Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevgililərin Bal Ayı
Sevgililərin Bal Ayı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2642
Səs ver:
 

 


Bal Ayı

Nikahdan sonrakı birinci ay bal ayı adlanır. Bu müddət sevgi, məhəbbət, münasibətlərdə xüsusi incəliyə, xasiyyətlərin bir-birinə uyğunlaşdırılmasına, yəni həyat tərzinin yaradılmasına, valideyn və dostlarla münasibətlərin dəyişməsinə həsr olunur. Ailə həyatı gənc ər-arvadın hər ikisinə yeni, bu günə qədər onların qarşısında durmayan tələblər qoyur. Əlbəttə, bu tələblər getdikcə daha ağır, daha sərt olacaqdır. Bal ayı həm də ər-arvadın bir-birinə adət etmə dövrüdür. Bu müddətdə kənardan valideynlər, qohumlar, dostlar tərəfindən müdaxilələrin olmaması, gənc ər-arvadın səyahətə getmələri, təsərrüfat işlərindən kənarda olub yalnız özləri ilə məşğul olmaları məqsədəuyğundur. Bal ayı ər-arvadın cinsi, intim həyatında ən aktiv dövr olduğu üçün bu məsələni bir qədər ətraflı şərh etmək lazımdır.

Cinsi əlaqə istəyi fiziki və psixoloji komponentlərdən yaranır. Qeyd etmək lazımdır ki, kişi və qadın orqanizminin xüsusiyyətləri ilə əlaqədar, bir qayda olaraq, kişilərdə fiziki komponent, qadınlarda isə psixoloji komponent üstünlük təşkil edir.

Yeniyetmənin orqanizmində bioloji-fizioloji inkişafla əlaqədar baş verən dəyişkənliklə əlaqədar cinsi yetişkənlik, birinci pollyusiya (spermanın qeyri-ixstiyari ifrazı) və sonradan tez-tez təkrar olunan onanizm orqanizmin xoş hisslərini ona məlum edir. Əkər pollyusiya cinsiyyət üzvlərində toxumun çox toplanması sayəsində baş verirsə, onanizm gəncin öz istəyi, arzusu ilə həyata keçirilən və arzu olunan cinsi əlaqəni əvəz edən bir faktdır.

 Evlənməyin gənclərdə yalnız cinsi əlaqə arzusu ilə əlaqədar olmasını demək düzgün olmazdı. Yeniyetmə və yaxud gənc kişi evlənmək kimi çox ciddi məsələni qarşısına bir məqsəd kimi qoyursa, deməli, o bu qərarında əsas yeri cinsi əlaqəyə, ehtirasa, şəhvətə deyil, ailə qurmağa, nəsil törətməyə verir. Əlbəttə, cinsi əlaqəyə istək, ehtiras da burada müəyyən rol oynayır və bu hisslər kişilərdə qadınlara nisbətən daha ön planda gedir.

Qızlarda aybaşının başlanması ilə intim (sevgi, məhəbbət, ehtiras) hisslər meydana çıxır: onlarda sevib-sevilmək hissləri yaranır. Çox nadir hallarda qız gələcək ərinin intimual cəhəti ilə maraqlanır. Onu əsasən, oğlanda özünə qarşı sevgi hissləri, diqqət, hörmət, onun fiziki göstəriciləri maraqlandırır. Çox vaxt onlar cinsi əlaqə arzusu, ümumiyyətlə, məlum olmur. Sevişmək, mehribançılıq, öpüşmək kimi münasibətlər onları daha çox cəlb edir.

Mütəxəssis intimoloqların məlumatlarına görə 16-18 yaşlı qızların yalnız 20%-ə qədəri cinsi həyata başlayana qədər orqazm vəziyyətinə çatmağa qabil olurlar. Adətən bu vəziyyət onlarda tanış, hətta bəzən tanış olmayan kişilərlə öpüşmə, qucaqlaşma, cinsi əlaqəni yuxuda gördükləri zaman baş verir.

Ərə getdikdən sonra belə qızlarda ehtiras, cinsi əlaqə istəyi daha sürətlə və yüksək dərəcədə inkişaf edir, onlar intim yuxular görməyən qadınlara nisbətən cinsi əlaqədən yüksək dərəcədə həzz alırlar. həqiqətən sevən ər arvadında ehtiras hisslərini oyadıb ona cinsi sevgini öyrədə bilər və bununla müqabil tərəflərin hər ikisi cinsi əlaqədən alman nəticəni duya bilərlər.

Cinsi əlaqədə uyğunluq, harmoniya yaratmaq üçün ər-arvadın hər ikisi səy göstərməlidir. Cinsi tərbiyənin düzgün verilməsi, intim əlaqədə ər-arvadın qarşılıqlı səyi cinsi əlaqə soyuqluğu olan qadınların sayını və bununla əlaqədar ailələrdə yaranan narazılıqları azaldar.

Əlbəttə, birinci nikah gecəsindəki cinsi əlaqənin və bal ayı müddətindəki əlaqələrin tərəflərin hər ikisini razı salıb-salmayacağı şəraitdən çox asılıdır. Belə ki, qapının içəridən bağlanmaması, pəncərə pərdələrinin örtülməməsi, yatağın rahat olmaması ər-arvada, xüsusilə qadına mənfi psixoloji təsir göstərir, onların fikrini yayındırıb bütün diqqətlərini intim əlaqəyə cəmləşdirməyə mane olur.

Qadında ehtirasın baş verməsinə, cinsi əlaqə istəyinə maneçilik törədən səbəblərdən biri və ən əsası cinsiyyət üzvlərində əmələ gələn ağrı hissləridir. Bu, əksər hallarda kişinin gigiyena qaydalarına riayət etməməsi nəticəsində qadının cinsiyyət üzvlərinə infeksiyanın keçməsi səbəbindən baş verir. Təbii utancaqlıq, ərini özündən incitmək qorxusu çox vaxt qadını belə vəziyyəti gizli saxlamağa məcbur edir və o, ağrıya, xoşagəlməz hisslərə dözərək onun cinsi əlaqə istəyini rədd etmir. Aydındır ki, belə vəziyyətdə cinsi əlaqə qadında heç bir emosiya, ehtiras oyada bilmir, əksinə, bu əlaqəyə qarşı ikrah hissi yaradır. Bu vəziyyətdə cinsi əlaqəyə qarşı qadında, ümumiyyətlə, mənfi münasibətin yaranması ər-arvadın arasında əvvəlcə soyuq münasibətə, daha sonra münaqişələrə və, nəhayət, ailənin dağılmasına səbəb olur.

 



Şərhlər:
Baxılıb: 2642
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz