəklini dəyişir. Klitorun da eynilə penis kimi bir başı, sünnə dərisi kimi bir örtüsü, erektil bir toxuması var və bədənini tanıyan qadınlar bilər ki, xəbərdar edildiyi zaman o da sərtləşir, böyüyür.
Üstəlik bir də üstünlüyü var: Görünmədiyi üçün biz qadınlar "boyumu,ya funksiyasımı?" müzakirəsinə girmək məcburiyyətində qalmırıq.
Böyüyür...
Bir qadının klitoru yetkinlikdən etibarən hormonların təsiri ilə böyüyür. Yetkinlik sona çatdığında klitoris 1,8 sm böyümüş olur. 32 yaşında bir qadının klitoru isə yetkinlik əvvəlinin dörd qatında böyüklüyə çatır. Menopauzdan sonra isə qadının doğulduğu gündəkinin yeddi qatına qədər böyümüş olur. Dar bir bölgədən bəhs etdiyimiz üçün bu böyümə çöldən fərq edilmir. Ancaq irəli yaşdakı qadınların seksdən daha çox zövq ala bilməsinin səbəbi məhz bu ölçü dəyişikliyinin təsirinin də olduğu düşünülür.
Özünəməxsusluğu...
Kimində kiçik, kimində daha böyük, kimində dərində, kimində daha ortada… Kimində xəbərdar edilincə böyüyür kimidə saxlanmağı seçir. Bəzisi sərt toxunuşlardan xoşlanır, bəzisi nəzakətdən... Yəni hər kəsin eşq tumurcuğu özünə xas xüsusiyyətlərə sahib... Bu da hər kəsin bu nöqtədən ən yüksək zövqü necə alacağını, özünün təyin edəcəyini göstərir.
Orqazma qarantiya verir...
Qadınların yalnız yüzdə 30-u vaginal orgazm ola bilir. Qalan yüzdə 70-i isə klitoral təmasa ehtiyac duyur. Oxşama, oral təmas və seks oyuncaqları ilə klitoru xəbərdar etmək mümkündür. Seçim sizin…
Qocalmır....
Dərinizi qırışıqlıqlardan qorumaq üçün çox səy və pul xərcləyə bilərsiniz. Amma ki, klitor üçün belə bir dərdiniz olmayacaq. çünki o heç yaşlanmır. Əgər bu günə qədər onunla əlaqəniz yaxşı deyilsə, "Artıq iş işdən keçdi" deyə düşünmənizə ehtiyac yoxdur. Ən enerjili halı ilə sizin onu kəşf etmənizi gözləyir.
Həddən artıq həssas...
Klitorun üzərində 8 min sinir ucu var. Penisdə isə bunun sayı 4 mindir!
Kişilərin cinsi həyatdan daha çox zövq aldığı qəlibini yıxmaq üçün bundan daha çox dəlilə ehtiyacımız varmı? Bu kiçik görünüşlü bölgədə hiss edilən zövqə pelvik bölgəmizdəki 15 min digər sinir ucu da təsir edir.
Hər qadında var...
Bəli, bütün məməli heyvanların dişilərində klitor var. Biz insanlar isə onu daha məhsuldar istifadə edə bilmə bacarığına sahibik. Deyilsək, bizə verilmiş böyük bir hədiyyəni göz ardı edirik - deməkdir.


Şərhlər: 11
Baxılıb: 3578
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
ele dunen bu haqda sohbet gedirdi yutubdada bu klitorun emeliiyat olunmasi bir 10 yasi olardi qiza sunnet edirdiler baxa bilmedim ureyim agridi.qiz cigirirdi narkozsuz edirdiler. haraydi yadimnan cixib ama hemde geride qalmis millet idi ona gore elede inkisaf etmemisdi ki narkoz etsinler. onlar her qiz usagini bele emeloiiyat etdirirler ki gelcekde xeyanet ed ebilmesin yalniz o heyat yoldasina aid olsun eleleri var ki isteyirler hec heyat yoldasi ilede birlikde olmasin. yeni o ele birseydi ki ancaq kisi isteyend ebirlikde olmaq olar. bu haqda psixoloq kitabindada yazilib.bu haqda yeterince melumatim vardi.tesekkur edirem
10 aprel 2015 13:41
# 11
leyla_258
tesekkurler
9 aprel 2015 21:51
# 10
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Lucia
Təşəkkürlər,məlumata görə.Burda qeyri-adi heç nə yoxdu,qadın orqanizmindən söhbət gedir.Özümüzü tanımaq yaxşıdı.
9 aprel 2015 11:09
# 9
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Melissa
oxudum bilmirdim )P
8 aprel 2015 21:47
# 8
Luna-90
Menlik deyil..
8 aprel 2015 20:15
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
ulduz
Evvala eziyyetine gore sagol.Qadinlar saytidi bu xeberlere pis baxmiram.Adindan bilinir isteyen oxuyyar isdemeyen oxumaz.....serh yazildigina gore artiq oxunulur
8 aprel 2015 11:23
# 6
Qlamurr
Səhv etmirəmsə saytda bu mövzuda xəbər olmuşdu,oxumuşdum.
8 aprel 2015 10:56
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Movzunun adini gorende texminen sohbetin neden getdiyini bilirsiz ona gore girib oxumayin . Yalnis fikirdesiz bura qadin saytidi verilen xeberde qadinlardandi ozude her bir xanimin bilmesi lazim olan melumatlardi
8 aprel 2015 09:17
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
meni_gozle
Eziyyetinize gore tewekkurler bilmirdim hec bu haqda hec maraqlanmamiwdimda burda oxudum
8 aprel 2015 09:04
# 3
aziz a
Xanim eziyyet cekib yazib duzdu, amma nahaq yere.kime lazimdi oz cinsi haqqinda bu qeder cox bilmek????Besdirin bu qeder aciqligi ile izah etmenin bir anlami yooooxxx, eger hansisa bir gigiyenik melumatlandirma olsaydi ve yaxudda saglamligla bagli olsaydi yeri var idi, yoxsaki kisilerle qadinlarin nebilum neylerinin ustun cehetlerini saymaq....
Xanim sizinle bir sozum yox ,nede davayla savayla usim yoxx her zaman maragli xeberleriniz olub oxumusamda, amma siz Allah bu qeder aciqliq bize yarasmir.Yani her seyi nezere almaq lazimdir, tesekkur hansisa cekdiyiniz eziyyet ucun.
8 aprel 2015 07:47
# 2
Qelbim doludu !!!!
ALONE
Sitat: vipbetul
oxumaqa deymez movzudu oxumadim oxumuyun

Oxumdadinsa öz isindi sizi bu xeberi oxumağa mecbur eden yoxdu Bu xeberi hazirlayan xanim eziyyet cekib xeber hazirlayibki userler oxusun melumatlari olsun sizin kimilərə hazirlamayibkı yersiz serh yazsın!


Xebere gore tesekkurler xanim
8 aprel 2015 01:55
# 1
Men "Melek" deyilem amma canim yansa,cennet yawatdigim insanlara cehennemi yawadaram....!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz