Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Seks haqqında bunları bilmirsiniz
Seks haqqında bunları bilmirsiniz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5571
Səs ver:

Nə qədər çox danışılan mövzu olsa da, bu barədə mütəxəssis fikri ilə insanlar arasında yayılan şayiə arasında kifayət qədər uyğunsuzluq var. İndi sizinlə peşəkar psixoloq və seksoloqların cinsi münasibət haqqında fikirlərini bölüşmək istəyirik. Əminik ki, aşağıdakı faktları oxuyarkən siz də "mən bunun əksini eşitmişdim”, "axı, mənə belə deməmişdilər” deyəcəksiniz.

 

1. Seksin insan vücuduna müsbət təsir göstərdiyi hər kəsə məlumdur. O, sağlamlıq baxımından xeyirlidir, amma xəbəriniz olsun ki, xəstə olduğunuz zaman yaşadığınız cinsi münasibət sizin sağlamlığınıza müsbət yox, mənfi yöndə təsir göstərəcək. Əslində ciddi əhəmiyyət verməsəniz də, qrip və bu kimi keçici xəstəliklərə yoluxduğunuz halda, cinsi əlaqə ilə məşğul olmaq bu xəstəliyin daha da sürətlə yayılmasına şərait yaradır. Buna görə də xəstə olduğunuz zaman sekslə məşğul olmamağınız sağlamlığınız üçün daha məsləhətlidir.

 

2. "Evliliyə hazır olmaq üçün mütləq evlilikdən öncə cinsi əlaqədə olmaq lazımdır”. Bu fikri irəli sürən insan çox güman ki, şəxsi düşüncələrini, istəklərini əsas götürür. Çünki, sözügedən fikrin həqiqətlə heç bir əlaqəsi yoxdur. Evlilikdən öncə cinsi əlaqənin münasibətə müsbət təsir göstərməsi, bunun evliliyə hazırlıq mərhələsi hesab edilməsi tamamilə yalnış fikirdir. Doğru olan özünüzü hazır hiss etdiyiniz zaman cinsi həyat yaşamağa başlamağınızdır.

 

3. "Seks sevginin tək sübutudur”. Təəssüflər olsun ki, bu fikri əldə bayraq kimi saxlayanlar çoxdur. Əgər sevdiyiniz insan ona olan sevginizi cinsi əlaqə ilə sübut etməyinizi istəyir, hətta bunu istəmədiyiniz halda israrlı davranırsa… təəssüflər olsun ki, yalnış insana rast gəlmisiniz. Bu zaman yeganə çıxış yolu nə qədər çətin olsa da, ondan uzaqlaşmaqdır.

 

4. Kiminləsə cinsi münasibətdə olmaq heç də o demək deyil ki, tərəf müqabiliniz sizi həmişə sevəcək. Çox vaxt deyirlər ki, seks sona çatmaq üzrə olan münasibətlərin ömrünü uzadır. Diqqət edin "Ömrünün uzadır”. Bu heç də sonsuzadək davam etməsinə kömək edir demək deyil. Unutmayın ki, uzunömürlü münasibət üçün yalnız seks kifayət deyil. Mükəmməl cinsi həyatları olmasına baxmayaraq, ayrılan, boşanan cütlüklər kifayət qədərdir.

 

5. Növbəti bir yalnış fikir daha: "Seks olmadan yaşamaq olmaz”. Bu, bəlkə də seks haqqında söylənilən ən böyük yalandır. Hər bir şəxsin belə tələbatı olsa da, seks olmadan da yaşamaq mümkündür. Həyatının sonuna qədər subay yaşayan 1000-lərlə, bəlkə də daha çox insan var. Yəqin ki, siz də heç olmasa bir nəfər belə insan tanıyırsınız.



Şərhlər:
Baxılıb: 5571
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz