Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsi diksinmə pozuntusu nədir?
Cinsi diksinmə pozuntusu nədir?
Göndərən: NoName
Şərhlər: 14
Baxılıb: 1581
Səs ver:
Onların sevdikləri ilə problemləri yoxdur, sadəcə bəzi cinsi hərəkətlərdən, ya da bütünlüklə cinsəllikdən iyrənirlər.
Onlar kimdir? Hər 100 insandan bir, ya ikisi. Daha çox qadınlar, bəzən isə kişilər...
Qadınlar və daha az sayda olmaqla bəzi kişilər hər hansı cinsi yaxınlıq zamanı iyrənmədən bulantıya, qusmaqdan ürək getməyə qədər kəskin reaksiyalar göstərə bilirlər. Hətta bu davranışlar bütün cinsəlliyə qarşı da yaşana və cinsəllikdən qaçmaqla nəticələnə bilir. İşin qəribə tərəfi isə odur ki, bu insanların sevdikləri ilə heç bir problemi yoxdur. Çox sevirlər, ancaq sevişə bilmirlər. Onlara aşqdirlər, ancaq bu sevgilərini cinsəlliklə göstərə bilmirlər.
"Cinsi diksinmə pozuntusu” adlanan bu rahatsızlığın səbəbləri nələrdir və kimlərdə daha çox görülür?
 
Günah, ayıb kimi dəyərləndirmələr ortaya çıxır
Cinsi diksinmə pozuntusu insanın həmişə hər hansı bir cinsi hərəkətdən  iyrənməsi, diksinməsi və buna bağlı göstərdiyi reaksiyalarla ortaya çıxan cinsi funksiya pozulmaları olaraq bilinir.
İnsan öpüşmə, oral seks, cinsi orqanı görmə, toxunma, genetik ifrazatlar, birləşmə, ya da cinsi fəaliyyətin bütünlüklə hamısından diksinmiş olur. Pozuntunu yaşayan insan hər nə olur olsun bu diksindiyi şeylərlə qarşılaşdığında gərginlik, sıxıntı, bəzən öyümə, qusma, özünü pis hiss etmək, nadir hallarda ürək getmə yaşayır və cinsi münasibət yarımçıq qalır.
 
Bu halla bağlı cinsəllikdən qaçan insanın cinsi həyatı mənfi təsirlənir. Bu rahatsızlığın görülmə sıxlığı hər 100 insandan bir, ya ikisindədir. Əsas səbəbləri bilinməsə də, tez-tez "ayıb, günah , iyrənc bir şeydir”, - deyərək cinsəlliyi alçaldan valideynlər, böyüklər bu narahatlığı yaradan ilk səbəbkarlardır.
 
Təmizlik vəsvəsəsi olanlarda sıx görülür
Cinsi diksinmə pozuntusu olan insanları araşırdıqda bu insanların obsessiv şəxsiyyət pozuntusu və "təmizlik xəstəsi” olduqları görülmüşdü. Bundan başqa vaginizm də diksinməyə səbəb ola bilər.
 
Təcavüz, həmcinsə meyl də səbəb ola bilər
İnsanın uşaqlıq yaşında, ya da sonrakı dövrlərdə yaşadığı cinsi travmalar, təcavüzlər nəticəsində bu pozuntu yaşanır. Çox qadınlarda görünən bu hal kişilərdə də eyni səbəblərdən dolayı yaşana bilər. Homoseksual meyllilik də səbəb ola bilər. Həmcinsinə daha çox meyli olan şəxslər bunu qarşısındakına etiraf edə bilmir və özü də bunu qəbul edə bilmədiyindən özünü cinsəlliyə məcbur edir və nəticədə diksinmə yaşayır.
 
Cinsi diksinmə pozuntusunun müalicəsi 6 ay ilə 1-2 il arasında davam edir. Bu müalicədə  xəstənin partnyorunun da iştirak etməsi gərəklidir.


Şərhlər: 14
Baxılıb: 1581
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Insan sevmediyi insandan diksiner onunla olmaq istemez uzaq olsun.yoldasimin kiminlese oldugunu bilsem diksinrem ondan ozunede demisem.yoxsa bele problemim yoxdu niyede olmalidi.normal ailede bele problem olmaz.birde cavan qizlarin yasli kisiye getmeyini esidende onlarin yerine menim ureyim bulanirki nece opur o insani nece olur o insanla.uzaq olsun.

Sitat: Сладкий Ангел
me evli deyilem ama dogurdanda iyrenerem bele seylerden cunki cox vasvasi insanam yuxarida yazilanlar sanki menim beynimdeki sozlerdir 24


Subay olanda adama ele gelir aile quranda oyresirsen her sey ferqli olur.men qiz vaxti her seyden etim urpenirdi iyrenirdim cibimde sulu quru salfetle gezirdim her yeri silib sonra toxunurdum kimle gorusurdum tez uzumu silirdim .
27 yanvar 2015 02:27
# 14
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Sevdalinka
Mende cinsellikle elaqeli mundar fikirler formalawir bezen ama caliwiramki ohdesinden gelim biraz qariwiq movzudu
25 yanvar 2015 20:24
# 13
Сладкий Ангел
me evli deyilem ama dogurdanda iyrenerem bele seylerden cunki cox vasvasi insanam yuxarida yazilanlar sanki menim beynimdeki sozlerdir 24
25 yanvar 2015 19:35
# 12
.Bir gülüşüm var Sizlərə ömür...
ece uslu
en cox natemizliye gore ola biler
25 yanvar 2015 14:54
# 11
Tomris Müslümova
nese fikir diye bilmerem heleki....
25 yanvar 2015 13:18
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Gulu-Qezi
DUZDU YAZILANLARLA TAM RAZIYAM
25 yanvar 2015 12:42
# 9
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Melissa
en cox temizlik rol oynayir.. men ele dusunurem
25 yanvar 2015 12:08
# 8
Qlamurr
Yazıldığı kimi bu hal çox az insanda rast gəlinir,bu da yəqin qarşı tərəfin təmizliyə riayət etməməsilə ilə bağlıdı....psixolojo səbəblər də ola bilər....tşk....
25 yanvar 2015 12:02
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
BARBI
Bu haqda cox oxumusam cinsi istismara meruz qalmis insanlar daha cox yasayir bu problemi
25 yanvar 2015 10:40
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ismayilova ulker
Doğrusu belə bir prablem yoxdu amma məncə bu bir növ xəstəlikdi. Yada qarşındakı insan təmizliyə riayət etmir.
25 yanvar 2015 10:01
# 5
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
aziz a
He men heleki bele bir problem yasayan birini tanimiram ,amma dogurdanda pis bir seydi.....
25 yanvar 2015 08:45
# 4
Qelbim doludu !!!!
Nazan
Sitat: uliçka
Bu haqda hələki bir fikirim yoxdur təşəkkürlər

08
25 yanvar 2015 03:05
# 3
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
uliçka
Bu haqda hələki bir fikirim yoxdur təşəkkürlər
25 yanvar 2015 01:53
# 2
Həyat kino kimidir,ən marağlı anında bitir
sona
Bu haqda hec bir wey deye bilmerem heleki)) ama mence ele her weyden diksinme cox vaxt natemizliye gore ola bilir
25 yanvar 2015 01:47
# 1
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz