Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tarixdə qadının cinsi ehtiyaclarını dilə gətirməsi…
Tarixdə qadının cinsi ehtiyaclarını dilə gətirməsi…
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2649
Səs ver:

Qadının cinsi ehtiyaclarını dilə gətirməsi hələ də ayıb sayılır.

İnsanlıq tarixi yalnız böyük döyüşlərdən və icadlardan ibarət deyil, eşq və cinsəlliyin də tarixi vardır. Baxmayaraq ki, hələ dünyanın bir çox ölkəsində, qadının cinsi ehtiyaclarını dilə gətirməsi ayıb qəbul edilir …

Halbuki bundan 937 il əvvəl, Normandiyalı qadınlar kralın hüzurunda belə cinsi tələblərini dilə gətirdilər. O dövrdə kişilər, ömürlərinin böyük hissəsini döyüş meydanlarında keçirərkən, qadına düşən evdə oturmaq və fürsət tapdıqca hamilə qaldığı uşaqlara baxmaqdan ibarət idi. Bu vəziyyətlə barışmayan qadınlar zaman-zaman kral sarayı qarşısında "biz ərlərimizi istəyirik” tələbi ilə üsyan edirdilər.

Qədim dünyada

Yonulmuş daş dövründə kişi ovlayır, qadın bitki toplar və ovları bişirərdi. Buzlaq çağının sonunda, əkinçilik və heyvandarlıq ovçuluğa yerini ötürməyə başladı. Sürətlə çoxalan insan birlikləri oymaqlar meydana gətirdi. Xüsusi mülkiyyətin ortaya çıxmasıyla birlikdə suverenlik kişinin əlinə keçdi.

Lakin qadın, ictimai və dini həyatda əhəmiyyətli bir yerə sahib idi. Evlilik zadəganların haqqı idi. İrsin qorunması üçün ailə içi evliliklərə icazə verilirdi.

Babil

Qadınlar kişilər qədər olmasa da, cəmiyyətdə əhəmiyyətli rollara sahib ola bilirdilər. E.ə 2000-ci ildə Kral Hammurapi 64ü ailəylə əlaqədar 252 maddəlik qanun çıxardı. Bu qanuna görə boşanmada qadın və kişi bərabər haqqlara sahib idi.

İsrail: Musadan əvvəl yaxın qohum evliliyi sərbəst idi, daha sonra qadağan edildi.

Qədim Yunanıstan: Evlilik iqtisadi və ictimai bir ortaqlıq olaraq görülürdü. Kişi bu ortaqlığın mütləq sahibi idi. Dəyişik cinsi meyllər açıqca dilə getirilirdiu. Qadın və kişi homoseksuallığı normal qarşılanırdı.

Roma: Evlilik əhəmiyyətli bir ictimai təşkilat sayılırdı. Fahişəlik geniş yayılmış və normal qarşılanan, əyləncəli bir peşə halını almışdı. Sədaqətsizlik üst siniflər arasında məşhur idi.

Xristianlıq sonrası: Xristianlıq cinsi mövzularda Yəhudilikdən və Köhnə Yunan sivilizasiyasından izlər daşımaqdadır. Yunanıstanda Eros cismani eşqi, Agape isə ruhi eşqi təmsil edirdi. Bu ayrı-seçkilik xristianlıqda davam etmiş, ancaq fiziki eşq kiçik hesab edilər və psilənərək, ruhi eşq ucaldılardı.

19-cu əsr sonunda Freudun cinsiliyi fərqli şəkildə yenidən gündəmə gətirən yazıları və 20-ci əsr başında Kinseyin işləri Victoria dövrünün "Yaxşı qadın cinsi istəkləri olmayan qadındır” düşüncəsini sarsıtdı. Ardından gələn II. Dünya Döyüşü bütün dünyanı olduğu kimi anlayışları və dəyərləri də yıxdı; kökdən dəyişdirdi. 1960-cı və 70-ci illərin cinsi inqilab hərəkətlərinə zəmin hazırladı.

1902-ci illər isə AIDSin də köməyiylə, cinsi inqilabın sürətinin kəsildiyi və ailə təşkilatının yenidən gücləndiyi illər oldu.

Oğuzlar, Osmanlılar, Türklər: Köçəri Oğuzlarda qadın kişisiylə eyni səviyyədə idi. O qəbilənin rəhbərliyində rol alar, istehsaldan payını ala bilərdi.

Osmanlı dönemində isə iki fərqli qadın tipi ortaya çıxdı. Anadoludakı kəndli qadın istehsalçı şəxsiyyətiylə ev içindəki gücünü qoruyurdu. Paytaxt İstanbuldaysa kişinin çox yoldaşlılığı daha məşhur bir hal almış və qadını Hərəmə qapatmışdı. Lakin Türkiyədə Cumhuriyətlə birlikdə qadının cəmiyyətdəki yeri dəyişdi, kişisi ilə bərabər deyilsə belə ona daha yaxın bir ictimai güc qazandı.



Şərhlər:
Baxılıb: 2649
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz