Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Körpədən sonra cinsi həyat
Körpədən sonra cinsi həyat
Göndərən: Wiyinka
Şərhlər: 9
Baxılıb: 5215
Səs ver:
Dünyaya körpə gəldi və o gələli hər şey daha da gözəlləşdi....
Gözəlləşməsinə rəğmən, yataq otağı üçün də eyni şeyi söyləmək mümkünmü?
Evli cütlərin cinsi həyatı haqqında yazılan, çəkilən, eşidilən, ya da görülən bir çox əfsanələr var. Belə ki, uşaqdan sonra cütlərin yataq otağı monotonlaşır, sevişmə saatları həftədə bir dəfəyə düşür...
Bunların nə qədər doğru olması dəqiq olmasa da, körpədən sonra evliliyin, xüsusilə də cinsi həyatın şəklinin dəyişdiyi doğrudur. Beləliklə, iki adamın arasına girən üçüncü adam uşaqsa, köhnəsinə yaxın bir cinsi həyata qovuşmaq illər ala bilir.
Hamiləlik əsnasında və doğum sonrasında ana-ataların cinsi həyatlarında çətinliklər yaşana bilir.
Uşaqla yatmağa davam etmək ana-ataların cinsi həyatına mənfi təsir edə bilir.

Bəzən belə bir sual ana və atanı narahat edir ki, cinsi həyatı yaşadığında uşaq çox kiçik olsa da bunu anlarmı? Neçə yaşına qədər uşaqla eyni yataqda və ya otaqda yaşana bilir?

Əvvəla uşaqla eyni yatağı paylaşmaq elə də "pis" bir vəziyyət deyil. Amma çox gec yaşlara qədər davamlı olaraq eyni yataqda və ya otaqda yatmaq uşağın bəzi bacarıqlarının inkişafına maneə törədə bilir. Bizim mədəniyyətimiz baxımından, uşağın davamlı olaraq ana və atayla eyni yataqda və ya eyni otaqda yatma müddətinin 2-3 yaş aralığında sonlanması idealdır. Uşağın nizamlı olaraq məktəbə və ya körpələr eviyə getməyə başlamadan əvvəl öz başına etibarlı bir şəkildə yatmağı öyrənməsi bir tərəfdən uşağın, bir tərəfdən də ana və atanın özünü yaxşı hiss etməsini təmin edir.
Uzun və davamlı olaraq uşaqla ana və atanın eyni mühitdə yatması hər uşaq üzərində eyni təsirləri göstərmir. Amma uşağın ətrafındakılarla əlaqələrindəki sərhədləri öyrənməsi çətinləşir. Özünün və ya qarşıdakının xüsusi sahəsinin harada başlayıb harada bitdiyini öyrənməsinin ən asan yolu "bura sənin, bura mənim" demək olur. Bundan başqa, uşaqla eyni yataqda yatmaq, uşağın öz başına bir fərd olmasını gecikdirən bir vəziyyətdir.
Uzun müddət ana-atasıyla yatan uşaqlarda özünə inam, və güvən hissinin inkişafı gecikir.

Otağını ayırarkən nələrə diqqət yetirmək lazımdır?
Ana və ata yatağı və ya otağı ayırmağa hazır olduğundan əmin olmalıdır. Adətən valideynlər hazır olmadığı üçün bu müddət uzanır. "Qıya bilmədim, çox ağladı, dözə bilmədim, bu gecə də bizimlə yatsa bir şey olmaz" kimi cümlələr uşaq üçün müddətin get-gedə çətinləşməsinə səbəb olur.
Buna görə də əvvəlcə otaqları niyə erkən ayırmadığınızı unutmayın, uşağınızın fərdiləşmə müddətini, özünə inamını dəstəkləmək ilk məqsədiniz olmalıdır. Hirsli bir mövqe bu məqsədi dəstəkləməz. Pilləli bir müddət yaşamaq daha doğrudur. Yatana qədər yanında qalmaq, yanında oturmaq, yatağına qədər yoldaşlıq etmək, həftə sonu bir gün birlikdə yatmaq kimi qərarlar mərhələli bir keçiddə yaxşı ola bilir. Mərhələlər arasında keçidlərin dəqiq olması və uşağınızın keçidi fərq etməsi lazımdır.

Uşaq birlikdə yatmaqda israrçı olsa nə etməli?

Əsaslı və davamlılıq göstərmək şərtdir! Uşağın israr etməsi vəziyyətə uyğunlaşmasında çətinlik çəkmək mənasını verir. Bunun üçün tutarlı bir şəkildə, təyin etdiyiniz proqrama uyğun hərəkət etməniz, uşağınızın sizə və beləcə özünə güvənməsini təmin edər. Sözlərinizi davamlı dəyişdirməniz sizi uşağınızın gözündə etibarsız edə bilər.


Şərhlər: 9
Baxılıb: 5215
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Seher
Menim fikrim ce de usaq otagi ayri olsa yaxsidi.
1 sentyabr 2015 10:06
# 9
1
emis
bele olan ailelerde var olmayan ailelerde elesi korpenin dogulmasa sexsi heyata tesir edirem eleside var etmir evvel neteri indi ele her sey qadinnan asilidi ta usaga basi qarisib ozune fikir vermese elbetteki bitecek tesir edecek sexsi hayata
25 mart 2015 14:13
# 8
aylin24
uwagin otagi ayri olsa yaxwidi mence
24 mart 2015 23:29
# 7
insanin deyerini bezen varligi deyil yoxlugu gosterir, yoxlugu bir sey deyisdirmeyenin varligi da gereksizdi...... F.M.Dostayevski
Qlamurr
Azacıq da olsa uşaq doğulmasıyla hardasa təsir edir.
23 mart 2015 14:16
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Luna-90
Bu yollari kecmisik .sekil qewengdi
22 mart 2015 22:38
# 5
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Tomris Müslümova
hee bu movzu maraqli idi mene
22 mart 2015 15:44
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Ayten666
Hecde bele iki usagim var ikside bizimle ama ayri yataqlarda yatir.men rejim baximindan korpeye qArsi qeddarAm.10tAmamda yuxuda olmalidilar bezi ozel gunlerde guzesde gedirem.hersey oz elinizdedir.biraz teze dogulanda bir iki ay cetinlik ola biler daha iller yox.
22 mart 2015 11:41
# 3
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
ulduz
DUZDU TEKI 3 SHEXS OVLAD OLSUN,BBIZDEDE BU PROBLEMLER OLUB
22 mart 2015 10:14
# 2
BARBI
Usaq dogulduqda ana atanin sexsi heyati bitir taki usaq boyuyub otagini ayirana qeder
22 mart 2015 01:31
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz