Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların və qızların cinsi həyat haqqında bilgiləri
Qadınların və qızların cinsi həyat haqqında bilgiləri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4538
Səs ver:
Qadınların orgazmla əlaqədar problemləri kişilərə görə niyə daha çox olduğunu heç düşündünüzmü?

Niyə qadın bu mövzudan özünü qaçırdır və cinsi həyatı bir vəzifə kimi icra edir?

Niyə cinsi həyat pis və çirkli bir şeymiş kimi, ya da yalnız  kişilər üçün icad edilmiş bir ehtiyacmış kimi qəbul edilir?

Qadınlar "cinsi həyat olmasa da olar, hətta daha yaxşı olar, mən heç düşkün deyiləm cinsi həyata" kimi hekayələrə inanır. Gerçəkləri qəbul etsələr  nələr olar görəsən?

Özünə edilən haqsızlığın hesabını soruşarmı görəsən həyatdan?

Bu ölkədə bir qadın dünyaya gəldiyində necə yetişdiriləcəyi müəyyəndir. İctimai gözləmələr, ailə gözləmələrinin önündədir hər vaxt.

Cinsi bir varlıq deyilmiş kimi, cinsi həyatı yoxmuş kimi  sayılaraq böyüdülər.

Evdə daha çox zaman keçirər, körpələrlə oynayar, çəhrayı geyər, şirin və dinc olması yönündə tərbiyə olunar  və dinc olduğu və "bəli"dediyi üçün mükafatlandırılar, tərs vəziyyətlərdə cəzalandırılar.

Bədəninə aid olan və çox əhəmiyyətli vəzifələri olan vagina, qız uşağına "pepi", "kukuş", "ora" kimi sevimli, ya da bədənindən ayrı bir yermiş kimi adlandırılar. Özündən, bədənindən cinsi həyatdan xəbərsiz böyüdülən qız uşaqları bunu heç vaxt sorğulamaz ,üzərində əksəriyyətlə düşünməzlər. Bunu eləcə olduğu kimi normal qəbul edərlər.

Yetkinlik yaşında isə adət qanı və ağrısıyla tanış olduqlarında isə çox narahatlıq keçirərlər.


Əgər marağına məğlub olub ailəsinə, əksəriyyətlə anasına cinsi həyatla  əlaqədar sual soruşsa aldığı  cavab "evlənincə həyat yoldaşından öyrənərsən, nə edəcəksən indi bunu, maraq yaxşı deyil, insanın başına nə gəlirsə maraqdan gəlir..." kimi başdan edilən cümlələrlə mövzunun kişilərin hakimiyyətində olduğunu qəbul edər.

Kişilər cinsi həyatdan  az məlumatlı, amma çox əlaqədar olduğu üçün də  həyat yoldaşından cinsi həyatı öyrənməyi gözləyən bir qadın əksəriyyətlə xəyal qırıqlığına uğraya bilir. Çünki kişi də qadından yatağında  çox rahat və hər istəniləni edə bilən bir qadın olmasını gözləyər. Öz bədənini tanımayan, həzz nöqtələrindən xəbərsiz   bir qadın üçün isə bu  mümkün deyil.

Fizioloji olaraq heç bir maneə yoxdur, hər qadın orgazm ola bilər. Yetər ki, özünü, bədənini tanısın, uşaqlıqdan etibarən cinsi həyatla məlumatlı  yetişdirilmiş olsun və  həyat yoldaşıyla tam uyğun bir əlaqələri olsun.


Şərhlər:
Baxılıb: 4538
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz