Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bölmə: Maraqlı SEVGI VƏ EHTIRAS ARASINDAKI FƏRQ
Bölmə: Maraqlı   SEVGI VƏ EHTIRAS ARASINDAKI FƏRQ
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5051
Səs ver:

 

http://imgs.su/tmp/1315380839-656.jpg

Bəziləri üçün sevgi və ehtirasın heç bir fərqi yoxdur. Bəziləri, onları dəyişik salmağın nə qədər təhlükəli olduğunu bilmədən onları bir-birindən ayıra bilmir, qarışdırır. Ehtiras hiss edərək, bunun sevgi olduğunu düşünürlər. Bu da yavaş-yavaş məhv edir insanı. Çünki idarəolunmayan ehtiras insanı uda bilər. Buna görə insanlar ağlını itirir, bəzən məhv olurlar.
Bir psixoloqun lüğətində SEVGİ - səmimi məhəbbətin, bağlılığın, fədakarlığın möhkəm olduğu güclü hissdir. EHTİRAS isə odlu-alovlu arzudur. Bu ziddiyyət bu hissləri bir-birindən ayırmağa kömək edir.
Sevgi yaxınlığa əsaslanır, ehtiras isə ancaq arzulamağa.
Bəzən onları ayırmaq çətin olur, çünki ehtiras sevginin olduğu yerdə də olur.

Əgər 2 nəfərin arasında SEVGİ varsa, onların hər biri o birisinin xoşbəxtliyi və arzularına dəyər verir, bu onunçün vacib olur. Bəzən sevgi özünü müxtəlif cür göstərir: işdə boş olan vaxtlarını ona həsr etmək, hərəkətlər və sözlərlə bildirmək


Sevənlər o birinin hisslərini nəzərə alaraq, bir-birinə qarşı həssas, ciddi davranırlar. Hər biri sevdiyini özündən daha yüksəyə qoyur. Belə münasibətlərdə onlar qarşılıqlı sevgiyə və hörmətə əsaslanaraq boş vaxtlarını birlikdə keçirirlər. Hər bir hərəkət gözdən keçirilir və sevdiyinin fikrini, hisslərini nəzərə almaqla xüsusi ehtiyatlılıqla seçilir.
Fikir ayrılığı olanda hər ikisi danışıb, razılığa gəlməyə və ya ümumi qərar verməyə çalışırlar.
Sevgiyə əsaslanan münasibətlər uzunmüddətli olur. Çünki sevginin olmağı hər ikisinə, aralarında yaranan çətinliklərdən keçməyə və problemləri həll etməyə imkan verir. Diqqət və qayğı hər ikisinə zamanın sınağına dözməyə kömək edir.

EHTİRAS həmişə neqativ effekt yaratmır. Amma onlar SEVGİdəki qədər inamlı və pozitiv ola bilməz. SEVGİdəki kimi EHTİRAS da insanların münasibətlərinə, hərəkətlərinə və sözlərinə təsir edir.
SEVGİ və EHTİRAS arasındakı ilk fərq - SEVGİdə hər ikisi bir-birinin xoşbəxtliyini özününkündən yuxarı qoyur, EHTİRASda isə hər ikisi öz arzularına çatmağa çalışır, onları birinci və əsas yerə qoyur.
EHTİRAS üzərində qurulmuş münasibətlərdəki dərin eqoistlik (özünü düşünmək) bütün hərəkətlərə və münasibətlərə bütövlükdə təsir edir (bir də baxırsan ki, qarşındakının sözü-söhbəti ancaq özüdü, sən nə onun beynində, nə arzularında, nə planlarında, nə də həyatında yoxsan)
Esil sevgi olanda hər ikisi güzəştə gedir, elə qərar vermək istəyir ki, hər ikisi xoşbəxt olsun. Ehtirasa əsaslanan münasibətdə isə hər ikisi öz arzularına çatmağa meylli olurlar, heç vaxt fikirləşmirlər ki, "belə olsa o da xoşbəxt olacaq?"
Ehtirasa əsaslanan münasibətlər çox çəkmir. Çünki belə münasibət ancaq arzulara və ehtirasın özünə əsaslanır. Məqsədə çatandan sonra ehtiras sönür, o insan da daha arzulanan olmur. Ehtiras öləndən sonra o biri hisslər də yox olur.
Ehtirasa əsaslanan münasibətdə eqoistlik və hörmətin olmaması münasibətin qısa və söz-söhbətli olmasına səbəb olur.
SEVGİ EHTİRASın içində (sərhədlərində) yaşaya bilməz! Amma EHTİRAS çox tez-tez SEVGİnin içində olur.
Ehtiras özündə sevgini yaşada bilmir. Çünki Ehtirasda olan eqoistlik buna imkan vermir. (bir insan ancaq özünü düşünürsə, başqasını necə sevə bilər? Sevsə də bu əslində ehtiras olacaq, sevgi yox)
Amma ehtirasın olması sevgiyə əsaslanan münasibətlərdə ona daha yaxın olmaq arzusunundan yaranır. Ehtiras Sevgini ötüb keçmirsə, hər ikisinin bir-birinə daha çox bağlanmasına səbəb ola bilər.

Unutmayaq ki, SEVGİ üzərində qurulan münasibətlər fədakarlıq və qayğıya əsaslanır, EHTİRAS üzərində qurulan münasibət isə diqqətsizlik, laqeydlik, eqoistliyə
Amma SEVGİ ilə EHTİRASı bir-birinə qarşı qoymaq mümkün deyil, sadəcə münasibətlərinizdə hansının daha çox olduğunu bilin.



Şərhlər:
Baxılıb: 5051
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz