Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
intim qorxuları
intim qorxuları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3836
Səs ver:
intimUAL FANTAZİYALAR.
Kişilərdən fərqli olaraq qadınlar daha çox fantaziya qururlar. Amma təəssüflər olsun qadınların çoxu elə düşünür ki, bu fantaziyalar barədə partnyoruna desə, o, qadını əxlaqsız sayacaq. intimual münasibətlər eynidirsə, insan tez bezir, ona görə də yenilik gətirmək lazımdır. Əgər partnyorunuzun fantaziyanızı anlamadığından ehtiyat edirsinizsə, birlikdə intim filmə baxın, sonra onun film barədə fikrini öyrənin. Görsəniz ki, bunları anlayır və yataqda təkrarlayır, onda fantaziyanızı da söyləyin. Əgər o, fantaziyanız barədə eşitmək belə istəməsə, onda belə partnyorun sizə lazım olub-olmadığını düşünün.

ARZUOLUNMAZ HAMİLƏLİK.
Əlbəttə, hamiləlik həmişə arzu olunan olmur. Gözlənilməz hamiləlik bütün həyatınızı dəyişə bilər, planlarınız alt-üst olar. Odur ki, yaxşı fikirləşin. Hamilə qalmaq qorxusunu qorunma vasitələri haqqında öyrənməklə və əlbəttə ki, onlardan istifadə etməklə dəf edə bilərsiniz.

BALACA DÖŞ VƏ XOŞAGƏLMƏZLİK
Ölçü hələ gözəl demək deyil. Əsası forma və elastiklikdir. Xoşa gəlməzliyə gəldikdə isə, çox vaxt supermodellər də xarici görünüşündən narazı olur. Hər bir qadının çatışmazlığı olduğu kimi, üstünlüyü də var. Ya bununla barışmalı, ya da üzərinizdə çox işləməlisiniz. Bəzi qızlar ideal olaraq qlamur jurnalların üz qabıqlarındakı modelləri görür və bədənlərindən utanırlar. Qızlar özlərində çatışmazlıq tapır və ondan utanırlar. Bu qorxunun əmələ gəlməsində kişilər günahkardır. Çünki kinoya baxanda ulduzları tərifləyirlər. Ona görə də kişilər danışıqlarına diqqət yetirməli və yanında olan xanımın gözəlliyini vurğulamalıdırlar.

ORQAZMLA BAĞLI ÇƏTİNLİK.
Təəssüf ki, kişilərin az hissəsi partnyorlarına həzz verməyi qarşısına məqsəd qoyur. Nəticə acınacaqlıdır. Qadında orqazma çatmayacağı qorxusu yaranır. intimoloqlar məsləhət görürlər ki, kişilər əvvəlcə qadını əzizləməklə orqazma çatdırmalı, sonra cinsi əlaqəyə girməlidir.

CƏLD intim.
Qadın kişiyə nisbətən daha gec ehtiraslanır, ona görə də sürətli intim əlaqə yuxarıda qeyd olunan qorxuya gətirib çıxarır. Qədim Çin və hind sevgi əsərlərində yazılır ki, cinsi əlaqədən əvvəlki "oyun” ondan zamanına görə 3-4 dəfə çox olmalıdır.

TƏHQİR.
Elə kişilər var ki, qadına yataqda pis olduğunu söyləyir. Bu ondan irəli gəlir ki, kişi qadına həzz verə bilmir. Kişi partnyorunu alçaltmaq istəyəndə belə sözlər söyləyir.

PARTNYORUN XƏYANƏTİ.
Bu qorxunun bir neçə səbəbi var: vərdiş olunan həyat axarının dəyişməsi; boşanma təhlükəsi (boşanmış qadın ətrafdakıların gözündə hörmətdən düşür); zöhrəvi xəstəliklərə tutulma.


Şərhlər:
Baxılıb: 3836
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz