Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
intim müəllimim olmadan yatağa girmərəm
intim müəllimim olmadan yatağa girmərəm
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 4711
Səs ver:
Çox ehtiraslı bir sevişmənin ortasındasınız. Tam bu sırada, otağının bir küncündən "İndi bir az daha yumşaq toxunmağın lazımdır" cümləsi gəlir. intim müəllimi Eric Amaranth, yataq otağınızda. Son dövrdə xüsusilə ABŞ da sayları artan intim müəllimlərindən biri o. İşini cinsi həyatınızın tam ortasında edir. Necəmi? Amaranth izah edir.
intim müəllimliyi necə bir iş? Tam olaraq nə edirsiniz?
intim söz mövzusu olunca, kimsə, başqa birinə kömək edə bilmir. Bəli, psixoloqlar, psixiatrlar var amma onlar yalnız intim edə bilməyən ya da çətinlik çəkən, patoloji səbəblərlə problem/yaşayan xəstələrə baxır. Təhsilləri, fiziki və ya zehni həzzi artırmağa istiqamətli deyil. intim müəlliminin məqsədi isə tam olaraq bu: Həzzi artırmaq. Daha çox, bir boks məşqçisinin şagirdinə necə boks ediləcəyini öyrətməsinə bənzəyir.
Yaxşı, necə tətbiq edirsiniz? Hansı üsullardan istifadə edirsiniz?
Əvvəlcə 30 dəqiqəlik ön görüşmələr edirəm. Xəstələrin problemlərinə görə, bəzilərini psixoloqlara və ya normal intim terapistlerine istiqamətləndirə bilirəm. Məsələn qətiliklə intim asılıları və cinsi istismara uğradığı üçün problem yaşayanlarla işləmirəm. Çünki bu mövzuda təhsil almadım. Amma gələn adamın intim həyatında daha məlumatlı, daha doyurucu bir yoldaş ola bilmək üçün köməyə ehtiyacı olduğunu görsəm, dövrəyə girirəm. Mənim işim burada başlayır.
Sizi necə tapırlar?
Mənə gələn müştərilərim, ümumiyyətlə internet səhifəm üzərindən çatır.
Skype üzərindən intim
Seansları harada edirsiniz?
Əgər mənim də yaşadığım New Yorkdalarsa, onların evində və ya əvvəldən qərarlaşdırdığımız bir otel otağında təşkil edirəm. Başqa bir yerdələrsə, Skype vasitəsilə edirəm.
Praktikada bunu necə tətbiq edirsiniz? Cütlər sevişərkən onların yanındamı olursunuz?
Seanslarımın çoxu Skype proqramı üzərindən reallaşır. Dünyanın dörd bir tərəfindən mənə müraciət edən xəstələr olur. Üz-üzə olmaqla eyni. Cütlərlə yaşadıqları problemləri danışarkən, tətbiqli olaraq nələr etmələri ya da etməmələri lazım olduğunu, daha yaxşı necə ola biləcəklərini göstərirəm.
"BİR KƏNARDA OTURURAM"
Rəhbər yoldaşlığında girdiyiniz seanslar da olur. O zaman fiziki tətbiqlərlə, toxunaraqmı öyrədirsiniz?
Cütlərə toxunmağa ehtiyacım yoxdur. Otağının bir küncündə üzərimdə paltarlar varkən yalnız izləyirəm. Nə öyrətdiyimi göstərmək və nə haqqında danışdığımı bilmələri üçün intim oyuncaqları və modellər istifadə edirəm. Cütlər mənə sual soruşmaları lazım olan qisimə gələnə qədər sınaq edir. Sualları olduğu zaman cavablayıram və qaldıqları yerdən davam edirlər. Etdikləri şey doğrudursa, bir kənarda oturub işlərini bitirmələrini gözləyirəm.
Etdiyiniz rentgençilik deyilmi? 
1800-cü illərdə yaşamırıq. Artıq bu cür mövzularda ünsiyyətə keçdiyimiz daha çox məcra var. İnternetdə, qarşımızda bəziləri sevişərkən izləyə bilirik. Ayrıca hər kəs rəhbərli seans almaq məcburiyyətində deyil. Bu cür seansları, özlərini hazır hiss edənlərlə təşkil edirəm.
Bir-birini kəşf etmək
Müştərilərinizin köməyə ehtiyacı olduğunu haradan anlayırsınız?
Müştərilərim, mükəmməl intim təriflərini izah edir. Bu təriflərdə, cəmiyyətin söykədiyi, "Yaxşı intim belə olmalı" normalarına rast gəlirəmsə, cütlərin cinsi baxımdan özlərini və bir-birlərini hələ kəşf edə bilmədiklərini anlayıram. Bəzi cütlərin mükəmməl intimualın varlığından belə xəbərləri yox. Ümumiyyətlə, "Partnerim, bədəninin harandan daha çox zövq alır, heç bilmirəm" cümləsiylə qarşılaşıram. İnsanların problemləri; intim haqqında çox daraldılmış bir dünyagörüşünə sahib olmalarıdır. Amma onlara intimdə daha bir çox şey göstərdiyiniz zaman -ki mənim etdiyim şey bu qapını aralamaq- gerçək intimlə tanış olmuş olurlar.
intim müəlliminə ehtiyacımızın olması üçün yataqda pismi olmamız lazımdır?
Təbii ki xeyr. Dediyim kimi, bəziləri intim həyatlarından zövq almır və ya özlərindən məmnun olmur, amma bəziləri də daha çox şey öyrənmək üçün gəlir. Daha detallı, daha kompleks, praktik tələb edən möcüzəvi məlumatlar öyrənirlər. Etmək istədiyim, insanlara əvvəl öz bədənlərini, daha sonra yoldaşlarının bədənlərini tanımada köməkçi olmaq.
"NƏLƏRLƏ QARŞILAŞACAQLARINI MARAQLANIRLAR"
İlk seansdan sonra necə reaksiyalar alırsınız?
Bir seansda belə öyrəndikləri, qatılanları çox xoşbəxt edir. Hələ başlanğıc olduğunu anladıqlarında, bundan sonra nələrlə qarşılaşacaqlarını maraqlanırlar. Onlara heç fərq etmədikləri bir qapı aralayıram.
Öyrətdiklərinizdən, uzun davamlı əlaqəsi olanlarmı daha çox faydalanır?
Qətiliklə xeyr. Məndən hər cür əlaqəyə görə yüzlərlə faydalı məlumat öyrənə bilərsiniz. Başlanğıc səviyyəsində, müştərilərim intimual necə daha yaxşı edə biləcəkləri haqqında məlumat sahibi olur. Bu qədər az məlumatın belə intim həyatlarında meydana gətirdiyi dəyişməni görənlər, mükəmmələ çatmaq üçün mənə təkrar gəlir.
"Tapşırıqlarını etməyənlər məşğul edir"
Neçə müştəriniz var?
Dünyanın dörd bir tərəfindən təxminən 200 müştərim var. Bunların arasında ər-arvad, qadın və subay kişi müştərilərin yanında eynicinsəl cütlər də iştirak edir.
Sizi məcbur edən müştəriləriniz varmı? 
Verdiyim tapşırıqları etməyən müştərilər məni bir az məcbur edir. Evdə bəzi mövzularda praktik etmələrini istəyirəm. Bunu etmədiklərində heç bir irəliləmə yaza bilmirik.
Gərgin olanları necə sakitləşdirirsiniz?
Problemlərini baş edə biləcəkləri ən kiçik parçaya qədər ayırırıq. Əvvəl kiçik problemlərlə işə qoyulmasını, sonra bunları həll etdikcə, digərlərinə irəliləməyə başlamasını istəyirəm.
Yaxşı, üzərində bu qədər düşündüyümüz zaman, intim cadusunu itirməzmi? 
İnsanların faydalana biləcəyi iki növ intim var. Birincisi duyğuların olduğu, ikincisi içinə tətbiqin girdiyi intim. Nümunə vermək lazım olsa, yoldaşının sənə oral intim etməsini istəyərsən, amma necə ediləcəyini bilmədiyi üçün bu mövzuda çox pisdir. Bunun romantik olaraq yaxşı olmasını gözləyə bilməzsən, çünki əvvəl necə edilməsi lazım olduğunu ‘praktikada' öyrənməsi lazımdır. Duyğu, işin içinə sonra girər.
intimualın şifrələri
Çox qadının problemi orgazm ola bilməmək. 
Onlara nə təklif edirsiniz?
Qadınların çətin orgazm olmasının səbəbi, partnerleri ilə aralarındakı nevroloji əlaqə əsnasında qopması. Orgazmın reallaşması üçün bu əlaqənin qüvvətli olması lazımdır. Qadınlar üçün bu asan deyil. Amma dini inancları icazə verirsə, bu təcrübəni evdə mastürbasyon edərək qazana bilərlər.
Əlaqədə bir tərəf yoldaşından təmin ola bilmirsə, nə etməli?
İlk etmələri lazım olan, bu mövzuda danışmaq və problemləri olduğunu qəbul etmək. Sonra bir intim məllimi tapmalarını təklif edərəm. Çünki bu, hədəfə çatdıracaq ən sürətli yol. intim kitabları da oxuya bilərlər. Başlanğıc olaraq faydalıdır amma suallarınızı cavablamaz, problemlərinizi sizin bədəninizə görə fərdiləşdirməz. intim oyuncaqları da yaxşı bir alternativdir. İnsan bədəninin öz-özünə təmin edə bilməyəcəyi zövqləri, bu oyuncaqlar verər,əlaqə əsnasında həzzi iki qat artırar. Həm oyuncaqlı həm də oyuncaqsız intimual birləşdirə bilərsiniz. Bu sizə fərqli alternativlər təqdim edərkən, etdiyiniz şeydən sıxılmamanızı təmin edər.
Sağlam bir intim həyatı üçün, olmazsa olmazlar varmı? 
Əlaqələrdə eşq mütləq olmalı. Amma cinsi bacarıqlar mövzusunda təchizatınız olsa, əlaqəniz gözəlləşər. Öz əlaqəmdən də, müştəriləriminkindən də gördüyüm bu: Yaxşı bir intim həyatınız varsa, əlaqədə də bir-birinizə qarşı daha səbirli olursunuz. Fiziki səviyyədə bir-birinizə yaşatdığınız mükəmməl həzz, sizə yoldaşınızın corablarını yerdə buraxdığını da unutdurar.
Eric Amaranth kimdir?
Əslində bir psixoloq. 
Lisansını, ABŞın Virginia əyalətindəki William və Marry Universitetinin Psixologiya Hissəsində etmiş. Məzun olduqdan sonra, intim üzərinə işə qərar vermiş. İndi 82 yaşında olan, intimolog Betty Dodsondan xüsusi təhsil almış, 10 il birlikdə işləmişlər. 36 yaşındakı intim müəllimi Amaranth özünü, intim terapistlerinden akademik məlumatlar yerinə praktik tətbiqlərə ağırlıq verən tərziylə ayırır. İstəyənlərə dini mövzularda da məlumat verir, əlaqələrə dair ağıllardakı fərqli məsələlərə də həll çıxarır. Bu vaxt sevgilisiylə xoşbəxt bir əlaqəsi var. Amarantha görə, intim müəllimi kimi işləməsindən narahat deyil; "Hər vaxt intim haqqında açıq fikirli və daha rahat danışa bilən qadınları cazibədar tapmışım. Sevgilim də onlardan biri" deyir.
Kimlər gəlir?
- intim həyatı pis olduğu üçün boşanmanın qapısında olan cütlər
- Boşalma və erekte olmağı idarə altında tutmaq istəyən kişilər
- Əlaqəyə girməkdən qorxan və bu qorxularını məğlub etməyə çalışanlar
- İlk orgazmlarını yaşamaq istəyən qadınlar
- Rol etməkdən sıxılıb, gerçək intimual axtaranlar
- Yataqda daha məlumatlı olmaq istəyənlər 
Tərcümə etdi:Aytən Mələk


Şərhlər:
Baxılıb: 4711
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz