Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xoşbəxt cütlüklərin yataq sirrləri
Xoşbəxt cütlüklərin yataq sirrləri
Göndərən: Wiyinka
Şərhlər: 7
Baxılıb: 3082
Səs ver:
Bir qadın, bir kişi və bir əlaqə… Kənardan baxınca hamısı bir-birinə bənzər görünür. Halbuki yaxınlaşdıqca tam fərqli mənzərələr yaranır.
Bəlkə də eyni restoranlara gedirlər, eyni filmləri izləyirlər, eyni mağazalardan alver edirlər, bənzər işlərdə çalışırlar. Ancaq bu işin özündə, ən gizli qapalı yerlərində çox böyük fərqlər yatır.
Bir cüt seks həyatında bir-birlərini göylərə uçurarkən, digəri orta ilə kifayətlənir, bir başqası isə neçə gündür sevişmədiyinin fərqində olduğunu aylar keçir bilir....
Göylərə uçmağı kim istəməz?
 Xoşbəxt cütlərin nəyi fərqli etdiyini araşdırdıq, müxtəlif araşdırmalardan məlumatlar yığdıq.

"Axınına buraxmaq" son zamanların gözdə olan təkliflərindəndir…
Amma mövzu seks olunca bəzən axınına buraxmaq doğru olmur. İş həyatı, uşaqlar, həyatın digər çətinlikləri deyə-deyə bir də baxırsınız ki, o axın aylar sürmüş... Halbuki xoşbəxt cütlər hər gün olmasa da müəyyən bir nizamda sevişir. Cinsi birlikdəlik cütlərin yaxınlaşmasını təmin edir və cinsi həyat olmadığında isə uzaqlaşma başlayır. Xüsusilə kişilər qadınlarını yaxın hiss edə bilmək üçün seksə daha çox ehtiyac duyur. "Həftədə neçə dəfə?" sualına ilişməyin, ikinizi də xoşbəxt edəcək bir ədəddə birləşin.

Xoşbəxt cütlər bir-birlərinə yalnız yataqda deyil, hər vaxt toxunur. Bunun mütləq seksual bir toxunuş olması lazım deyil. Amma bəzən də məsum bir toxunuş işi tam fərqli istiqamətə yönəldə bilir. Belə başlayan bir seks daha təbii və təmin edici olur. Gün içindəki kiçik toxunuşlar sanki bir ön sevişmə təsiri yaradır və sizi gecə yaşanacaq bir sevişməyə daha gözəl hazırlayır.

Xoşbəxt cütlər partnyorlarini əsla "sevişməmək" yoluyla cəzalandırmır. Bunu seksual bir güc döyüşünə çevirmirlər. Bu hala gəldiyində bir müddət sonra iki tərəf də seks istəməz olur.
Seks diyeti ilə cəzalandırmaq yerinə ona qızdığınızda özünüzü sözlərinizlə ifadə etməniz ən yaxşısıdır.

Möhtəşəm bir dekorasiya, həddindən artıq istəkli bir qadın və kişi, heç bitməyəcəkmiş kimi davam edən bir seks, çox elastik bədənlər və eyni anda orgazm olan və qışqırıqlar atan bir cüt...
Tamam bir film səhnəsi olaraq çox xoş və təhrik edici, amma gerçək həyatla üst-üstə düşməyə bilir. Seksdən gözləmələriniz bu film səhnələri kimidirsə qısa müddətdə təminsiz bir əlaqənin içində qalmanız ola biləcək… Halbuki xoşbəxt cütlər həqiqi davranır, hər əlaqənin və hər cinsi həyatın öz tərzləri olduğunu, tərəflərə görə şəkilləndiyini qəbul edirlər və öz doğrularını tapırlar.

Film səhnələrindəki seksi axtarmırlar dedik, amma xüsusi gecələrə də xeyr demirlər. Yalnız evlilik ildönümlərində deyil, ilin müəyyən zamanlarında özləri üçün xüsusi zamanlar ayırırlar, fərqli təcrübələr yaşayırlar. Belə romantik gecələr yaşamaq, xüsusi geyimlər və alt paltarları almaq xoşbəxt cütlərə hələ də bir-birlərinə əhəmiyyət verdiklərini isbat etmə şansı verir.

Sağlam bir əlaqənin özüllərindən biri də güvəndir…
Bir-birinə güvənmənin əks olunması yataqda özünü göstərir. Düşünsənizdə gün içində başınızı şübhələr doldurmuşkən axşam eyni adam ilə lüm-lüt yatağa girməyi kim istər? Xüsusilə ürəyi və başı rahat olan bir qadın, yatağa duyğularını da apardığı üçün özünü seksə daha çox verir.

Xoşbəxt cütlər sevişərkən işığı söndürmür, əksinə orgazm olarkən bir-birlərinin gözünün içinə baxırlar!
İllərdir evli olan bir çox cüt isə bunu hələ də bacara bilmir, utanır. Halbuki bu seksi daha mənalı, hərarətlı hala gətirir. Xoşbəxt cütlər yataqda haralarına və necə toxunulması istədiklərini də rahatca ifadə edir.


Şərhlər: 7
Baxılıb: 3082
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Hamsini bilirik
3 aprel 2015 20:30
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Tomris Müslümova
qisqiran bir cutluk... 122 hamida esitsinki bualr deli oluuub?? 09
3 aprel 2015 11:23
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Xoşbəxt cütlüyün bir-birinə hörməti,güvəni olmalıdır,bu görünən tərəfdi,görünməyən tərəfi isə cütlərin intim münasibətləridir, bunlar bir-birini tamamlayanda xoşbəxt ailədən danışmaq olar,çünki kişilər üçün intim münasibət olduqca vacibdir.
3 aprel 2015 11:15
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Melissa
hamisi duzduuuuuuuuuuuuuuuu
3 aprel 2015 09:45
# 4
BARBI
Sevgi hormet de cox onemlidir qadinlarcun kisilercun en onemlidi cinsi heyatdir bunu unutmayin
3 aprel 2015 09:26
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ayan97
Elbetdeki cutlukler arasinda sevgi hormet ve guven olmalidir.. onda her ikisi xosbext olacag
3 aprel 2015 07:22
# 2
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
qanadli melek
Guven dogrudanda onemlidi cunki guvenmediyin insana ozunu nece teslim ede bilersen.cox gozel etrafli yazilib tesekkurler
3 aprel 2015 01:40
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz