Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə cinsi əlaqə ilə məşğul oluruq?
Niyə cinsi əlaqə ilə məşğul oluruq?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 12079
Səs ver:

Cinsi Sağlamlıq İnstitutu mütəxəssisləri insanların niyə sekslə məşğul olduqlarına dair araşdırma aparıblar.

İnsan doğumundan etibarən cinsi bir varlıqdır və yaradılışı ilə əlaqədar olaraq da cinsəlliyi yaşamaq istəyir. Bir başqasıyla cinsəlliyi paylaşmanın ən sevgi dolu proseduru sekslə məşğul olmaqdır.

Yaxşı, bəs görəsən seksin məqsədləri nələrdir? Seksin zövq almaqdan başqa bir məqsədi vardırmı?

Cinsəllik və seks fərqli anlayışlardır!

Cəmiyyətimizdə cinsəllik və seks anlayışlarının bir-birinə qarışdırılır. Halbuki cinsəllik; psixoloji, fizioloji və sosioloji istiqamətləri olan çox ölçülü bir anlayışdır. Adamın cinsiyyəti, səs tonu, geyimi, saç şəkli, gedişi, oturuş şəkli, cinsi şəxsiyyəti cinsəlliyinin bir parçasıdır. Seks isə; bir-birini sevən iki insan arasında yaşanan bir hərəkətdir; bura toxunma, öpüşmə, sevişmə kimi hərəkətlər daxildir; sevginin və zövqün, ruhun və bədənin paylaşmasıdır.

Qadınların seksdən zövq alması ayıb sayılır..

Qədim dövrlərdə seks yalnız artım məqsədli bir hərəkət olaraq görülərdi. Zövq almaq, xüsusilə də qadınların seksdən zövq alması qadağan edilmişdi və xoş qarşılanmazdı. Bu vəziyyət ölkəmizdə də bəzi bölgələrdə hələ indi də öz qüvvəsini saxlamaqdadır.

Tarix boyunca seksin tabu olduğu, yalnız müəyyən bir zümrənin etməyə haqqı olan bir hərəkət olaraq görüldüyü dövrlər olduğu kimi, azadlıqların sərhədsiz yaşandığı və hər cür cinsi hərəkətin sərbəst olduğu dövrlər və cəmiyyətlər də mövcud olub. İndiki vaxtda seksin artım məqsədi ikinci planda olub, ən əhəmiyyətli məqsədi zövq almaq halına gəlib.

Seks yalnız zövq almaq və zövq vermək üçün edilən bir hərəkət olaraq anlaşılsa da əslində şüur altında bundan daha çoxu vardır. İnsanlar fərqli psixoloji ehtiyaclarından ötəri də sekslə məşğul ola bilərlər. Qarşı cins tərəfindən bəyənilmək, arzulanmaq, seçim edilmək adamın içində var olan etibarsızlıq və dəyərsizlik duyğularını təmin etməsinə köməkçi ola bilər.

Adam qadınlığını və ya kişiliyin sübut etmək üçün seksual bir vasitə olaraq istifadə edə bilər. Bundan əlavə, bəziləri keçmişdə yaşanılan mənfi bir təcrübənin intiqamını başqa kəslərlə seks edərək ala bilər.

Bunların xaricində seksin digər məqsədləri arasında, yaxınlıq ehtiyacı, qarşımızdakı insanı yaxından tanımaq, yeni həyəcanlar dadmaq, birini xoşbəxt etmək ya da mükafatlandırmağı də saya bilərik.



Şərhlər:
Baxılıb: 12079
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz