Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu masajlar onu başdan çıxaracaq
Bu masajlar onu başdan çıxaracaq
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 30731
Səs ver:
Bir-birinizə masaj etmək sevgilinizlə aranızda xüsusi bir əlaqə qurulmasını təmin edər. Ayrıca sizi gündəlik həyatın stressindən uzaqlaşdırar. Müvəffəqiyyətli bir masajın sirlərini maraqlanırsınızsa, mövzunun mütəxəssislərinin təklif etdikləri texnikalara bir nəzər salın.

GƏRGİNLİK AZALDICI MASAJ

Toxunma strategiyası:

Sürətli hərəkətlər əzələləri xəbərdar edər və maddələr mübadiləsini hərəkətə keçirər. Beləliklə sevgiliniz, enerjili hiss edəcək.

Masaj yağı:

Masajda istifadə ediləcək limon və sitrus meyvələri esansları insanın ruh halını bir anda dəyişdirə biləcək bir quruluşa malikdir. Bu hərəkətləri yoxlayın:

• Yoldaşınızın başına masaj edərək oyandırın. Baş dərisində bir çox sinir ucu var. Bu sinir uclarını xəbərdar etmək onun canlanmasını təmin edər. Kresloda oturun və sevgilinizin qıçlarınızın arasında yerə oturmasını təmin edin. Barmaq uclarınızla təpə nöqtəsindən boyuna doğru ovun. Bu hərəkəti bir neçə dəfə təkrar etdikdən sonra barmaqlarınızı daha geniş bir bucaqla başında gəzdirin.

• Daha təsirli bir canlanma təsiri üçün ondan qarınının üzərinə yatmasını istəyin. Ardından kürəyinə yüngül zərbələrlə toxunmağa başlayın, əvvəlcə onurğasında aşağı yuxarı irəliləyin. Daha sonra eyni hərəkəti kürəyinin sağ və sol bölgələrinə tətbiq edin. Ovuc içlərinizlə basdıraraq gərginliyini azaldın. Beləcə günə ağrısız başlamasını təmin edə bilərsiniz.

YUXU MASAJI

Toxunma strategiyası:

Müəyyən bir bölgəyə tətbiq edəcəyiniz təzyiq, günün bütün stressi və yorğunluğunu üzərindən atmasını təmin edər.

Masaj yağı:

Lavanta yağı tam bir yuxu dərmanı təsiri yaradar. Tətbiq edəcəyiniz yağ sevgilinizin asanca yuxu rejiminə girməsini təmin edər. Bu hərəkətləri yoxlayın:

• Gün içərisində saatlarla qaçdıqdan sonra ayaqlarınızdakı əzələlər yaxşıca gərilər. Sevgilinizdən baş barmaqlarının ucuyla ayağınızın üzərinə bir neçə saniyə basdırıb buraxmasını istəyin. Ardından əlinizə istiqamətləndirərək işarə barmağınızla baş barmağınız arasında qalan ətli bölgəni ovmasını təmin edin. Bu nöqtəyə tətbiq olunan təzyiq bütün bədənin rahatlamasını təmin edər. Sonra eyni hərəkətləri siz də ona tətbiq edin.

• Yatmadan əvvəl etməniz lazım olan bir hərəkət daha var; onu arxa üstə yatırdın, gözlərini bağlamasını söyləyin və örtünü belinə qədər çəkin. Yataqda sevgilinizin yanına oturun və  laqeydlik edilən sinə bölgəsinə masaj edin. Əllərinizi, barmaqlarınız onun çiyinlərinə baxacaq şəkildə sinə əzələlərinə düz olaraq yerləşdirin və sonra kiçik yumru hərəkətlərlə yüngülcə basdırın. Üzərinə yerləşdirdiyiniz örtü, belinin altında qalan bölgəni istilədərkən, sizin tətbiq etdiyiniz bu masaj texnikası gövdəsinə gedən qan axışını hərəkətə keçirər. Bu birləşmə onun yuxuya getməsini asanlaşdırar.

ÖNSEVİŞME MASAJI

Toxunma strategiyası:

Uzun və  yox sayılacaq təmaslar bədəndəki sinirləri xəbərdar edərək şirin - şirin ürpərmənizi və birlikdə kefli saatlar keçirmənizi təmin edər.

 Masaj yağı:

Araşdırmalara görə xiyar qoxusu cinsi impulsları hərəkətə keçirərək erojen bölgələrdəki qan axışını sürətləndirir.

Bu hərəkətləri yoxlayın:

• Yoldaşınızdan yatağa arxa üstə uzanmasını istəyin. Ovuclarınızı basdıraraq yan-yana qoyun və ayaq biləklərindən baldırlarının iç qisiminə qədər uzun və yüngül toxunuşlar tətbiq edin! Ardından onu üzüstə və eyni toxunuşları qıçının arxasından ombasının alt qisiminə qədər təkrarlayın. Bu təmaslar qan axışının qasıqlarına doğru sürətlənməsini təmin edər və onu təhrik edər.

• Qarınınızın üzərinə doğru uzanın və barmaq ucları ilə bədəninizin yan qisimlərinə nəzakətlicə toxunmasını təmin edin. Qol altlarınızdan başlayaraq ombalarınıza qədər uzanan bu erotik toxunuşlar sayəsində bütün bədəninizə zövq siqnalları göndərə biləcəksiniz.


Şərhlər:
Baxılıb: 30731
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz