Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevişin, rahat yatın!
Sevişin, rahat yatın!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1862
Səs ver:

http://imgs.su/tmp/1315723007-656.jpg

Yatağa pijama ilə girmək məsləhətdir

Mükəmməl gecə yuxusu sağlam həyatın təminatıdır. Əgər keyfiyyətli, vaxtı-vaxtında və kifayət qədər yatırsınızsa, daha az xəstələcəksiniz.
Yaxşı yuxu insanın ömrünün uzanması deməkdir.

Yuxu həyati ehtiyacdır
Kifayət qədər yatmaq immun sistemini gücləndirir, orqanizmin yenilənməsinə və yaxşılaşmasına kömək edir.

Yuxusuz gecələr artdıqca insan özünü yaxşı hiss etmir. İnsanın səhhəti qaydasında olmur. Qısacası, yuxu bir lüks deyil, sadəcə, həyati bir ehtiyacdır. Olmazsa, olmaz. Gündə 3-4 saat yatmaqla bütün günü işləmək sizi yarı yolda qoya bilər.
Yuxu ruhi perfonmansa da təsir edir. Konsantrasiya olmaq, xatırlamaq, öyrənmək, problem həll etmək bacarığı və yaradıcılıqla yuxunun keyfiyyəti arasında bir əlaqə var.
İnsan ömrünün hardasa 1/3-ni, 25-30 ilini yuxuda keçirir.
Sağlam bir gün yaşamaq üçün normal yatmaq lazımdır.

Təkcə kifayət qədər yox, həm də keyfiyyətli yuxu lazımdır. Məsələn, nə qədər yeməyinizlə bərabər, nə yeməyiniz də önəmlidirsə, nə qədər yatdığınızla bərabər necə yatdığınız da vacibdir.
Hər gün eyni saatda yatmaya bilərsiniz. Amma mümkün qədər eyni vaxtda yatağa girmək lazımdır. 6-8 saatlıq yuxu vaxtının əksiklərini hər zaman ödəmək olar. Amma çalışmaq lazımdır ki, belə xətalara az yol verəsiniz.
"Səhər yorğunluğu" çox yayılmış problemdir

Günə istəksiz, kefsiz, enerjisiz başlamaq, yataqdan qalxmaqda çətinlik çəkmək və durduqdan sonra da özünüzə gələ bilməmək problemi tez-tez başınıza gələ bilər.
Səhər dan yeri sökülməmiş yuxudan durmaq depressiyaya işarədir.
Səhər çox erkən saatlarda, hətta gecə yarısı oyanıb sonra yenidən yata bilməmək xüsusilə orta yaşlardan sonra sıx rast gəlinən problemdir.
Bunun da səbəbi depressiya ola bilər. Depressiya sadəcə, gecə yuxuya getməyi zorlaşdırmaz, həm də səhər tez qaxlmağa da səbəb ola bilər.

Yuxusuzlar üçün pəhriz

Gecələr içkidən və kofeindən uzaq durum. Kofe, çay, kofeinli enerji içkilərini gecələr içməyin.

Adamı köpdürən yeməklərdən qaçın.
Gec saatlarda yemək yeməyin.
Axşam yeməklərində ədviyyatlı yeməklərdən, qazlı sulardan, pivədən, konservlərdən və Çin mətbəxindən uzaq durun.
Qəbizliyinizi mütləq müalicə etdirin.
Axşam yeməklərini yüngül yeyin. Ağır axşam yeməkləri ürək döyüntüsünün artması, gəyirmə kimi problemlərə səbəb olur.
Axşam yeməklərində şirniyyat da yeməyin. Xüsusilə, yatmazdan qabaq isti içkilərlə şirniyyat yeməyin.

Rahat yatmaq üçün aşağıdakı məsləhətətlərə əməl edin
Əsəbini, hiddətinizi işdə qoyub, evə iş gətirməyin.
Axşam saatlarını mümkün olduqca ailənizlə və evinizdə keçirin. Dostlarınızı qonaq çağırın, istirahət edin.
Adamı rahatsız edən, qorxulu filmlərdən və ya gec saatlara qədər davam edən tok-şoulara baxmayın.
Siqareti azaldın. Heç olmasa axşam saatlarına çəkməyin. Nikotin yuxunu qaçırdır.

Yatmazdan qabaq bir bardaq su için. Gecə bir bardaq su da yanınızda saxlayın.
Yataq otağını, mümkündürsə, sadəcə, yatmaq üçün istifadə edin. Yataq otağı iş yeri deyil, mətbəxdə də deyil, orda yemək yeməyin. Yataq otağı zal da deyil, orda televizora baxmayın. Yataq otağında sadəcə yatın.
Ağrılarınız varsa, keçmədən yatmayın. Yuxunun qaçmasına səbəb ola bilər.

Gərginsinizsə yatağa girməyin. Duş qəbul etmək ya da masaj sizi rahat edə bilər.

Qəbul etdiyiniz dərmanların yuxunuza təsir etmədiyindən əmin olun. Bəzi dərmanlar yuxu qaçırda bilər.

Yüngülvari idman edin
Yataq otağınızın işıqlandırılmasına fikir verin. Ifrat dərəcədə işıqlandırılmadığına fikir verin.

Yataq otağındakı saatları gizlədin.
Yerinizin içində çabalamayın. Yuxunuz gələnə qədər bir şeylr oxuyun.
Yatağınızın və yastıqlarınızın rahat olduğundan əmin olun.
Yataq otağınızından elektronik cihazları və mobil telefonları uzaq tutun.
Pərdələrinizi bağlı saxlayın.
Yuxusuzluq problemi yaşayırısınızsa gündüz yatmayın.
Yataq otağının tepmeraturu 20-22 dərəcə olmalıdır.
Yatarkən pijama geyinin.
Yanınızdakı adam xoruldayırsa, qulaq tıxayıcıdan istifadə edin.
Düzənli və eyni saatlarda yatmaq proqramını qoruyun.
Sakitləşmək üçün vaxt ayırın: yatmazdan bir neçə saat öncə kitab oxumaq, sakitləşdirici filmləri izləmək, musiqi dinləmək sizi rahatladar.

Cinsi fəaliyyət yaxşı yatmağa köməkçi ola bilər.



Şərhlər:
Baxılıb: 1862
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz