Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həftədə 3 dəfə sekslə məşğul olan qadınlar gözəlləşir
Həftədə 3 dəfə sekslə məşğul olan qadınlar gözəlləşir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9659
Səs ver:
Təkcə kremdən istifadə, masaj və idman sayəsində gözəl qalmağın mümkün olduğunu düşünürsünüzsə, yanılırsınız. Belə ki, qadınların sekslə məşğul olaraq gözəlləşdikləri artıq təsdiq olunub. Araşdırmalar göstərir ki, cinsi həyatından məmnun olan və uzun illər sekslə məşğul olan qadınlar daha gənc və gözəl qalırlar. Seks zamanı qan dövranı sürətlənir, bədən əzələləri hərəkətə gəlib məşq edir. Həftədə 3 dəfə sekslə məşğul olan qadınlar ən az 10 yaş daha gənc və gözəl görünürlər.

Aktiv cinsi həyatın beyin üçün də faydaları çoxdur. Belə ki, seks zamanı beyin normadan daha çox işləyir. Həmçinin sekslə birlikdə başağrısı, stres kimi problemlər də aradan qalxır. Qısası, həm gənc və gözəl qalmaq, həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər sekslə məşğul olmağı məsləhət görürlər.

Təbii makiyaj təsiri: Cinsi yaxınlıq ən təbii makiyaji hesab olunur. Gündə 15 dəqiqə sekslə məşğul olmaq dodaqlarınızın qızarmasına, yanaqlarınızın təbii rənginə qovuşmasına və cildinizin parlamasına kömək edəcək. Seks zamanı həyəcanlanma əsnasında genişlənən damarlar selikli qişaya təsir edərək dəriyə uzun müddətli qırmızılıq və işıltı verir. Cinsi yaxınlıq qan damarlarını sürətləndirdiyi üçün saçlara da faydası var. Bunun sayəsində saçlarınız təbii görünüşünə qayıdacaq.
 
Qırışları yox edir: Həkimlərin fikrincə, dəridə yaranmış qırışların çoxu problemlər və narahatçılq üzündən yaranır. Kremlərdən nə qədər istifadə etsəniz də, narahatçılığınızdan azad olmayacaqsınız. Cinsi yaxınlıq zamanı nəfəsalma əsnasında əldə etdiyiniz rahatlıq çox önəm daşıyır və seks 20 dəqiqə davam etsə də belə, qazandığınız rahatlıq günboyu sizi tərk etmir.

Seks gözəlləşdirir:
Normal cinsi həyat qadını gözəlləşdirir. Seksdən əvvəl və sonra qadın vücudu bol miqdarda estrogen ifraz edir. Bu hormonun sayəsində saçlar daha parlaq görünür və tez uzanır. Bundan başqa, dəri hüceyrələri daha çox nəm qazanır. Hüceyrələr yenilənir, dəri elastik və yumşaq olur. Üzdəki kiçik qırışlar estrogen sayəsində düzəlir, eləcə də sellülitin yaranmasının qarşısını alır.

Seks gəncləşdirir: Ehtiraslı öpüş 34 əzələnin işləməsi deməkdir. Seks zamanı isə qarın, ayaq və arxa nahiyənin əzələləri çalışır. Anti-yaşlanma üçün idmanın faydalı olduğunu düşünürsünüzsə, o zaman seks ən yaxşı idmandır. Seksin faydalı təsiri sayəsində ruh da gənc qalır. Seks zamanı damarlar genişlənir, bunun nəticəsində, ürək xəstəlikləri ilə qarşılaşmaq ehtimalı azalır.
 
Seks immun sistemini gücləndirir:
Aparılan araşdırmalara görə, həftədə bir və ya iki dəfə sekslə məşğul olmaq immunitet sistemi üzərində 30% nisbətində artırıcı təsir edir. Normal şəkildə vaxtlı vaxtında cinsi yaxınlıq infarkt, xərçəng və depressiyanın riskini azaltdır. Nəticədə, siz xəstəliklərə qalib gəlirsiniz.

Seks mükəmməl ağrı kəsicidir: Seks zamanı ifraz olunan endorfin hormonu beyindəki ağrı mərkəzinə təsir edir. Sevişmə zamanı əzələlərin hərəkəti sayəsində qan dövranı güclənir, bu da bir çox ağrının kəsməsinə kömək edir. Başa düşdüyünüz qədər, seksdən qaçmaq üçün "başım ağrıyır” bəhanəsinə ehtiyac yoxdur.

Seks arıqladır: İdeal çəkini qorumaq üçün seks ən yaxşı vasitədir. Hər sevişmədə bədən 500 -1000 kalori yandırır. Təbii ki, yandırdığınız kalorinin miqdarı seks formalarından asılıdır. Məsələn "qaşıq” pozası zamanı təxminən 27 kalori, missioner pozasında 40 kalori, suda sevişən zaman təxminən 50 kalori yandıraraq kilo verilir. Bu pozaların hamısının edilməsi isə daha çox kalori verməyiniz deməkdir.

Xoşbəxtlik hormonu ifraz olunur:
Araşdırmalara görə, seks zamanı yaşanılan məmmuniyyət hissi təqribən 24 saat davam edir. Tez-tez sekslə məşğul olan insanlar daha səmimi olurlar, depressiyaya düşmək ehtimalları daha az olur. Seks əsnasında qan təzyiqinin artması, əzələlərin işləməsi və xoşbəxtlik hormonunun həddindən artıq dərəcədə ifraz olunması qalıcı gözəllikdə əhəmiyyətli faktorlar arasındadır. Həftədə 3 dəfə seks edən qadınlar, ən az 10 yaş daha gənc və gözəl görünürlər!

Stressdən azad edir: Normal cinsi həyatın, beyin üçün də faydası böyük. Bunun səbəbi isə beynin cinsi əlaqə əsnasında normaldan çox daha çox işləməsi olmasıdır. Üstəlik, sekslə birlikdə başağrısı, stress kimi problemlər də sona çatır. Qısası, həm gənc və gözəl qalmaq həm də sağlamlığınızı qorumaq üçün mütəxəssislər seksi təklif edir.

Nizamsız cinsi həyat yuxu probleminə gətirib çıxarır:
Amerikalı alimlərinin apardığı araşdırmad  nizamlı cinsi həyatları olan və ya idman edən kəslərin yuxu problemləri ilə çox daha az qarşılaşdığı məlum olub. Tucson Universiteti mütəxəssisləri tərəfindən aparılan araşdırmada normal cinsi həyatı olan kəslərin, cinsi həyatı problemli olanlara görə, daha az yuxu problemiylə qarşılaşdığı bildirilib. Mütəxəssislər bu vəziyyətin idman etməklə əlaqəsi tapıldığını, "seksin də bir növ idman" olduğunu ifadə ediblər. 


Şərhlər:
Baxılıb: 9659
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz