Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir Həftədə Aktiv Seks
Bir Həftədə Aktiv  Seks
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4080
Səs ver:
 
 Partnyorunuzla cinsi əlaqənizi gücləndirmək, dərinləşdirmək ya da yalnız yataqda daha çox əylənmək istəyirsinizsə aşağıdakılara bir nəzər salın. Yalnız bir həftə boyunca hər gün edəcəyiniz sadə fəaliyyətlərlə intim həyatınıza yeni bir rəng və canlılıq qata bilərsiniz.
1-ci gün
Zehininizi boşaldın, sakitləşin. Bunun üçün mütləq yogaya getməniz lazım deyil. Bir neçə texnika öyrənməniz sizin üçün kafi olacaq. Əhəmiyyətli olan özünüzü sakitləşdirməniz, zehininizi boşalda bilməniz. Özünüzü rahatlaşdıra biləcəyiniz üsulları düşünün və tətbiq edin. Bir müddət səssiz bir mühitdə gözlərinizi bağlayıb yalnız səssizliyi və bədəninizi dinləməniz böyük fərq yaradacaq.
2-ci gün
Oyanın və intim edin. Yorğunluq, yuxu gicliyi, işə erkən getmə istəyini bəhanə olaraq istifadə etməyin. Mütəxəssislər günə intimlə başlamanın və səhər edilən ilk işin intim olmasının bədənə əhəmiyyətli faydaları olduğuna diqqəti çəkir. Sübhdən oyanmanız lazım deyil. Araşdırmalar cütlərin ən çox 7-13 dəqiqəlik intimdən zövq aldığını göstərir, unutmayın.
3-cü gün
Özünüzü təmin edin. Bəzi qadınlar masturbasyanı bir tabu olaraq görür ya da bundan utanır. Mütəxəssislər isə bunun son dərəcə təbii olduğuna diqqət çəkir. Klitorisdə 10 milyondan çox sinir qəbul edicisi olduğunu və tək funksiyalarının qadınların yaxşı hiss etməsinə köməkçi olduğunu bilirsinizmi?
Cinsi sağlamlıq mütəxəssisləri bəzi səhərlər duşda bir neçə dəqiqə çox keçirmənin faydasına toxunur.
4-cü gün
Ehtiraslı öpüşmələrə zaman ayırın. Cinsi sağlamlıq mütəxəssisləri uzun öpüşmələrin cinsi arzunu artırmasının yanında ruhi və fiziki faydalarına da diqqət çəkir.
5-ci gün
Nahar fasiləsində ya da işdən sonra idman salonuna gedin. Əgər nizamlaya bilirsinizsə partnyorunuzla gedin. İdman, kişilərin ereksiya problemlərinin aradan qaldırılmasına köməkçi olur.

Kanadada aparılan araşdırmada idman etməyən kişilərin, idman edənlərdən 40-60 % daha çox ereksiya problemi olduğnu ortaya qoyuldu.

Digər tərəfdən birlikdə məşq etmənin yoldaşların bir-birlərinə qarşı cazibədarlığını artırdığı və hərəkət qabiliyyətinin artması nəticəsi cinsi həyatın daha rəngli hala gəldiyi ifadə edilir.
6-cı gün
Yoldaşınızla bir-birinizə yataq hekayələri izah edin. Hətta intim kitablar alıb ucadan bir-birinizə oxuyun. Zehnən intimə fokuslanmanız çox asanlaşacaq.
7-ci gün
Bir-birinizə toxunun. Masaj bunun ən asan yollarından biridir.


Şərhlər:
Baxılıb: 4080
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz