Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişiləri seksdə nə həyəcanlandırır?
Kişiləri seksdə nə həyəcanlandırır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 15609
Səs ver:

Seksdə sevgilinizi məmnun etmək çox vacibdir.


Seks həyatınızın daha maraqlı olmağını və onu məmnun etmək istəyirsinizsə, seks qaydalarını yaxşı bilməlisiniz.


Alt geyimlərinin gücü – Rəngli alt geyimləri kişiləri çox həyəcanlandırır. Fərlqi şeylər sınaqdan keçirməyə çəkinməməlisiniz.


Tələsən tərsə düşər – Tələsməyin, paltarlarınızı soyunmaq üçün hələ vaxt var. Ehtirası artırmaq üçün əvvəlcə bir-birinizi hiss etməlisiniz. Belədə daha çox əylənəcəksiniz.


Pis fikirlərdən uzaq olun – Rahat olun, sekslə məşğul olmaq istədiyiniz üçün utanmayın. Sevdiyiniz adamı istəməyinizdən daha normal bir şey ola bilməz. Bunu ona hiss etdirin.


Vücudunuza diqqət edin – Özünüzə fikir verin. Sevişərkən ağrı hiss etdiyiniz, yaxud heç bir şey hiss etmədiyiniz nöqtələr varsa, ginekoloqa gedin.


Razı qaldığınızı bildirin – Xoşunuza gələn hər hansı şeyi ona deməkdən utanmayın. Sizin nəyin xoşunuza gəldiyini və gəlmədiyini bildikdən sonra sizinlə necə davranmalı oldunuğu bilmək onun üçün daha asan olacaq.


Çox seksual geyinməyin – Pis qızlar kimi geyinmək hər zaman kömək etmir. Özünüz olun, təbiilik hə zaman qazanır. Həm də kişilərin çoxu sadə şort və dağınıq saçların hündürdaban və qısa ətəkdən daha seksual olduğunu zənn edir.


Yox de – Etiraz etmək haqqınız olduğunu unutmayın. İstəmədiyiniz şeyləri etmək məcburiyyətində deyilsiniz. Seks sizin üçün əziyyətə çevrilməməlidir. Yox deməyi bacarmalısınız!


Əhvalınızı qaldırın – Güzgüyə baxıb əhvalınızı qaldırın. Əhvalınızı özünüzdən başqa heç kim qaldıra bilməz.


Açıq danışın! – Kişilər ağlınızı oxuya bilməzlər. Utancaqlığı bir kənara atıb nə istədiyini açıq deyin. Bu, bir-birinizi tanımaqda da sizə yardım edəcək. Eyni zamanda yaxşı vaxt keçirməyinizə yardım edəcək.


Xoşlandığınız şeylərdən vaz keçməyin – Başqalarının nə düşündüyü önəmli deyil. Hər kəs eyni şeylərdən, eyni zövqü ala bilməz. Sevdiyiniz şeylər üçün utanmaq lazımsızdır.



Şərhlər:
Baxılıb: 15609
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz