Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ailə həyatında intimdən zövq almanın 9 qızıl qanunu
Ailə həyatında intimdən zövq almanın 9 qızıl qanunu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5322
Səs ver:
Seksuallığın ən sıx yaşandığı yaşlar 20 ilə 40 yaş arasıdır. Ancaq bəziləri vücudlarıiyla barışıb, seksual  fantaziyalarını inkişaf etdirə bilsələr, bu yaş aralığı genişlənər və tərəflər həyatları boyunca cinsi həyatlarını davam etdirə bilərlər.
Yaş artdıqca və ya uzun ailə birliliyində cinsi istəkdə azalma, kişilərdə ereksiya və boşalma problemləri, qadınlarda vaginal quruluq (yetərli islanmama) problemləri meydana gələ bilər. Bu kimi faktorları aradan götürmək üçün ailədə   cütlərin bir-birləriylə yaxınlaşma tərzi, cinsi istək və  arzularını qoruması, vücud dəyişikləri ilə barışması, fantaziyalarını inkişaf etdirə bilməsi, cinsi seçimlərinə baxa bilmələri  kimi vacib xüsusiyyətlər çox önəmlidir.

1- Seksuallığın bədən görünüşü ilə heç bir əlaqəsi yoxdur.
Mükəmməl olmayan bədənlər də seksdən zövq alar və tərəf müqabilinə zövq verər. Burada tərəflərin qarşılıqlı olaraq dürüst və hörmətli olmaları, cinsiliyi bu şəkildə yaşamaları əhəmiyyətlidir.
Bir-birinə qarşı seksual meyli gücləndirən faktorlar tərəflərin qarşılıqlı istəyi, bir-birinə icazə və güzəştə getmək bacarığı, cinsi əlaqədə doğru məlumatlara malik olmaları, bir-birindən  kifayət qədər zövq ala bilmək hisslərini formalaşdıra bilmələridir.

2- Əylənmək də seksuallığın bir parçasıdır.
Tərəflərin seksual istəklərinin  azad olması, fantaziyalar qurması, dürüstlük və hörmət çərçivəsində zövq aldığı şeyləri partnyoruna  təqdim etməsi, cinsi istəyi bir hədiyyə hesab etməsi və hər kəsin zövq almağa haqqı olduğunu qəbul etməsi ilə cinsi həyatlarını rəngarəng edə bilməsi çox əhəmiyyətlidir.

3- Seksdə sıxlıq əhəmiyyətli deyil.
Evli bir cütün seks etmə istəkləri adamına görə  tam  dəyişən fərqli bir vəziyyətdir. Heç bir cüt seks etmə aralığı az və ya çox  deyərək alçaldılmamalıdır. Ancaq davamlı  evliliklər zamanla formalaşan periodik bir aralıqla  yaşarlar.  Xüsusilə qarşılıqlı münasibətdə  cinsi istəyi  qorumaq  baxımından periodik aralığın  əhəmiyyəti var.

4- Seksdə çəkingənliyə yer yoxdur
Seksuallığın  qorxuducu çəkingənliklə  deyil, səmimi və açıq olaraq danışılması xoşbəxt bir cinsi həyat üçün bir lazımlılıqdır. Cütlər bir-birinə xoşlandığı şeyləri söyləyə bilməli, özünü seks əsnasında yaxşı və rahat hiss etməli, seksuallığın bir "performans nümayişi" və ya "normal" olması lazım olduğunu düşünməməlidir. Bu da ancaq danışaraq mümkündür.

5- Uşaqlı ailələrdə seks bitməz
Unutmayın  ki, uşaq sahibi olmaq sizin  cinsi ehtiyaclarınıza təsir etməməlidir. Cütlər gündəlik həyatlarına görə seks üçün  ayıracaqları zamanı seçməli və bu zaman ərzində xüsusilə bir-birlərinə konsentrasiya olmalıdırlar.
6- İqtidarsızlıq(cinsi potensiyanın zəifləməsi)  problemi, tamamilə başınızda yaratdığınız bir problem deyil.
Son 25 ildə cinsi potensiyanın zəifləməsi  problemlərinin tibbi bir vəziyyətdən qaynaqlandığı məlum olmuşdur.  İqtidarsızlıq  probleminin əksəriyyətlə psixoloji bir istiqaməti olsa da (depressiya, narahatlıq və stressin rolu ola bilər), hər vaxt fiziki bir səbəbi də vardır.

7- İqtidarsızlıq  problemi yalnız yaşlı kişilərdə görülməz
Bu vəziyyət 40 yaşdakı kişilərdə daha sıx görülməklə birlikdə, hər yaşdakı kişidə meydana gələ bilər. Araşdırmada 40 ilə 70 yaş arasındakı kişilərin təxminən yarısının zaman - zaman potensiyanın zəifləməsi problemi  yaşadığı məlum olmuşdur. Bu problemin nisbəti yaşla birlikdə artsa da, tək başına yaşlanma da əsas  bir səbəb kimi göstərilir.

8- Cinsi əlaqə üçün çox yaşlı deyilsiniz.
Bütün yaşlardakı cütlər cinsi əlaqəylə əlaqədardır. Cinsi həyat, sağlam bir əlaqənin əhəmiyyətli bir parçasıdır. Həqiqətən də edilən bir çox araşdırmada aktiv cinsi həyat yaşlanmaya baxmayaraq, evliliyin  çox təbii bir hissəsi olduğu göstərilmişdir.

9- Cüt, qarşılıqlı cazibədarlığını itirmiş olsa belə bunu təkrar əldə edə bilər.
Əhəmiyyətli olan bunu hansı nöqtədə itirdikləri mövzusudur.
Cütlər bir-birlərinə qarşı cazibədarlıqlarını bu nöqtələrdə itirərlər:
Seks əsnasında istəksiz olmaqdan, anormal olmaqdan çəkinsələr, sekslə əlaqədar nöqtələri partnyorlarıyla danışa bilməzlərsə, seks haqqında hiss etdiklərini sözlərlə ifadə edə bilməzlərsə.
Seks əsnasında və ya sonrasında partnyorunu qucaqlamaqla yaxın hiss etmək, bir-birinə toxunaraq həyəcanlandırmağı bacarmaq,   fantaziya və arzularlarını bölüşmək və kişi-qadın bədənini xarakterlərini qiymətləndirməklə bədənsəl  uyğunlaşma və qarşılıqlı cazibədarlıq təkrar davamlı bir seks həyatı əldə  etməyə imkan verə bilər.


Şərhlər:
Baxılıb: 5322
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz