Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xərçəngin müalicəsində seksin FAYDALARI
Xərçəngin müalicəsində seksin FAYDALARI
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3692
Səs ver:

Hazırda geniş yayılmış xərçəng  xəstəliyi  qadın və kişinin cinsi münasibətlərinə həm fiziki, həm də psixoloji cəhətdən təsirlər göstərir. Seks zamanı bu kimi problemlərlə qarşılaşan cütlüklər həkim, psixoloq və onlarla eyni cür problemləri yaşayan digər cütlüklərlə bu haqda danışmaqla həll yolu tapa bilərlər.

 

Türkiyə mətbuatına istinadən məlumatına görə, xərçəng xəstəliyinə yoluxmuş insanlarda seksə olan marağın azalması psixoloji hal kimi qiymətləndirilir. Fiziki cəhətdən bəyənilməz halda olduğu üçün xəstəliyin daşıyıcısı olan tərəf seksə marağını itirir. Xəstəliyin müalicəsi zamanı çəki itirmə, saçların tökülməsi, əməliyyat nəticəsində qadınların döşlərinin kəsilməsi, necə olacaq deyə fikir etmək, depressiya yaşamaq insanda cinsi istəksizliyə səbəb olur. Eyni zamanda xəstəlik zamanı yaşanan halsızlıq, ishal, qəbizlik, yorğunluq, ürək bulanması, qadınlarda süd vəzin, kişilərdə prostat vəzin əməliyyatından sonra hormonların azalması da cinsi istəksizliyə səbəb olan amillərdəndir.

 

Qadın xəstəlikləri və doğuş üzrə mütəxəssis Qönçə Saraç deyir ki, xəstəlik zamanı cinsi münasibətdə olarkən kişilər ən çox ereksiya problemləri, qadınlar isə ağrı ilə qarşılaşırlar. Kişilərin cinsi istəyinə təsir edən xəstəliklərə sidik kisəsi, prostat, düz bağırsaq xərçəngi daxildir. Özəlliklə prostat xərçənginin əməliyyatı zamanı genetik sinirlərin zərər görməsi kişilərdə cinsi zəifliyə səbəb olur .

 

Həkim Saraç xəstəliyin cinsi həyata göstərdiyi təsiri azaltmaq üçün bəzi məsləhətlər verib: "Müəyyən olunmuşdu ki, xəstəliyin müalicəsi zamanı cinsi yaxınlıq etmənin heç bir zərəri yoxdur, əksinə, sevgilə yaşanan hər bir cinsi yaxınlıq xəstənin əhvalının yüksək olmasına kömək edir. Xəstə kimyaterapiya müalicəsi gördükdə infeksiyadan qorunmaq üçün cinsi yaxınlıqdan uzaq olmalıdır. Xəstə olan qadın xəstəlik zamanı hamilə qalmamaq üçün həkimin məsləhətlərinə əməl etməlidir. Müalicə zamanı qadının hüceyrələrinin zərər görməməsi və müalicədən sonra hamilə qala bilməsi üçün müalicədən əvvəl sperma və yumurtalıqlar dondurulmalıdır".

 



Şərhlər:
Baxılıb: 3692
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz