Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Seks müddətini uzatmağın 8 yolu
Seks müddətini uzatmağın 8 yolu
Göndərən: Wiyinka
Şərhlər: 5
Baxılıb: 18285
Səs ver:
"Seksi kefli və uzun müddətli etmək yalnız cütlüklərin əlindədir”, - deyən seksopatoloqların bu tövsiyələrinə əməl etsəniz, həm seksdən daha çox məmnunluq qazanar, həm də seks müddətini uzada bilərsiz.Seks müddətini uzadacaq 8 addımı təqdim edir.
Ünsiyyət. Cütlüklər cinsəlliklə bağlı istək, gözlənti və duyğularını bir-birinə açıq şəkildə ifadə etməlidir. Məhz ərinin ürəyincə olsun deyə, axşam seksə razılıq verən bir qadın soyuq davranıb kişinin həzz almasını əngəlləyə bilər və bu, davam edərsə, kişidə erkən boşalma problemi yarana bilər. Cinsəllikdə istədiyi və ya istəmədiyi şeyləri rahatlıqla danışa bilən bir cütlük cinsəllikdən daha çox zövq alır.

Uyğun ortam yaratmaq. Güvənli və rahat bir şəraitdə cinsəllikdən daha çox zövq almaq olur. Konfortsuz, güvənsiz yerdə seksdən çox həzz ala bilmərsiz.

Ön sevişmə müddəti. Qadınlar ön sevişmədən böyük həzz alırlar. Buna görə ön sevişmə müddəti 20 dəqiqə olmalıdır. Kişinin erkən boşalma müddətini və qadının orqazma çatmasını nəzərə alaraq ön sevişmə mütləq olmalıdır. Ön sevişmə zamanı bir birinə toxunan, bir-birini oxşayan, sevgisini göstərən cütlüklərin cinsəllik müddəti uzun olur.

Fantaziyalar və eşq oyunları. Sevdiyinizlə seks həyatından artıq əvvəlki həzzi ala bilmirsizsə, demək, monoton bir hala gətirmisiz. Bunu dəyişdirmək üçün cinsi fantaziyalar və eşq oyunları seks müddətini və ondan aldığınız həzzi daha çox artırmış olacaq. Məsələn, sevdiyinizi erotik masaj etmək, onu dəli edəcək bir rəqs, seksual alt paltarları geyinmək, erotik sürpriz etmək, dəyişik məkanlarda sevişmək, cinsi təhrik edən erotik mesajlar yazmaq, romantik şam yeməyi, ya onunla sevgiliymiş kimi flirt etmək.

Sevgi, hörmət və özgüvən. İnsan öz bədənini olduğu kimi qəbul edirsə, seks zamanı daha rahat və aktiv olacaq. Sevdiyinə sevgi və hörmət duyursa, xoşbəxt bir cinsi birlikdəliyi olacaq. Sevgi və seks bir-birini tamamladığı üçün sevgini göstərib seksi uzada bilərsiz.

Ehtiras. Münasibətində romantizm və ehtirasa önəm verən cütlük seksi mexanik bir hala gətirməz. Ehtiraslı və romantik cütlüklər uzun və alovlu sevişmələr yaşayar.

Qidalanma. Cinsi istəyi artıran afrodizyak təsirli qidalar cinsi həyata müsbət təsir edir. Sevişmədən öncə köp yaradan yeməklər yemək, soyuq içkilər içmək, dondurma yemək, cinsi istəyi azaldır. Yaxşı cinsi performans üçün nə çox tox, nə çox ac olun.

İdman. İdmanla məşğul olan fərdlər dinc və rahat olduqları üçün cinsi performansları da yaxşı olur. Ürək döyüntüsü və qan axını artdığı üçün cinsi istəyi də artar. Penis və vagina ətrafındakı pelvis damarları çalışdıran idman hərəkətləri sayəsində cinsi istəyi artıra bilərsiz. Siqaret və spirtli içkidən də uzaq durmaq lazımdır.


Şərhlər: 5
Baxılıb: 18285
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ece uslu
heleki bu haqda fikir bildire bilmerem
2 mart 2015 23:37
# 5
AYKA-ISI
tewekkurler yazilanlar haqda hecne deye bilmerem
2 mart 2015 19:47
# 4
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Tomris Müslümova
heleki nese deye bilmirem 09
2 mart 2015 12:05
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Hələ ki,bu haqda heç bir fikrim yoxdu..
2 mart 2015 11:25
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
isveç.de
Belə yazılanlara heç inanmıram. Özumə çox guvənirəm.

Belə yazılanlara heç inanmıram. Özumə çox guvənirəm.
2 mart 2015 04:10
# 1
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz