Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Qadın qonaqlıqda gözəlçə, yataqda isə fahişə olmalıdı”
“Qadın qonaqlıqda gözəlçə, yataqda isə fahişə olmalıdı”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7362
Səs ver:
Döşləri Maşaya hokkeydə necə üstünlük qazandırıb?

Bir neçə gündən sonra Soçidə Qış Olimpiya Oyunları başlayacaq. Dünyanın diqqətinin çevriləcəyi bu nəhəng idman bayramında minlərlə atlet çıxış edəcəklər. Özü də onların çoxu zərif cinsin nümayəndələri olacaq. İçərilərində də yetərincə gözəl qızlar da var. Ancaq təəssüf ki, birini görə bilməyəcəyik. Hokkey üzrə idman ustası, Rusiya yığmasının heyətində gənclər arasında üç dünya çempioantının iştirakçısı, yetərincə yaxşı idmançı olan Mariya Bukşevannaya məhz Olimpiada ərəfəsində idmanla vidalaşıb. Təəssüf… Özü də bu təəssüfün iki tərəfi var. Əvvəla yaxşı idmançını izləyə bilməyəcəyik, digər tərəfdən isə çox gözəl bir qıza baxmaq şansımız olmayacaq. Ancaq onun gözəlliyini izləmək üçün son imkanı bizə kişi jurnallarından biri verib. Ora müsahibə verən Maşa həm xeyli maraqlı suallara cavab verib, həm də hərarətli, qaynar şəkillər çəkdirib.

Ümumiyyətlə, hokkeyə necə gəldin? Axı bu kişi idman növüdü…

Əvvəlcə kiçik qardaşım oynamağa başladı. Ancaq sonra atam hesabladı ki, qadın hokkeyi də Olimpiya idman növləri sırasındadı. Üstəlik, burda rəqabət də zəifdi. Bu isə o demək idi ki, mən daha tez uğur qazana bilərəm. Amma Moskvada qadın komandalarıyla bağlı böyük problemlər vardı və bu səbəbdən də atam məni qardaşımla birlikdə kişi komandasında oynamağa göndərdi. Belə bütün karyeramı oğlanlarla birlikdə keçirdim. Paralel olaraq Moskva və Rusiyanın qadınlardan ibarət yığmasında çıxış edirdim.

Qaydalar qızlarla oğlanların birlikdə oynamasına icazə verirmi? Verirsə, niyə heç bir böyük çempionatda onları bir yerdə görməmişik?

Qaydalar buna gənclər səviyyəsində imkan verir. Ancaq peşəkar karyera başlayanda qadınlar məhz qadın komandalarına gedirlər. Çünki fiziki cəhətdən kişilərdən zəifdilər.

Necə yəni zəifdilər? Siz ki mağazalardan o ağırlıqda çantalar daşıyırsız, dəmiryolu relsləri düzürsüz, uşaq dünyaya gətirirsiz…

- Hə, bu da var. Ancaq hokkeyin öz qanunları var.

Köhnə bir sovet filmi vardı: "Pələnglər” buz üzərində”. Orda əkiz bacısı arada qardaşının yerinə hokkey oynayırdı, heç kim də bunu bilmirdi. Sən də belə etmisən?

Yox, heç vaxt. Birincisi, qardaşım məndən üç yaş kiçikdi. İkincisi də ki, mənim həmişə uzun saçlarım olub və onları şlemin altından o dəqiqə görmək mümkündü.

Bəs bu ağırlıqda məşqlərə necə dözürdün? Çətin idi, yəqin..

- Hə, qaçmağa, tullanmağa, "jim eləməyə” məcbur edirdilər.

Bir saniyə! Sənin döşlərin var axı… Mane olmurdu sənə?

- Əksinə. Onların hesabına lap döşəməyə qədər enməmək icazəm vardı və bu da işimi yüngülləşdirirdi.

Bəs hokkeyçilərin hansı əzələləri daha çox inkişaf edir?

- Ayaqlar və sağrılar.

Bəs davalar? Onlarsız hokkey hokkey deyil…

- Əvvəllər klyuşka ilə dalaşırdım. Sonra başa saldılar ki, belə olmaz.

Qız olduğuna görə səni daha tez-tez vururdular, yoxsa əksinə?

- Müxtəlif cür olurdu. Hər şey daxili mədəniyyətdən asılı olurdu. Tərbiyəli oğlanlar var və onlar özlərini yaxşı aparırlar. Ancaq başdanxarabın birisidisə, o öz hisslərini belə yumruqlarıya ifadə edir. Bir şey də var ki, qardaşım mənimlə birlikdə oynayırdı. Gərək olanda o da mənə kömək edirdi.

Bəs o qədər oğlanın olduğu komanda ilə eyni paltardəyişmə otağında necə olurdun?

- 9-10 yaşa qədər belə problem yox idi. Bir az böyüyəndən sonra isə paltarlarımı dəyişmək üçün hamama gedirdim. Ancaq oranın qapısı heç vaxt bağlanmırdı. Ona görə də oğlanlar istədikləri vaxt girə bilərdilər.

Bəs bu qədər oğlan sənin gözünün qabağında soyunanda özünü normal hiss edirdin?

- Nə var e, orda, hər şey normaldı… Üstəlik, mənim həmişə öz oğlanım orda olurdu. Odu ki, digərlərini "nəzərdən keçirməyə” ehtiyacım olmurdu.

İndi də qadın komandalarından danış. Başqalarından fərqlənmək üçün qızlar hansı vasitələrə əl atırlar? Axı hamının forması eynidi, digərlərindən daha dəbli görünmək çətindi…

- Gözlərini, dodaqlarını, bəzən klyuşkalarını boyayırlar. Çəhrayı əlcəklər belə geyinirlər arada. Çoxları konkilərin stəkanlarını rəngləyirlər. Məsələn, məndə dünya çempionatlarından birində stəkan ölkə bayrağımızın rənginə boyanmışdı. Stəkan – konkinin aşağısındakı, ağ rəngdə olan, lezvanın birləşdirildiyi hissədi.

Bəs sənin ayağında nə yazılıb?

- Latınca "Xoşbəxt olamq üçün yaşamaq”.

Olimpiadada çıxış edəcəksən?

- Yox, mən hokkeydən doymuşam. Mən qarşımda konkret vəzifələr qoymuşdum: 9 yaşdan 19-a qədər hokkey oynayıram, sonra isə başqa peşəyə yiyələnirəm. Peşəkar idmandan getmək qərarına gəlmişəm, çünki o, sağlamlığa çox mənfi təsir edir. Düzdü, o qədər ciddi zədələrim olmayıb. Ancaq keçid yaşlarımda bütün hokkeyçilərdə olduğu kimi, diz və əzələlərdə problemlərim yaşanmışdı.

Bəs indi kim olacaqsan?

- İnstitutda jurnalist-aparıcılıqda oxuyuram. Odu ki, sizin həmkarlarınızdan biri məni hər hansı telekanala təcrübə keçməyə dəvət etsə, çox şad olaram.

Şəxsi həyatın nə yerdədi?

- Yaxşı. Sevgilim var, o da hokkeyçidi.Yaxşı, bəs 10 il hokkeylə məşğul olmuş qız yataqda hansı bacarıqlarıyla öyünə bilər?

- Mazoxist deyilsənsə, heç biriylə. Qadın mətbəxdə sahibə, qonaqlıqda gözəlçə, yataqda isə fahişə olmalıdı. Hokkey haqda orda heç nə yazılmayıb. Odu ki, hokkey yalnız buz üzərində qalır.



Şərhlər:
Baxılıb: 7362
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz