Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
intim vaxtı həssas olan 6 nöqtə
intim vaxtı həssas olan 6 nöqtə
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 23009
Səs ver:
Yatağa girmədən əvvəl bir-birinizi həyəcanlandırmaq üçün həmişə eyni, təkrarlanan şeylərimi edirsiniz? intim mütəxəssisi Bendiri Buckley, hər ön sevişmədə bir-birinizə eyni şəkildə toxunmanın, bir müddət sonra bədəninizin bu toxunuşlara qarşı hissiyatını itirdiyinə səbəb olduğunu deyir. Sizə intim əsnasında ən həssas olan bölgələri təqdim edirik.

Dodaqların ətrafındakı bölgə

Öpüşməyi bildiyinizdən əminik. Ancaq böyük ehtimalla ağızınızın ətrafındakı həssas sinir uclarından xəbəriniz yoxdur. intim mütəxəssisi Rachael Rossa görə, bu bölgə təmasa qarşı fövqəladə həssasdır, ancaq çox insan dodağın özünə daha çox əhəmiyyət göstərdiyi üçün bu nöqtə geri planda qala bilir.

Çənə və çiyinlərin arası

Çənə qisiminizlə çiyinləriniz arasında qalan bütün bölgə erogen olmasıyla məşhurdur. Ancaq bu bölgədə önə çıxan bir nöqtə var ki tüklərinizi tikan tikan edə bilər! Boyun yaxa qisimi ilə birləşdiyi yerdə olan bu kiçik çuxurun dəris(n)i daha incədir və altında sıx miqdarda yağ toxuması olmur. Bu səbəblə bu bölgədə olan sinir ucları olduqca qüvvətlidir. Bir başqa deyimlə, bu bölgəyə edilən kiçicik bir təmas belə özünüzü möcüzə hiss etmənizi təmin edər.

Bədənin yan qisimi

Döş qəfəsinin alt qisimindən başlayaraq ombalara qədər enən bu güclü sinir ucları, doğrudan cinsi orqana bağlıdır. Bu bölgəyə edilən təmas, həm qadın. həm də kişilərdə pelvik əzələlərin sıxılmasına və həyəcanın artmasına səbəb olar. Digər nöqtələrdən daha həssas olduğu üçün, bu bölgəylə daha çox maraqlanmalısınız. Sağ və ya sol sinə qəfəsinin altından başlayaraq bu bölgəyə toxuna bilər, normalda tətbiq etdiyiniz təzyiqdən daha qüvvətli bir şəkildə öpərək aşağıya enə bilərsiniz.

Kürəyin alt qisimi

Onurğanın ən alt qisimində olan bölgə, son dərəcə həssas sinirlərlə doludur. Bu vəziyyətdən faydalanmaq üçün bir-birinizə masaj etmənizi tövsiyə edirik. Masaja kürək sümüklərindən başlayın. Kürəyin alt qisimində dokunuşlarınızı bir az daha yumşaldın. Bu bölgənin hissləri o qədər qüvvətlidir ki, ən yumşaq təmas belə bütün bədənin diksinməsinə səbəb ola bilər. Yanağınızı bu bölgə üzərinə yüngülcə basdırmaq da yaxşı bir fikir ola bilər. Gözlənilməyən bədən təması yoldaşınızın həyəcanlanaraq daha çox dopamin hormonu ifraz etməsinə səbəb olar.

Ombalar

Bədəndə olan ən həssas sinirlərdən bəziləri də ombaların iç qisimində olur. Bu bölgə toxunmağa qarşı olduqca həssasdır. Barmaqlarınızı, partnyorunuzun ombasının iç qisimindən başlayaraq yavaşca yuxarı doğru gəzdirin və yüngülcə oxşayın.
Bu bölgədəki dəri son dərəcə həssas olduğu üçün hərəkətlərinizə sevgilinizin verəcəyi reaksiyaları son dərəcə dəqiq şəkildə görə bilərsiniz. Əgər sizdən qaçar kimi hərəkətlər edirsə, bu, orada olan sinirləri təsir etdiyiniz mənasını verər.


Şərhlər:
Baxılıb: 23009
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz